Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 11:1—31

MÜNDƏRİCAT

  • Hikmət təvazökar insanladır (2)

  • Allahsızın dili insanı məhv edər (9)

  • Çoxlu məsləhətçi olanda (14)

  • Səxavətli adam bolluğa yetişər (25)

  • Sərvətinə güvənən yıxılar (28)

11  Yehova əyri tərəzidən ikrah edir, Amma düzgün çəkidən razı qalır.+   Təkəbbür ardınca şərəfsizlik gətirər,+ Hikmət isə təvazökar insanladır.+   Düz adama kamilliyi yol göstərər,+ Xəyanətkarı fitnəsi məhv edər.+   Qəzəb günündə sərvətdən bir xeyir dəyməz,+ Salehlik isə ölümdən xilas edər.+   Kamil insanın salehliyi yollarını düz edər, Şər adamı isə pisliyi yıxar.+   Düz adamı salehliyi qurtarar,+ Amma xaini nəfsi tora salar.+   Şər adam ölər, ümidi yox olar, Gücünə güvənci də puç olar.+   Saleh bəladan qurtular, Onun yerinə şər adam bəlaya düşər.+   Allahsızın dili qonşusunu məhv edər, Salehi isə elmi xilas edər.+ 10  Salehlərin paklığı bütün şəhəri şad edər, Pislər öləndə də sevinc sədaları ucalar.+ 11  Düz adamların bərəkəti şəhəri ucaldar,+ Şər adamların dili isə onu viranə qoyar.+ 12  Ağılsız nifrətini göstərər, Amma əsil bəsirət sahibi dilini saxlayar.+ 13  Böhtançı məxfi söhbəti yayar,+ Etibarlı adam isə sirri saxlar. 14  Ağıllı məsləhət olmayan yerdə xalq yıxılar, Çoxlu məsləhətçi olan yerdə isə uğur gələr.+ 15  Yad üçün girov boyun olanın aqibəti pis olar,+ Tələsik əl sıxıb razılıq verməyənin başı salamat olar. 16  Nəcib qadın şərəf qazanar,+ Zalım adam sərvətdən yapışar. 17  Xeyirxah adam özünə xeyir edir,+ Qəddar isə öz başına bəla açar.+ 18  Şər adamın qazancı qəlpdir,+ Salehlik toxumu əkənin isə mükafatı həqiqidir.+ 19  Salehlik tərəfində möhkəm duran həyat yolundadır,+ Şər dalınca qaçan ölümə gedir. 20  Yehova ürəyi məkrli adamdan ikrah edir,+ Amma kamillik yolunda yeriyəndən razı qalır.+ 21  Arxayın ol, pis adam cəzasız qalmaz,+ Salehin isə övladları nicat tapar. 22  Ağıl-kamalı rədd edən qadının gözəlliyi Donuzun burnunda qızıl halqaya bənzər. 23  Salehin arzusu xeyrə aparır,+ Şər adamın ümidi qəzəb doğurur. 24  Əliaçıq adamın bərəkəti artar,+ Xəsislik edən yoxsullaşar.+ 25  Səxavətli bolluğa yetişər,+ Su verənə su verilər.+ 26  Taxılı gizlədənə xalq lənət edər, Taxılı satana isə alqış oxunar. 27  Yaxşılıq etməyə can atan lütf axtarar,+ Şər ardınca düşən şərə ürcah olar.+ 28  Sərvətinə güvənən yıxılar,+ Saleh adam yaşıl yarpaqtək olar.+ 29  Ailəsini bəlaya salanın nəsibi puçluq* olar,+ Axmaq adam ağıllıya qul olar. 30  Salehin barı həyat ağacıdır,+ Canlar qazanan hikmətlidir.+ 31  Əgər bu dünyada saleh elədiyinin əvəzini alırsa, Onda gör şər adamı, günahkarı nə gözləyir?+

Haşiyələr

Hərfən: külək.