Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 6:1—30

MÜNDƏRİCAT

  • Təqsir qurbanı tələb olunan digər hallar (1—7)

  • Qurbanlarla bağlı göstərişlər (8—30)

6  Yehova sözünə davam edib Musaya dedi:  «Kim ona əmanət olunan şeylə bağlı başqasını aldadar,+ yaxud kimdənsə nəsə oğurlayarsa, kiməsə fırıldaq gələrsə,  itmiş bir şeyi tapıb onunla bağlı yalan danışarsa və bu günahlardan birini etdiyi halda yalandan and içərsə,+ Yehovaya sədaqətsizlik+ göstərib günah işləmiş olacaq.  Bu cür günaha batan adam oğurladığını, zorla və ya fırıldaqla ələ keçirdiyini, ona əmanət olunan və ya tapdığı itmiş şeyi,  yaxud haqqında yalandan and içdiyi şeyi qaytarmalıdır. Zərərin dəyəri tam həcmdə sahibinə ödənilməli və üstünə dəyərin beşdə biri əlavə edilməlidir.+ Təqsirkar bunu günahı sübuta yetirilən gün etməlidir.  O həmçinin təyin edilmiş dəyərə müvafiq bir qoç götürüb Yehovaya təqsir qurbanı kimi kahinin yanına gətirməlidir.+  Kahin Yehovanın önündə onun üçün kəffarə verməlidir. Beləcə, onu günaha batıran əməli bağışlanacaq».+  Yehova sözünə davam edib Musaya dedi:  «Haruna və oğullarına bu əmri çatdır: “Yandırma qurbanına dair qanun belədir:+ yandırma qurbanı bütün gecəni səhərədək qurbangahdakı odun üstündə qalmalıdır. Qurbangahdakı od aramsız yanmalıdır. 10  Kahin xidmət üçün olan kətan paltarını+ və kətan tumanını+ geyinməlidir. Sonra qurbangahdan yandırma qurbanının külünü təmizləyib+ qurbangahın yanına yığmalıdır. 11  Sonra isə əynini dəyişib+ külü düşərgədən kənara, pak yerə aparmalıdır.+ 12  Qurbangahdakı od həmişə yanmalı, sönməməlidir. Kahin hər səhər ora odun atmalı,+ üstünə yandırma qurbanını düzməli, həmçinin orada ünsiyyət qurbanının piyini yandırmalıdır.+ 13  Qurbangahdakı od həmişə yanmalı, heç vaxt sönməməlidir. 14  Taxıl təqdiməsinə dair qanun belədir:+ Harun oğulları onu Yehovanın hüzurunda, qurbangahın qarşısında təqdim etməlidirlər. 15  Onlardan biri taxıl təqdiməsindən — yağ qatılmış narın undan bütün kündürü ilə bir yerdə bir ovuc götürüb qurbangahda ətri Yehovaya xoş olan xatirə təqdiməsi kimi yandırmalıdır.+ 16  Qalanını Harun və oğulları yeyəcək.+ Ondan mayasız çörək bişirib müqəddəs yerdə — Hüzur çadırının həyətində yeməlidirlər.+ 17  Ona maya qatılmamalıdır.+ Mənə odda yandırılaraq gətirilən təqdimələrdən bunu kahinlərə pay verirəm.+ Günah qurbanı və təqsir qurbanı kimi o da son dərəcə müqəddəsdir.+ 18  Harun nəslindən olan bütün kişi xeylaqları ondan yeyə bilər.+ Bu, Yehovaya odda yandırılaraq gətirilən təqdimələrdən onların nəsillərinə verilən həmişəlik paydır.+ Bu təqdimələrin dəydiyi hər şey müqəddəs olacaq”». 19  Yehova yenə Musa ilə danışıb dedi: 20  «Harun məsh edilən gün özü və oğulları Yehovaya bunu təqdim etməlidirlər:+ taxıl təqdiməsi+ olaraq efanın*+ onda biri qədər narın un, yarısını səhər, yarısını axşam. Bunu həmişə etməlidirlər. 21  Una yağ qatıb sacda bişirməlidirlər.+ Sonra çörəyə yaxşıca yağ hopdurub doğramalı və ətri Yehovaya xoş olan taxıl təqdiməsi kimi gətirməlidirlər. 22  Harun oğullarından onun yerinə keçən məsh edilmiş kahin də bunu etməlidir.+ Bu təqdimə bütünlüklə yandırılıb Yehovaya gətirilməlidir. Bu, həmişəlik qanundur. 23  Kahinin gətirdiyi taxıl təqdimələrinin hər biri bütünlüklə yandırılmalıdır. Ondan yemək olmaz». 24  Yehova yenidən Musa ilə danışıb dedi: 25  «Haruna və oğullarına belə de: “Günah qurbanına dair qanun belədir:+ günah qurbanı kimi gətirilən heyvanı Yehovanın önündə, yandırma qurbanı kimi gətirilən heyvanın kəsildiyi yerdə kəsmək lazımdır.+ Günah qurbanı son dərəcə müqəddəsdir. 26  Bu qurbandan onu təqdim edən kahin yeyəcək.+ O, müqəddəs yerdə — Hüzur çadırının həyətində yeyilməlidir.+ 27  Qurbanın əti dəyən hər şey müqəddəs olacaq. Qanından kiminsə paltarına sıçrasa, paltar müqəddəs yerdə yuyulmalıdır. 28  Ətin qaynadıldığı saxsı qab sındırılmalıdır. Əgər mis qabda qaynadılıbsa, onda qabı sürtüb su ilə yumaq lazımdır. 29  Kahinlərin sırasından olan bütün kişilər ondan yeyə bilərlər.+ O, son dərəcə müqəddəsdir.+ 30  Lakin qanı müqəddəs məkana, Hüzur çadırına kəffarə kimi gətirilən günah qurbanından yemək olmaz.+ O, odda yandırılmalıdır.

Haşiyələr

Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.