Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mərsiyələr 5:1—22

MÜNDƏRİCAT

  • Xalqın qurtuluş üçün duası

    • «Başımıza gələnləri yada sal» (1)

    • «Günah etmişik, vay halımıza» (16)

    • «Yehova, yenə bizi Özünə çək» (21)

    • «Əvvəlki günlərimizi qaytar» (21)

5  Ey Yehova, başımıza gələnləri yada sal. Bax, rüsvayçılığımızı gör.+   İrsimiz yadellilərin əlinə keçib, evlərimiz yadlara nəsib olub.+   Atasız qalmışıq, yetimik. Analarımız dul qalmış qadına bənzəyir.+   Öz suyumuzu, öz odunumuzu pulla alırıq.+   Təqibçilər az qalıb bizi yaxalasınlar, Əldən düşmüşük, nəfəs dərməyə macalımız yoxdur.+   Bir qarın çörəkdən ötrü Misirə,+ Aşşura+ əl açmışıq.   Ata-babalarımız günah etdilər. Amma indi onlar yoxdurlar, günahlarının yükünü biz daşıyırıq.   Nökərlər bizə ağalıq edir. Bizi onların əlindən alan yoxdur.   Çöllükdə cövlan edən qılınc üzündən həyatımızı oda atıb evə çörək gətiririk.+ 10  Aclıqdan əzab çəkirik,+ dərimiz soba kimi alışıb-yanır. 11  Siondakı qadınları, Yəhuda şəhərlərindəki qızları rüsvay etdilər*.+ 12  Başçılar əlindən asıldı,+ ağsaqqallara hörmət qoyulmadı.+ 13  Gənclər əldəyirmanı daşıyır, uşaqlar odun yükləri altında səndələyir. 14  Daha ağsaqqallar şəhər darvazasında oturmur,+ cavanlar mahnı çalmır.+ 15  Ürəyimizdən sevinc yox olub, artıq rəqs etmirik, yas tuturuq.+ 16  Tacımız başımızdan düşüb. Günah etmişik, vay halımıza! 17  Bu səbəbdən ürəyimiz xəstə düşüb.+ Bu şeylərə görə gözümüzün nuru gedib.+ 18  Çünki Sion dağı viran qalıb,+ orada tülkülər gəzib-dolaşır. 19  Sən isə, ey Yehova, əbədiyyən taxtda oturacaqsan. Taxtın nəsillər boyu duracaq.+ 20  Axı niyə bizi həmişəlik unutmusan? Niyə bu qədər vaxtdır bizi tərk etmisən?+ 21  Ey Yehova, yenə bizi Özünə çək, canla-başla gələrik.+ Əvvəlki günlərimizi qaytar.+ 22  Amma Sən bizi tamamilə rədd etdin. Bizə qarşı yaman qəzəblisən.+

Haşiyələr

Yaxud zorladılar.