Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 8:1—36

MÜNDƏRİCAT

  • Harunla oğullarının kahinliyə təyin olunma mərasimi (1—36)

8  Sonra Yehova Musaya dedi:  «Harunla oğullarını+ çağır, onların geyimlərini,+ məsh yağını,+ eləcə də iki qoç, günah qurbanı üçün bir buğa və bir səbət mayasız çörək+ götür.  Bütün icmanı da Hüzur çadırının girişinə topla».  Musa Yehovanın əmrini yerinə yetirdi. Bütün icma Hüzur çadırının girişinə toplaşdı.  Musa camaata xitab edib dedi: «Yehova bizə bunu əmr edir».  O, Harunla oğullarını çağırıb su ilə yuyunmağı tapşırdı.+  Sonra Haruna alt köynəyi+ geyindirib kəməri+ belinə bağladı. Üstündən qolsuz köynək+ ilə döşlüyü+ geyindirdi və döşlüyün qurşağını+ kip bağladı.  Döşlüyün üstündən sinəbəndi+ taxdı və Urimlə Tummimi+ onun içinə qoydu.  Əmmaməni+ Harunun başına qoydu və əmmamənin qabaq tərəfinə müqəddəs lövhəciyi,+ parlaq qızıl lövhəciyi bərkitdi. Hər şeyi Yehovanın əmr etdiyi kimi etdi. 10  Sonra Musa məsh yağını götürdü və Müqəddəs çadırı, eləcə də içində olan hər şeyi məsh edib müqəddəs etdi.+ 11  Ondan həmçinin qurbangahın, onun bütün avadanlığının, çənin və altlığının üstünə yeddi dəfə damızdırıb onları müqəddəs etmək üçün məsh etdi. 12  Axırda Harunu müqəddəs etmək üçün məsh yağından başına töküb onu məsh etdi.+ 13  Bundan sonra Musa Harunun oğullarını çağırıb alt köynəklərini geyindirdi, kəmərlərini bellərinə bağladı və çalmalarını başlarına qoydu.+ Yehova necə demişdisə, elə də etdi. 14  Sonra o, günah qurbanı üçün olan buğanı gətirdi. Harun və oğulları əllərini onun başına qoydular.+ 15  Musa heyvanı kəsdi, barmağını qana batırıb+ qurbangahın buynuzlarına çəkdi və qurbangahı pak etdi. Qanın qalanını isə qurbangahın dibinə tökərək onu müqəddəs etdi ki, üstündə qurban gətirə bilsinlər. 16  Bundan sonra o, bağırsaqların və qaraciyərin üstündəki piyi, hər iki böyrəyi və üstündəki piyi çıxardıb qurbangahda yandırdı.+ 17  Qalan şeyləri isə — buğanın dərisini, ətini və nəcisini düşərgədən kənarda yandırdı.+ Yehova necə demişdisə, elə də etdi. 18  Sonra o, yandırma qurbanı üçün olan qoçu gətirdi və Harunla oğulları əllərini qoçun başına qoydular.+ 19  Musa qoçu kəsdi və qanını hər tərəfdən qurbangahın üstünə çilədi. 20  Qoçu parçalara bölüb başı, parçaları və böyrək piyini qurbangahdakı odun üstündə yandırdı. 21  Sonra bağırsaqla ayaqları yudu və qoçu bütünlüklə qurbangahda yandırdı. Bu, yandırma qurbanı, xoş ətir, Yehova üçün odda yandırılan təqdimə idi; Yehova Musaya belə buyurmuşdu. 22  Sonra o biri qoçu, kahinlik qurbanı üçün olan qoçu gətirdi.+ Harunla oğulları əllərini qoçun başına qoydular.+ 23  Musa qoçu kəsdi və qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi. 24  Sonra Harunun oğullarını qabağa çıxarıb qandan sağ qulaqlarının mərcəyinə, sağ əllərinin və sağ ayaqlarının baş barmağına çəkdi. Qanın qalanını isə hər tərəfdən qurbangahın üstünə çilədi.+ 25  Sonra qoçun piyini, quyruğunu, bağırsaqların və qaraciyərin piyini, hər iki böyrəyi və onların üstündəki piyi, eləcə də sağ budu ayırdı.+ 26  Musa Yehovanın önündəki mayasız çörəklər olan səbətdən bir halqavarı çörək,+ yağlı xəmirdən bişirilmiş bir halqavarı çörək+ və bir dənə lavaş götürdü. Onları piy tikələrinin və sağ budun üstünə qoydu. 27  Bunların hamısını Harunun və oğullarının əlinin içinə qoydu və yellədərək Yehovanın hüzurunda yellətmə təqdiməsi kimi təqdim etdi. 28  Sonra çörəkləri onlardan aldı və qurbangahda, yandırma qurbanının üstündə yandırdı. Bu, xoş ətir kimi təqdim olunan kahinlik qurbanı, Yehova üçün odda yandırılan təqdimə idi. 29  Sonra Musa qoçun döş hissəsini götürdü və yellədərək Yehovanın hüzurunda yellətmə təqdiməsi kimi təqdim etdi.+ Kahinlik qurbanı kimi gətirilən qoçun bu hissəsi Yehovanın göstərişinə görə Musanın payı oldu.+ 30  Sonra Musa məsh yağından+ və qurbangahın üstündəki qandan bir az götürüb Harunun, paltarlarının, oğullarının və onların paltarlarının üstünə səpdi. Beləliklə, o, Harunu və paltarlarını, eləcə də oğullarını+ və onların paltarlarını müqəddəs etdi.+ 31  Sonra Musa Harunla oğullarına dedi: «Qoçun ətini Hüzur çadırının girişində suda bişirin+ və səbətdəki çörəklə elə oradaca yeyin. Mənə: “Qoy Harunla oğulları onu yesin”,+ — deyə əmr olunub. 32  Qurbanın ətindən və çörəkdən səhərə qalanı yandırın.+ 33  Kahinliyə təyin edilmə müddəti başa çatana qədər, yeddi gün Hüzur çadırından aralanmayın. Kahinliyə təyin edilməniz yeddi gün çəkəcək.+ 34  Kəffarəniz üçün Yehova əmr edib ki, bu gün etdiyimizi qalan günlər də edək.+ 35  Yeddi gün, yeddi gecə+ Hüzur çadırının yanında olun və Yehovanın qarşısında borcunuzu yerinə yetirin,+ yoxsa öləcəksiniz. Mənə belə əmr olunub». 36  Yehova Musaya nə buyurmuşdusa, Harunla oğulları hamısını etdilər.

Haşiyələr