Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 17:1—28

MÜNDƏRİCAT

  • Yaxşılığa yamanlıqla cavab vermə (13)

  • Dava başlamamış uzaqlaş (14)

  • Əsil dost hər zaman sevər (17)

  • Şad ürək cana məlhəmdir (22)

  • Ağıllı adam az danışar (27)

17  Sakit yerdə bir tikə quru çörək,+Dava-dalaşlı evdəki ziyafətdən yaxşıdır.+   Ağıllı nökər adbatıran oğulun ağası olar,Qardaşlar arasında miras payı alar.   Gümüş üçün kürə var, qızıl üçün soba,+Ürəkləri isə Yehova araşdırar.+   Şər adamın diqqəti ziyankar dillərdədir,Yalançı fitnəkar dilə qulaq asar.+   Yoxsula lağ edən onun Yaradanını təhqir edir,+Başqasının müsibətinə sevinən cəzasız qalmaz.+   Nəvələr ahılların tacıdır,Oğulların da şərəfi atalardır.   Sarsağa ağıllı söz yaraşmaz,+ Əsilzadəyə isə yalan danışmaq heç yaraşmaz.+   Bəxşiş öz sahibi üçün cavahirdir,+Hara üz tutarsa, işi avand olar.+   Günahı bağışlayan məhəbbətə can atır,+Amma məsələni şişirdən əziz dostları ayırır.+ 10  Qanana bir kəlmə bəsdir,+Amma qanmaza yüz kötək də kar etməz.+ 11  Pis adam ancaq iğtişaş axtarar,Onu cəzalandırmağa amansız elçi göndəriləcək.+ 12  Balalarını itirmiş ayıya rast gəlməkSərsəmləyən axmağa rast gəlməkdən yaxşıdır.+ 13  Yaxşılığa yamanlıqla cavab verəninEvindən pislik əskik olmaz.+ 14  Davanı başlamaq su bəndini açmağa bənzər;Dava başlamamış oradan uzaqlaş.+ 15  Şərə bəraət verən və haqlını məhkum edən,+Hər ikisi Yehovada ikrah yaradır. 16  Səfehdə hikmət qazanmaq üçün imkan olsa da, nə fayda?Onun ki başında ağıl yoxdur.+ 17  Əsil dost hər zaman sevər,+O, dar gün üçün doğulmuş qardaşdır.+ 18  Ağılsız əl sıxıb razılaşar,Qonşusunun yanında girov boyun olar.+ 19  Dava-dalaş sevən günahı sevər,+ Qapısını hündür edən əcəlini çağırar.+ 20  Əyri ürəkli xeyir tapmaz,+Yalan danışanın evi yıxılar. 21  Axmağın atası dərd çəkər,Ağılsızın atası şadlıq-sevinc bilməz.+ 22  Şad ürək cana məlhəmdir,+Sınıq qəlb canı üzər.+ 23  Şər adam ədaləti pozmaq üçünQoltuq altından rüşvət götürər.+ 24  Hikmət bəsirətli adamın önündə durar,Amma səfehin gözləri dünyanın o tayında dolaşar.+ 25  Axmaq oğul atasına qəm-qüssə gətirər,Onu dünyaya gətirəni qubarladar.+ 26  Saleh insanı cəzalandırmaq yaxşı deyil,Hörmətli adamı kötəkləmək ədalətə ziddir. 27  Çox bilən az danışar,+Ağıllı* adam təmkinini pozmaz.+ 28  Hətta səfeh susanda ağıllı görünər,Ağzına qıfıl vuran da bəsirətli.

Haşiyələr

Yaxud bəsirətli.