Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 16:1—33

MÜNDƏRİCAT

  • Yehova niyyətləri yoxlar (2)

  • Hər işini Yehovaya tapşır (3)

  • Düz tərəzi Yehovadandır (11)

  • Süqutdan öncə təkəbbür gələr (18)

  • Ağ saç gözəllik tacıdır (31)

16  Ürəkdəki fikirlər insandan,Verilən cavab Yehovadan olur.+   İnsanın bütün yolları öz gözündə düz görünər,+Amma Yehova onun niyyətlərini yoxlar.+   Hər işini Yehovaya tapşır,+Onda niyyətin baş tutar.   Yehova hər şeyi Öz məqsədi üçün qurub,Hətta pislərin fəlakət günündə məhv olmasını da.+   Ürəyi təkəbbürlü adamdan Yehova ikrah edir,+ Bil ki, o, cəzasız qalmaz.   Məhəbbət və sədaqət günahı yuyar,+Yehova xofu insanı şərdən saxlayar.+   Yehova bəndənin tutduğu yoldan razı qalarsa,Hətta düşmənini də onunla barışdırar.+   Halal yolla gələn xırda gəlir+Haram yolla gələn böyük gəlirdən yaxşıdır.+   İnsan ürəyində özü üçün yol qurar,Amma addımlarını Yehova yönəldər.+ 10  Padşahın dilindən Allahın hökmləri çıxmalıdır,+O gərək heç vaxt haqqı tapdalamasın.+ 11  Düz tərəzi ilə çəki Yehovadandır,Torbadakı çəki daşları Ondandır.+ 12  Şər əməllər padşah üçün iyrəncdir,+Çünki taxt-tac haqla bərqərar olar.+ 13  Doğru söhbət padşahlara xoş olar, Onlar düz danışanı sevərlər.+ 14  Padşahın qəzəbi ölüm qasididir,+Amma ağıllı adam onu özündən ötüşdürər.+ 15  Padşahın üzünün nuru həyatdır,Lütfü yağmurlu bahar bulududur.+ 16  Hikmət qazanmaq qızıldan qat-qat yaxşıdır!+ Gümüşdənsə dərrakə qazanmaq vacibdir.+ 17  Düz adamın yolu pislikdən uzaqdır, Yoluna fikir verən canını qoruyar.+ 18  Əcəldən qabaq qürur,Süqutdan öncə təkəbbür gələr.+ 19  Sadə olub həlimlərlə oturub-durmaqMəğrurlarla qənimət bölüşdürməkdən yaxşıdır.+ 20  Məsələyə anlayışla yanaşan uğur tapar,Yehovaya güvənən nə bəxtiyardır! 21  Ürəyi hikmətli olan kəs ağıllı adlanar,+Şirin dil inandırıcı olar.+ 22  Anlayış öz sahibi üçün həyat çeşməsidir,Amma axmağı öz axmaqlığı cəzalandırar. 23  Müdrik adamın ürəyi dilini arif edər,+Sözlərini inandırıcı edər. 24  Xoş sözlər arı şanıdır,Cana şirin, sümüklərə məlhəmdir.+ 25  Yol var ki, adama düz görünür,Amma axırı ölümdür.+ 26  Zəhmətkeş özü üçün zəhmət çəkər,Çünki aclıq onu vadar edər.+ 27  Yaramaz adam qurdalayıb pis şeyi üzə çıxarar,+Onun sözləri alov kimi qarsıdar.+ 28  Aravuran nifaq salar,+Böhtançı yaxın dostları ayırar.+ 29  Qəddar adam qonşusunu tovlayar,Onu əyri yola çəkər, 30  Fitnə qurub göz vurar, Pislik edib qımışar. 31  Salehlik yolunda ağaran saçlarGözəllik tacıdır.+ 32  Səbrini basan+ güclü adamdan yaxşıdır,Təmkinli adam şəhər alandan üstündür.+ 33  Püşk atılar,+Amma nəticəsi Yehovadan olar.+

Haşiyələr