Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 18:1—24

MÜNDƏRİCAT

  • Tənhalığa çəkilən (1)

  • Yehovanın adı möhkəm qaladır (10)

  • Var-dövlət xəyali qaladır (11)

  • Hər iki tərəfi dinləmək ağıllı işdir (17)

  • Dost var, qardaşdan yaxındır (24)

18  Tənhalığa qapılan xudbinliyinin dalınca düşür, Hər cür hikməti rədd edir.   Axmaq dərrakəni sevməz, Hey ürəyini açıb tökər.+   Şər adamla həqarət gələr, Rəzalətlə biabırçılıq.+   İnsanın dilindən çıxan sözlər dərin sulardır.+ Hikmət çeşməsi qaynayan bulaqdır.   Bir pis adamın tərəfini tutmaq,+ Bir də ki salehin haqqını tapdalamaq yaxşı deyil.+   Axmağın ağzı qalmaqal yaradar,+ Dili kötək çağırar.+   Axmağı ağzı yıxar,+ Öz dili öz canına tələdir.   Böhtançının sözləri dadlı tikələrə bənzər,+ Düz mədənin dibinə düşər.+   İşində səhlənkar adam Talançıya qardaşdır.+ 10  Yehovanın adı möhkəm qaladır.+ Saleh ora qaçıb qorunar*.+ 11  Varlının dövləti onunçün istehkamlı şəhərdir, Onun xəyalında qala divarıdır.+ 12  Fəlakətdən əvvəl ürək qürrələnər,+ Amma sadəlik şərəf gətirər.+ 13  Dinləmədən cavab vermək Səfehlik və rəzillikdir.+ 14  İnsan naxoşlayanda ruhu ona dayaq olar,+ Amma ruh üzgündürsə, buna kim dözər?+ 15  Dərrakəli insanın ürəyi elm qazanar,+ Hikmətlinin qulağı bilik soraqlar. 16  Bəxşiş insana yol açar,+ Böyük adamların hüzuruna qapı açar. 17  Birinci iddia qaldıran haqlı görünər,+ Ta qarşı tərəf gəlib sorğu-sual edənədək.+ 18  Püşk mübahisəyə son qoyar,+ İnadlı rəqiblərin işini yoluna qoyar. 19  İncik qardaşın könlünü almaq istehkamlı şəhəri almaqdan çətindir,+ Elə çəkişmələr var ki, qala qapısının rəzəsi kimidir.+ 20  Dilin barı qarnı tox edər;+ İnsan dodaqlarının gətirdiyi bəhrəni yeyər. 21  Ölüm və həyat dilin əlindədir,+ Onu sevənlər bəhrəsini biçər.+ 22  Yaxşı arvad tapan inci tapıb,+ Yehovanın lütfü onunladır.+ 23  Kasıb yalvar-yaxarla danışar, Amma varlının cavabı sərt olar. 24  Yoldaşlar var bir-birini didməyə hazırdır,+ Amma dost var, qardaşdan yaxındır.+

Haşiyələr

Hərfən: hündürdə olar. Yəni heç kimin əli çatmaz.