Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məlaki 2:1—17

MÜNDƏRİCAT

  • Kahinlər xalqı öyrətmir (1—9)

    • Kahinin ağzı elmi qorumalıdır (7)

  • Nahaqdan boşanma (10—17)

    • Boşanmaya nifrət edirəm (16)

2  «Ey kahinlər, bu əmr sizin üçündür.+  Əgər siz qulaq asmasanız, adımı ucaltmağı ürəyinizdə qət etməsəniz, üzərinizə lənət yağdıracağam,+ — deyir ordular Allahı Yehova, — xeyir-duanızı lənətə döndərəcəyəm.+ Artıq xeyir-duanızı lənətə döndərmişəm, çünki əmrimə laqeydlik göstərirsiniz».   «Baxın, sizin ucbatınızdan səpdiyiniz toxumu tələf edəcəyəm,+ bayramlarınızda gətirdiyiniz qurbanların peyinini sifətinizə çırpacağam. Siz peyin içinə atılacaqsınız.  Onda biləcəksiniz ki, Lavi ilə bağladığım əhd qüvvədə qalsın deyə, Mən bu əmri sizə vermişəm»,+ — deyir ordular Allahı Yehova.  «Onunla həyat və sülh əhdi bağladım. Bunları ona verdim ki, Mənə ehtiram bəsləsin. O da Mənə həmişə ehtiram bəsləyirdi. Bəli, adım onu vahiməyə salırdı.  Həqiqət qanunu dilində idi,+ ağzından yamanlıq çıxmazdı. O, sülh və salehlik içində yolumla gedirdi*+ və çoxlarını səhv yoldan qaytarmışdı.  Kahinin ağzı elmi qorumalıdır, camaat qanunu onun dilində axtarmalıdır.+ Axı o, ordular Allahı Yehovanın elçisidir.  Lakin siz yoldan çıxdınız. Sizə görə qanun çoxlarını büdrətdi*.+ Lavi əhdini pozdunuz,+ — deyir ordular Allahı Yehova, —  madam ki siz yollarımla getmədiniz və qanunla bağlı məsələlərdə ayrı-seçkilik etdiniz+, Mən də sizi bütün xalqın qarşısında alçaldıb rəzil edəcəyəm». 10  «Məgər hamımızın atası bir deyil?+ Bizi bir Allah yaratmayıb? Onda niyə bir-birimizə xəyanət edib+ ata-babalarımızın əhdinə ləkə vururuq? 11  Yəhuda xainlik edir, İsraildə və Yerusəlimdə mənfur işlər görülür. Yəhuda Yehovanın əziz tutduğu müqəddəsliyinə* ləkə vurdu,+ yad allahın qızını aldı.+ 12  Yehova kimliyindən asılı olmayaraq, belə edən hər kəsi, o cümlədən ordular Allahı Yehovaya bəxşiş təqdim edəni Yaqubun çadırlarından yox edəcək».+ 13  «Siz bir şey də edirsiniz, buna görə Yehovanın qurbangahından ah-zar əskilmir, ora göz yaşlarından islanıb. Odur ki, daha bəxşişlərinizə fikir vermirəm, əlinizdən nəsə almaq Mənə xoş deyil.+ 14  Soruşursunuz: “Niyə?” Ona görə ki, cavanlıqda evləndiyin arvadınla sənin aranda Yehova Özü şahiddir. O qadın sənin yoldaşın, əhd kəsdiyin arvadındır, sən isə ona xəyanət etdin.+ 15  Aranızda belə etməyən bir kəs var idi, onda bir az Allahın ruhu qalmışdı. O nə istəyirdi? Allahdan övlad istəyirdi. Siz də ruhunuzu qoruyun və cavanlıqda evləndiyiniz arvadınıza xəyanət etməyin. 16  Çünki Mən boşanmaya nifrət edirəm,+ — deyir İsrailin Allahı Yehova, — zorakı adama* nifrət edirəm, — deyir ordular Allahı Yehova, — ruhunuzu qoruyun və xəyanət etməyin.+ 17  Siz sözlərinizlə Yehovanı təngə gətirmisiniz+ və soruşursunuz: “Nə etdik ki, O təngə gəldi?” “Pislik edən hər kəs Yehovanın gözündə yaxşıdır, Allah belələrini xoşlayır”,+ yaxud “hanı ədalət Allahı?” — deməklə Onu təngə gətirmisiniz».

Haşiyələr

Hərfən: Mənimlə yeriyirdi.
Digər variant: təliminizlə çoxlarını büdrətdiniz.
Digər variant: müqəddəs məkana.
Yaxud paltarının üstündən zorakılıq geyinən adama.