Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mərsiyələr 1:1—22

MÜNDƏRİCAT

  • Yerusəlim dul qadın obrazında

    • Tənha, atılmış halda oturub (1)

    • Sionun böyük günahları (8, 9)

    • Allah Sionu rədd edib (12—15)

    • Siona təsəlli verən yoxdur (17)

א [Alef]* 1  Ah, bir vaxtlar insanla dolu bu şəhər indi tək-tənha oturub.+ Xalqlar içində qələbəlik şəhər idi,+ indi dul qadına bənzəyir. Vilayətlər içində məlikə idi, indi köləlik edir.+ ב [Bet]   Gecələr acı-acı ağlayır,+ yanaqlarından yaş süzülür, Aşiqlərindən biri də yanında deyil ki, onu ovutsun.+ Dost-aşnaları ona xəyanət edib,+ ona düşmən kəsilib. ג [Qimel]   Yəhudanı qul kimi zülm-zillət içində sürgünə apardılar.+ Yəhuda xalqlar arasında yaşayacaq.+ Onun dincliyi yoxdur. Təqibçiləri dar günündə onu yaxaladılar. ד [Dalet]   Siona gedən yollar yaslıdır, bayrama gələn yoxdur.+ Şəhər darvazaları sınıb,+ kahinlər fəğan edir. Qızları qüssə içindədir, özü dərd-ələm çəkir. ה [He]   İndi düşmənləri ona ağalıq edir,  yağıları qayğısız yaşayır.+ Etdiyi çoxlu günahlara görə Yehova ona möhnət çəkdirib.+ Övladları düşmən önündə əsirliyə gedib.+ ו [Vav]   Sion qızının cah-calalı yox olub.+ Əmirləri otluq tapmayan maral kimidir, Düşmən önündə taqətsiz yeriyirlər. ז [Zayn]   Qara günə düşən, yurdundan didərgin Yerusəlim Qədimdəki sərvətini yada salır.+ Xalqı düşmən əlinə düşəndə, dadına yetişən olmayanda+ Düşmənləri gördülər, bədbəxtliyindən kam aldılar.+ ח [Xet]   Yerusəlim böyük günah etdi,+ Buna görə murdar bir şeyə çevrildi, Vaxtilə ona hörmət qoyanlar indi onu ucuz tuturlar, çünki eyib yerlərini gördülər,+ O özü də inildəyir,+ xəcalətlə üzünü yana çevirir. ט [Tet]   Murdarlığı paltarının ətəyinə hopub. O, sabahını fikirləşmədi,+ Süqutu müdhiş oldu, təsəlli verəni olmadı. Ah, Yehova, çəkdiyim iztirabı gör, bax, düşmənim qürrələnir.+ י [Yud] 10  Düşmənlər onun sərvətinə əl uzatdı.+ O, müqəddəs məkanına xalqların necə girdiyini gördü,+ Halbuki Sən bu xalqlara icmana daxil olmağı qadağan etmişdin. כ [Kaf] 11  Bütün xalq inildəyir, çörək axtarır.+ Bir tikə çörəkdən ötrü camaat varını-yoxunu verir ki, təki ölməsin. Halımı gör, ey Yehova, sanki, düşkün qadınam*. ל [Lamed] 12  Ey yoldan ötənlər, sizin vecinizə deyil? Baxın, görün! Yehova qəzəb günündə mənə sitəm elədi. Payıma düşən bu dərdi kimsə çəkibmi?+ מ [Mem] 13  Yuxarıdan sümüklərimə od yağdırdı,+ hər birini ram etdi, Ayaqlarımın altına tor sərdi, məni geri çəkilməyə məcbur etdi. Məni tənha qoydu, Günüm azar-bezar içində keçir. נ [Nun] 14  Günahlarımı mənə boyunduruq etdi, onları əlilə bir-birinə hördü. Onları boynuma keçirdi, taqətim kəsildi. Yehova məni gücüm çatmayan insanların əlinə verdi.+ ס [Samex] 15  Yehova mənim igidlərimi kənara atdı,+ Cavanlarımı qırmaq üçün mənə qarşı ordu topladı.+ Yehova Yəhuda qızını üzümsıxanda tapdaladı.+ ע [Ayn] 16  Buna görə ağlayıram,+ göz yaşım sel kimi axır, Məni ovudanlar, mənə təskinlik verənlər uzaqlardadır. Oğullarım çar-naçar qalıb, çünki düşmən qələbə çalıb. פ [Pe] 17  Sion əllərini açıb,+ ona təsəlli verən yoxdur. Yehova Yaqubun ətrafında olanlara ona düşmən kəsilməyi əmr edib.+ Yerusəlim onlar üçün iyrənc bir şeyə çevrilib.+ צ [Tsade] 18  Yehova adildir,+ mən Onun əmrlərinə asi olmuşam.+ Ey ümmətlər, dinləyin, çəkdiyim dərd-sitəmi görün. Qızlarım, oğullarım əsirliyə getdi.+ ק [Kof] 19  Aşiqlərimi çağırdım, onlarsa mənə xəyanət etdilər,+ Kahinlərim, ağsaqqallarım ölməmək üçün çörək axtararkən+ Şəhərdə tələf oldular. ר [Reyş] 20  Ey Yehova, bax, yaman dardayam, Könlüm viran qalıb, Bağrım qan olub, çünki asilik etmişəm.+ Bayırda qılınc cövlan edir,+ evdə ölüm. ש [Şin] 21  Camaat ah-naləmi eşidir, amma təsəlli verən yoxdur. Düşmənlərim müsibətimi eşidib. Məni bu hala saldığın üçün sevinirlər,+ Amma gün gələcək, dediyini edəcəksən,+ onlar da mənim günümə düşəcək.+ ת [Tav] 22  Qoy mənfur əməlləri Sənin önündə düzülsün, onlara qarşı amansız ol,+ Necə ki günahlarıma görə mənə qarşı amansız oldun. Ah-zarım kəsilmir, ürəyim xəstə düşüb.

Haşiyələr

1—4 fəsillərdəki mərsiyələr orijinal ibrani mətnində əlifba sırası ilə yazılmışdır.
Bu, Yerusəlimin şəxsləndirilmiş obrazıdır.