Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 13:1—25

MÜNDƏRİCAT

  • Məsləhət axtaran hikmətlidir (10)

  • Uzun intizar ürəyi xəstə salır (12)

  • Etibarlı elçi səfa gətirir (17)

  • Hikmətli ilə oturub-duran (20)

  • Tərbiyə sevginin ifadəsidir (24)

13  Ağıllı oğul ata nəsihətinə qulaq asar,+Rişxəndçi isə məzəmməti qulaqardına vurar.+   Dili xeyir danışan xeyir tapar,+Xainin isə könlündən zorakılıq keçər.   Dilini saxlayan canını qoruyar,+Boşboğaz isə məhv olar.+   Tənbəlin ürəyindən çox şey keçər, ancaq heç nəyi olmaz.+Çalışqan isə bolluğa yetişər.+   Saleh adam yalana nifrət edər,+Şər adamın əməlləri rəzalət və rüsvayçılıq gətirər.   Kamillik yolu ilə gedənləri salehlik qoruyar,+Günahkarı pislik yıxar.   Adam var özünü varlı göstərir, amma heç nəyi yoxdur,+Adam da var, özünü yoxsul göstərir, amma varı başından aşır.   Sərvət sahibinin həyatı üçün fidyədir,+Kasıb isə hədə-qorxu belə, eşitməz.+   Saleh adamın nuru par-par parlayar,+Şər adamın isə çırağı sönər.+ 10  Təkəbbür münaqişə yaradar,+Məsləhət axtaran isə hikmətlidir.+ 11  Tez toplanan sərvət dağılar,+Damla-damla toplanan sərvət isə artar. 12  Uzun intizar ürəyi xəstə salar,+Çin olan arzu isə həyat ağacıdır.+ 13  Nəsihətə xor baxan cəza çəkər,+Əmrə hörmət edənin mükafatı var.+ 14  Hikmətlinin təlimi həyat çeşməsidir,+İnsanı ölüm tələsindən uzaqlaşdırar. 15  Dərin anlayış lütf qazandırar,Xainin isə yolu kələ-kötür olar. 16  Uzaqgörən kamalla oturub-durar,+Axmaq isə səfehliyini nümayiş etdirər.+ 17  Pis qasid bəlaya düşər,+Etibarlı elçi isə səfa gətirər.+ 18  Tərbiyəni vecə almayan müflisləşər, hörmətdən düşər,Məzəmmət götürən hörmətə minər.+ 19  Çin olan arzu şirin olar,+Şərdən əl çəkmək səfehdə ikrah doğurar.+ 20  Hikmətli ilə oturub-duran hikmətli olar,+Axmaqlarla ayaqlaşan bədbəxt olar.+ 21  Bəla günahkarı qarabaqara izlər,+Saleh adamın mükafatı firavanlıq olar.+ 22  Yaxşı adam nəvələrinə miras qoyar,Günahkar isə sərvətini saleh üçün toplayar.+ 23  Kasıbın əkini bol məhsul verər,Amma ədalət olmayan yerdə bada gedər*. 24  Oğlundan kötəyi əsirgəyən ona nifrət edir,+Oğlunu sevən onun tərbiyəsi ilə ciddi* məşğul olar.+ 25  Saleh adam yeyib doyar,+Amma şər adamın qarnı ac qalar.+

Haşiyələr

Yaxud o bada gedər.
Digər variant: dərhal.