Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 14:1—35

MÜNDƏRİCAT

  • Ürək öz dərdini bilir (10)

  • Yol var ki, adama düz görünür (12)

  • Sadəlövh hər sözə inanar (15)

  • Varlı adamın dostu çox olar (20)

  • Sakit ürək canı sağlam edər (30)

14  Müdrik qadın evini tikər,+ Axmaq qadın isə öz əlilə evini dağıdar.   Doğruluq yolunda yeriyən Yehovadan qorxur, Əyri yolun yolçusu isə Ona kəc baxır.   Axmağın sözləri təkəbbür dəyənəyidir, Hikmətlini isə dili qoruyar.   Mal-qara olmayanda axur tər-təmiz olur, Amma öküzün gücü ilə məhsul bol olar.   Etibarlı şahid yalan danışmaz, Yalançı şahidinsə nəfəsi yalanla gedib-gələr.+   Rişxəndçi hikməti hey soraqlar, tapmaz, Amma dərrakəli adamın yanına bilik özü gələr.+   Axmaq adamdan uzaq dur, Onun dilindən ağıllı söz eşitməzsən.+   Uzaqgörən tutduğu yolu hikmətilə dərk edər, Axmaq isə öz səfehliyilə aldanar*.+   Günah səfehləri əyləndirər,+ Düz adamlar isə barışığa hazırdır. 10  Ürək öz dərdini bilir, Sevincini də özgələr duya bilməz. 11  Şər adamın evi dağılar,+ Düz adamın isə çadırı abad olar. 12  Yol var ki, adama düz görünür,+ Amma axırı ölümdür.+ 13  Hərdən güləndə də insanın qəlbi ağlar, Bəzən sevincin də sonu kədər olur. 14  Özbaşına adam əməllərinin nəticəsini biçər,+ Yaxşı adam əməllərinin mükafatını alar.+ 15  Sadəlövh hər sözə inanar, Uzaqgörən hər addımını ölçüb-biçər.+ 16  Müdrik adam ehtiyatlıdır, şərdən qaçır, Axmaq isə başısoyuqdur, özündən razıdır. 17  Tez özündən çıxan ağılsızlıq edər,+ Tədbirli* adamı da camaatın gözü götürməz. 18  Cahil axmaqlığı irs alar, Uzaqgörənin isə başına elmdən tac qoyular.+ 19  Pis adam yaxşının qabağında, Şər adam salehin qapısında əyiləcək. 20  Kasıbdan qonşularının da zəhləsi gedər,+ Amma varlı adamın dostu çox olar.+ 21  Başqasına həqarət edən günah işləyir, Fəqirə rəhm edən bəxtiyardır.+ 22  Məgər fitnə quranın yolları dolaşmaz? Xoş məramlı insan məhəbbətə, sədaqətə qovuşar.+ 23  Hər zəhmətdə fayda var, Boş-boş söhbətlər isə insanı ehtiyaca salar.+ 24  Hikmətlinin tacı onun sərvətidir, Axmağın isə işi-gücü səfehlikdir.+ 25  Dürüst şahid canları qurtarar, Amma yalançının nəfəsi yalanla gedib-gələr. 26  Yehovadan qorxan tam arxayındır,+ Onun övladları da pənah tapar.+ 27  Yehova xofu həyat çeşməsidir, İnsanı ölüm tələsindən uzaqlaşdırar. 28  Təbəəsinin çoxluğu padşahın əzəmətidir,+ Təbəəsiz hökmdar isə süqut edər. 29  Özündən tez çıxmayan bəsirət sahibidir,+ Hövsələsiz isə səfehliyini nümayiş etdirər.+ 30  Sakit ürək canı sağlam edər, Qısqanclıq sümükləri çürüdər.+ 31  Məzluma badalaq gələn onun Yaradanını təhqir edər,+ Kasıba mərhəmət göstərən Yaradana şərəf gətirər.+ 32  Şər adamı öz pisliyi yıxar, Salehə isə kamilliyi sığınacaq olar.+ 33  Hikmət dərrakəli insanın ürəyində yuva salar,+ Amma axmaqların arasında özünü zorla göstərər. 34  Salehlik xalqı ucaldar,+ Günah isə eli xar edər. 35  Padşah ağıllı qulundan razı qalar,+ Amma adbatıran qul onun qəzəbinə tuş gələr.+

Haşiyələr

Digər variant: axmaq isə başqalarını aldadar.
Yaxud düşüncəli.