Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 12:1—28

MÜNDƏRİCAT

  • Məzəmmətə nifrət edən ağılsızdır (1)

  • Düşünülməmiş söz — qılınc zərbəsi (18)

  • Sülhpərvərin ürəyi şad olar (20)

  • Yehova yalan dildən ikrah edir (22)

  • Nigarançılıq ürəyi sıxır (25)

12  Tərbiyəni sevən biliyi sevər,+Məzəmmətə nifrət edən ağılsızdır!+   Yehova yaxşı adamdan razı qalar,Fitnəkarı isə məhkum edər.+   İnsan şərlə bərqərar olmaz,+Salehin isə kökü qoparılmaz.   Yaxşı arvad ərinin başına tacdır,+Adbatıran arvad isə ərinin sümüklərini çürüdər.+   Salehin düşüncələri haqdır,Şərin məsləhəti isə məkrlidir.   Şərin sözləri ölüm pusqusudur,+Düz adamın dili isə qurtuluşdur.+   Pislər devriləndə yox olar,Salehlərin evi isə möhkəm durar.+   Ağılla danışan tərif qazanar,+Qəlbi əyriyə isə həqarət edilər.+   Qul sahibi olan adsız-sansız adamYeməyə çörək tapmayan lovğadan yaxşıdır.+ 10  Saleh adam heyvanlarının da qayğısına qalar,+Şər adamın mərhəmətində belə, zalımlıq var. 11  Torpağını əkib-becərən doyunca çörək yeyər,+Ağılsız isə boş şeylərin dalınca düşər. 12  Pis pisin şikarına qibtə edər,Salehin kökü isə bəhrə verər. 13  Şər adamı zəhərli dili tora salar,+Saleh isə dardan qurtular. 14  Dili xeyir danışan xeyir tapar,+O, zəhmətinin mükafatını alar. 15  Axmağın yolu öz gözündə düz görünür,+Ağıllı adam isə məsləhəti eşidər.+ 16  Səfeh hirsini dərhal büruzə verər,+Uzaqgörən isə təhqirin üstündən keçər. 17  Doğru şahid həqiqəti söylər,Yalançı şahid isə yalan danışar. 18  Düşünmədən deyilən söz qılınc zərbəsinə bənzər,Hikmətli insanın dili isə məlhəmdir.+ 19  Düz söz əbədi yaşar,+Yalanın ömrü isə bir an olar.+ 20  Fitnə quranın ürəyində məkr var,Sülhpərvərin isə ürəyi şad olar.+ 21  Salehə heç bir xətər dəyməz,+Şər adamların isə başı bəladan qurtulmaz.+ 22  Yehova yalan danışan dildən ikrah edir,+Haqq iş sahibi isə Onun ürəyincədir. 23  Uzaqgörən bildiyini açıb tökməz,Axmağın isə ürəyi səfehliyini üzə verər.+ 24  Çalışqan ağalıq edər,+Tənbəl isə nökərçilik.+ 25  Nigarançılıq ürəyi sıxar,+Xoş söz könlü şad edər.+ 26  Saleh adam otlaqlarını yoxlayar,Amma şərin yolu onu azdırar. 27  Tənbəl ovunu izləməz,+Çalışqanlıq isə böyük sərvətdir. 28  Salehlik yolu həyata aparır,+Bu yolda ölüm yoxdur.

Haşiyələr