Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mərsiyələr 2:1—22

MÜNDƏRİCAT

  • Yehovanın Yerusəlimə qarşı qəzəbi

    • Ona rəhm edilmədi (2)

    • Yehova ona düşmən kəsilib (5)

    • Sion üçün göz yaşları (11—13)

    • Yoldan ötənlər şəhərə gülür (15)

    • Düşmənlər Sionun süqutuna sevinir (17)

א [Alef] 2  Ah, Yehova qəzəbləndi, Sion qızını qara buludlarla örtdü! İsrailin əzəmətini göydən yerə atdı.+ Qəzəb günündə kətilini yada salmadı.+ ב [Bet]   Yehova Yaqubun məskənlərini məhv etdi, heç birinə rəhmi gəlmədi. Qəzəblənib Yəhuda qızının qalalarını dağıtdı.+ Padşahlığı da, başçıları+ da yerə vurdu, alçaltdı.+ ג [Qimel]   Qızğın qəzəbi ilə İsrailin bütün gücünü məhv etdi, Düşmən gələndə üstümüzdən sağ əlini çəkdi.+ Qeyzi hər şeyi yandırıb-yaxan od kimi Yaquba qarşı alovlanırdı.+ ד [Dalet]   Düşməntək kamanını gərdi, yağıtək sağ əlini hazır tutdu.+ Əzizlərimizi öldürdü.+ Qəzəbini alovtək Sion qızının çadırına yağdırdı.+ ה [He]   Yehova bizə düşmən kəsildi.+ İsraili məhv etdi, Qalalarını dağıtdı, İstehkamlarını yerlə yeksan etdi. Yəhuda qızının fəryadını, fəğanını artırdı. ו [Vav]   Çardağını bağçadakı koma kimi uçurtdu.+ Bayramına son qoydu.+ Yehova Sionda bayramı, şənbəni unutdurdu. Şiddətli qəzəbi ilə padşahı və kahini rədd etdi.+ ז [Zayn]   Yehova qurbangahını rədd etdi, Müqəddəs məkanından üz çevirdi,+ Qalalarının divarlarını düşmənə təslim etdi.+ Onlar Yehovanın evində bayram günündəki kimi qışqırıb-bağırdılar.+ ח [Xet]   Yehova Sion qızının divarını uçurmağı qət etdi.+ Ölçü ipini uzatdı.+ Dağıdıb-sökdü, əl saxlamadı. Səddi, divarı matəmə bürüyüb. İkisinin də taqəti kəsilib. ט [Tet]   Darvazalar yerə çöküb.+ O, cəftələri qırıb, sındırıb. Padşah da, əyanlar da xalqların arasına səpələnib.+ Qanuna əməl edən yoxdur, peyğəmbərlərə Yehovadan vəhy gəlmir.+ י [Yud] 10  Sion qızının ağsaqqalları yerdə oturub, dinib-danışmır.+ Başlarına toz-torpaq tökürlər, çula bürünüblər.+ Yerusəlim qızları başlarını yerə dikiblər. כ [Kaf] 11  Ağlamaqdan gözlərimin nuru gedib,+ Könlüm viran qalıb, Xalqımın qırıldığını, Şəhər meydanlarında uşaqların, körpələrin huşunu itirdiyini+ görəndə ciyərim dağlanır.+ ל [Lamed] 12  Onlar yaralı adamlar kimi, şəhər meydanlarında huşunu itirir, Analarının qucağında can verirlər. Analarından soruşurlar: «Hanı yemək, hanı içmək?»+ מ [Mem] 13  Ey Yerusəlim qızı, sənə nəyi misal çəkim? Səni nəyə bənzədim? Ey bakirə Sion qızı, səni kimlə müqayisə edim ki, təskinlik tapasan? Çünki yaran dərya kimi böyükdür.+ Kim sənə şəfa verə bilər?+ נ [Nun] 14  Peyğəmbərlərin sənin üçün yalan, puç vəhylər aldı.+ Sənin günahını ifşa etmədilər, etsəydilər, əsir getməzdin.+ Əksinə, sənin üçün yalan vəhylər alıb, aldadıcı hökmlər bəyan etdilər.+ ס [Samex] 15  Yoldan ötənlər sənə baxıb rişxəndlə əllərini bir-birinə vururlar,+ Yerusəlim qızına təəccüblə fit çalırlar,+ başlarını yırğalayıb deyirlər: «“Qənirsiz gözəl, dünyanın iftixarı” dedikləri şəhər budur?»+ פ [Pe] 16  Onlar üstünə ağızlarını açıblar. Fit çalırlar, dişlərini qıcayıb deyirlər: «Onu diri-diri udduq.+ Bu günün həsrətində idik.+ Nəhayət ki, gəlib çatdı. Bu günü də gördük!»+ ע [Ayn] 17  Yehova niyyətini  yerinə yetirdi,+ sözünü,+ Qədimdə verdiyi fərmanı+ icra etdi. Məhv etdi, rəhmi gəlmədi.+ Düşmənlərini sənin halına sevindirdi. Yağılarını gücləndirdi. צ [Tsade] 18  Ey Sion qızının divarları, xalqın ürəyi Yehovaya fəryad edir. Qoy göz yaşları gecə-gündüz sel kimi axsın. Sakitləşmə, gözündə yaş qurumasın. ק [Kof] 19  Qalx! Gecələr, növbələr başlayanda nalə çək, Sutək ürəyini Yehovanın dərgahına boşalt. Küçə tinlərində acından huşunu itirən+ Övladlarından ötrü əllərini Ona aç. ר [Reyş] 20  Bax, ey Yehova, amansız rəftar etdiyin xalqın halını gör. Axı niyə analar bətnlərindən çıxan balalarını, dünyaya gətirdikləri körpələri yesin?+ Niyə kahinlər, peyğəmbərlər Yehovanın müqəddəs məkanında qətlə yetirilsin?+ ש [Şin] 21  Cavanların, qocaların meyiti küçələrə sərilib,+ Qızlarım, oğlanlarım qılıncdan keçirilib.+ Sən qəzəb günündə qırdın, öldürdün, rəhm etmədin.+ ת [Tav] 22  Bayram gününə+ çağırırmış kimi, hər tərəfdən vahimə, dəhşət gətirdin. Yehovanın qəzəb günündə heç kim qurtula bilmədi, canını qurtarmadı.+ Dünyaya gətirdiyim, boya-başa çatdırdığım övladları düşmənim tələf etdi.+

Haşiyələr