Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məlaki 1:1—14

MÜNDƏRİCAT

  • Yehovanın Öz xalqına məhəbbəti (1—5)

  • Qüsurlu qurbanlar (6—14)

    • Allahın adı xalqlar arasında uca olacaq (11)

1  Hökm: Yehovanın Məlaki* peyğəmbər vasitəsilə İsrail barədə dediyi söz.  Yehova deyir: «Mən sizə məhəbbət göstərdim».+ Siz isə deyirsiniz: «Bizə məhəbbətini necə göstərdin?» «Məgər Eys Yaqubun qardaşı deyil?+ — bəyan edir Yehova. — Ancaq Mən Yaqubu sevdim,  Eysə isə nifrət etdim.+ Onun dağlarını viran etdim,+ mirasını çöldəki çaqqallara verdim».+  «Ədum* deyir: “Biz əzildik, lakin qayıdıb viran qalmış yerlərimizi bərpa edəcəyik”. Buna görə ordular Allahı Yehova deyir: “Onlar tikəcəklər, Mən yıxacağam. Oraya “pislik diyarı”, onlara da “Yehovanın həmişəlik məhkum etdiyi xalq” deyəcəklər.+  Bunu öz gözünüzlə görüb deyəcəksiniz: “Qoy Yehova bütün İsrail diyarı üzərində uca olsun!”»  «Ey adıma həqarət edən kahinlər, ordular Allahı Yehova sizə deyir: “Oğul atasına hörmət göstərir,+ nökər də ağasına. Əgər Mən atayamsa,+ hanı Mənə hörmət?+ Əgər Mən ağayamsa, hanı Mənə ehtiram?”+ “Siz isə: “Biz Sənin adına necə həqarət etmişik ki?” — deyirsiniz”.  “Qurbangahımda murdar çörək təqdim etməklə”. “Siz soruşursunuz: “Səni necə ləkələmişik ki?” “Yehovanın süfrəsi+ hörmətə layiq deyil”, — deməklə.  Siz kor heyvanı qurban gətirib deyirsiniz: “Burada pis nə var ki!” Həmçinin axsaq və xəstə heyvanı təqdim edib deyirsiniz: “Burada pis nə var ki!”».+ «Onu öz hökmdarına apar, gör səndən razı qalar? Gör sənə xoş üz göstərər?» — deyir ordular Allahı Yehova.  «Allaha yalvarın ki, O, bizə lütf göstərsin. Heç bu cür təqdimələrlə O, sizə xoş üz göstərər?» — deyir ordular Allahı Yehova. 10  «Siz qapılarımı bağlamaq istəmirsiniz*.+ Heç qurbangahımı da havayı qalamırsınız.+ Mən sizdən narazıyam, — deyir ordular Allahı Yehova, — gətirdiyiniz bəxşişlər Mənə xoş deyil».+ 11  «Gündoğandan günbatanadək xalqlar arasında Mənim adım uca olacaq.+ Hər yerdə adıma pak bəxşiş kimi qurban tüstüsü qaldırılacaq və təqdimələr gətiriləcək, çünki xalqlar arasında Mənim adım uca olacaq»,+ — deyir ordular Allahı Yehova. 12  «Siz isə: “Yehovanın süfrəsi murdardır, onun üstündəki meyvələr də, yeməklər də hörmətə layiq deyil”,+ — deyərək onu* ləkələyirsiniz.+ 13  Üstəlik: “Lap bezmişik!” — deyib nifrətinizi göstərirsiniz», — deyir ordular Allahı Yehova. «Siz oğurluq, axsaq və xəstə heyvanları gətirirsiniz. Siz bu cür heyvanları bəxşiş gətirirsiniz! Bunu sizdən necə qəbul edim?»+ — deyir Yehova. 14  «Sürüsündə sağlam erkək heyvanı ola-ola, nəzir deyib qüsurlu heyvanı Yehovaya qurban gətirən hiyləgər adama lənət olsun! Axı Mən əzəmətli Padşaham,+ — deyir ordular Allahı Yehova, — Mənim adım xalqlar arasında vahimə doğuracaq».+

Haşiyələr

Mənası: elçim.
Yr 25:30 və 36:1 ayələrinə əsasən, Eysin digər adı.
Görünür, söhbət məbədin qapısında növbətçilik etməkdən gedir.
Digər variant: Məni.