Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 15:1—33

MÜNDƏRİCAT

  • Mülayim cavab hirsi yatırar (1)

  • Yehovanın gözləri hər yerə baxır (3)

  • Düz adamın duası xoşdur (8)

  • Məsləhətsiz niyyət boşa çıxar (22)

  • Cavab verməzdən qabaq fikirləş (28)

15  Mülayim cavab hirsi yatırar,+ Kobud söz qəzəb oyadar.+   Müdrik dilini xeyirə işlədər,+ Axmağın ağzından səfehlik tökülər.   Yehovanın gözləri hər yerə baxır, Pisi də, yaxşını da görür.+   Sakit dil* həyat ağacıdır,+ Əyri sözlər ürək yaralar.   Axmaq övlad ata tərbiyəsini vecinə almaz,+ Amma uzaqgörən məzəmməti qəbul edər.+   Salehin evində dolu xəzinə olar, Şər adamı əməlləri bəlaya salar.+   Hikmətlinin dili elm yayar,+ Amma axmağın ürəyi belə deyil.+   Şər adamın qurbanından Yehova ikrah edər,+ Amma düz adamın duasından xoşlanar.+   Şər adamın yolundan Yehovanın zəhləsi gedər,+ Salehliyə can atanı isə O sevər.+ 10  Düz yoldan sapanlara tərbiyə ağır görünər,+ Tənbehdən acığı gələnlər məhv olar.+ 11  Məzar* və qara torpaq* Yehovanın gözü önündə açıqdır,+ O ki qaldı insanın ürəyi!+ 12  Rişxəndçi ona irad tutanı sevməz,+ Ağıllı adamla məsləhətləşməz.+ 13  Könlü şad olanın çöhrəsindən sevinc yağar, Qəlb ağrısı ruhu əzər.+ 14  Müdrik ürək elm axtarar,+ Axmaqların dili isə səfehliklə qidalanar.+ 15  Məzlumun hər günü qaradır,+ Amma könlü şad olan üçün həmişə bayramdır.+ 16  Aza qane olub Yehova xofu ilə yaşamaq+ Varlı olub səksəkə içində yaşamaqdan yaxşıdır.+ 17  Məhəbbət olan yerdə tərəvəz yemək+ Nifrət olan yerdə yağlı dana əti yeməkdən yaxşıdır.+ 18  Kəmhövsələ dava-dalaş yaradar,+ Səbirli isə davanı yatırar.+ 19  Tənbəlin yolu tikan çəpərinə bənzər,+ Amma düz adamın yolu, sanki, hamar yoldur.+ 20  Ağıllı oğul atasını sevindirər,+ Axmaq adam anasına xor baxar.+ 21  Ağılsız axmaqlıqdan zövq alar,+ Bəsirətli adam düz yolla yeriyər.+ 22  Məsləhətsiz niyyət boşa çıxar, Məsləhət verən çox olarsa, uğur olar.+ 23  Verdiyi düzgün cavab insanı sevindirər,+ Yerində deyilən söz nə gözəldir!+ 24  Anlayış sahibinin həyat yolu üzü yuxarıdır,+ Onu aşağıda olan Məzardan* qoruyar.+ 25  Yehova təkəbbürlü adamın evini yıxar,+ Amma dul qadının sərhədini qoruyar.+ 26  Yehova şər adamın niyyətlərinə nifrət edər,+ Xoş sözlər Onun gözündə safdır.+ 27  Haram qazanan ailəsini bəlaya salar*,+ Rüşvətdən ikrah edən ömrünü uzadar.+ 28  Saleh adam cavab verməzdən* qabaq ürəyində fikirləşər,+ Şər adamın ağzından isə pislik tökülər. 29  Yehova pis adamlardan uzaqdır, Amma salehlərin duasını eşidir.+ 30  Nurlu gözlər ürəyi şad edər, Şad xəbər cana can verər*.+ 31  Həyatverən elmi dinləyən Müdriklərin arasında yaşar.+ 32  O kəs ki tərbiyəni rədd edir, həyatından bezib,+ Məzəmmətə qulaq asan dərrakə qazanar.+ 33  Yehova xofu hikmətli olmağı öyrədir,+ Sadəlik şərəf gətirər.+

Haşiyələr

Yaxud şəfa verən dil.
İbr. şeol. Lüğətə bax.
Hərfən: həlak yeri.
İbr. şeol. Lüğətə bax.
Yaxud rüsvay edər.
Yaxud danışmazdan.
Hərfən: sümükləri yağlı edər.