Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məlaki 4:1—6

MÜNDƏRİCAT

  • İlyasın zühuru (1—6)

    • Haqq günəşi doğacaq (2)

4  Ordular Allahı Yehova deyir: «Budur, kürətək yanan o gün gəlir.+ Bütün qürrəlilər və şər əməl sahibləri saman kimi olacaq. Qarşıdan gələn o gün onları yandırıb məhv edəcək, onlardan nə kök, nə budaq qalacaq.  Adıma ehtiram bəsləyən sizlərin üzərinə isə haqq günəşi doğacaq, onun şəfəqləri şəfalı olacaq. Siz bəslənmiş buzovlar kimi atılıb-düşəcəksiniz».  «Siz pisləri tapdalayacaqsınız. Bu işləri gördüyüm gün onlar ayaqlarınız altında toz kimi olacaqlar», — deyir ordular Allahı Yehova.  «Qulum Musaya Huribdə bütün İsrail üçün verdiyim Qanunu, hökmləri və əmrləri xatırlayın.+  Yehovanın möhtəşəm və müdhiş günü+ gəlməzdən qabaq İlyas peyğəmbəri+ yanınıza göndərəcəyəm.  O, ataların ürəyini oğullara,+ oğulların ürəyini atalarına tərəf yönəldəcək ki, Mən gəlib dünyanı vurmayım və dünya darmadağın olmasın».

Haşiyələr