Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 10:1—32

MÜNDƏRİCAT

  • Ağıllı oğul atasını sevindirər (1)

  • Çalışqan əllər sərvət gətirər (4)

  • Söz çoxluğunun xətası (19)

  • Yehovanın bərəkəti sərvət gətirir (22)

  • Yehovadan qorxmaq ömrü uzadar (27)

10  Süleymanın məsəlləri.+ Ağıllı oğul atasını sevindirər,+ Axmaq oğul isə anasına dərd olar.   Haram yolla yığılan xəzinə xeyir gətirməz, Salehlik isə ölümdən qurtarar.+   Yehova salehi ac qoymaz,+ Amma pislərin arzusunu gözündə qoyar.   Tənbəl əllər sahibini yoxsulluğa salar,+ Çalışqan əllərsə sərvət gətirər.+   Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğulsa rüsvayçıdır.+   Saleh adam camaatın rəğbətini qazanar,+ Şər adamın dili qəddarlığı ört-basdır edər.   Saleh alqışla xatırlanar,+ Şər adamınsa adı it-bat olar.+   Müdrik ürək sahibi nəsihəti qəbul edər,+ Səfeh-səfeh danışan ayaqlar altda qalar.+   Kamillik yolu ilə yeriyən dinc yaşayar,+ Əyri yolları tutan ifşa olar.+ 10  Hiylə ilə göz vuran əzab gətirər,+ Səfeh-səfeh danışan ayaqlar altda qalar.+ 11  Salehin dili həyat çeşməsidir,+ Şər adamın dili qəddarlığı ört-basdır edər.+ 12  Nifrət nifaq salar, Amma məhəbbət bütün günahları örtər.+ 13  Bəsirətli adamın dilindən hikmət tökülər,+ Amma qanmazın kürəyi kötək yeyər.+ 14  Ağıllı adam biliyi qoruyub saxlar,+ Amma səfehin dili ölüm axtarar.+ 15  Varlı adamın sərvəti onun üçün qalalı şəhərdir, Yoxsulluq kasıbı yıxar.+ 16  Salehin əməlləri həyata aparar, Şər adamınsa qazancı günaha aparar.+ 17  Tərbiyəyə bağlanan həyata yol açar*, Tənbehə məhəl qoymayan başqalarını yoldan çıxarar. 18  Kinini gizlədən yalan danışar,+ İftiralar yayan ağılsızdır. 19  Söz çox olan yerdə xəta əskik olmaz,+ Dilini saxlayan isə ağıllı iş görür.+ 20  Saleh adamın dili saf gümüşdür,+ Şər adamın ürəyi isə heç nəyə dəyməz. 21  Saleh adamın dili çoxlarını bəsləyər,+ Axmağı ağılsızlığı məhv edər.+ 22  Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən.+ O, bu bərəkətə kədər qatmaz. 23  Axmaq adam üçün abırsızlıq əyləncədir, Bəsirətli adama isə hikmət xasdır.+ 24  Şər adamın qorxduğu şey başına gələr, Saleh adam isə muradına yetişər.+ 25  Tufan gəlib keçəndə şər adam yox olar,+ Saleh adam isə əbədi duran bünövrəyə bənzər.+ 26  Dişlər üçün sirkə, gözlər üçün tüstü necədirsə, Tənbəl də ona iş buyuran üçün elədir. 27  Yehovadan qorxmaq ömrü uzadar,+ Amma şər adamların ömrü qısalar.+ 28  Salehlərin ümidi sevinc gətirər,+ Amma şər adamların ümidi puça çıxar.+ 29  Yehovanın yolu kamillər üçün qaladır,+ Bədəməl üçünsə məhvdir.+ 30  Salehi heç nə yıxmaz,+ Amma şər adamlar yer üzündə qalmaz.+ 31  Salehin dilindən hikmət süzülər, Əyri dil isə kəsilər. 32  Salehin dili nəyin xoş olduğunu bilir, Amma şər adamın dilindən fitnə tökülür.

Haşiyələr

Digər variant: həyata aparan yoldadır.