Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 5:1—19

MÜNDƏRİCAT

  • Günah və qurbanlar (1—6)

    • Günahın şahidi (1)

  • Kasıbın gücü çatacağı qurbanlar (7—13)

  • Bilmədən işlənmiş günahlar üçün qurban (14—19)

5  Əgər kimsə hansısa günahın şahidi olar, bununla bağlı nə isə bilər və ya görərsə, amma şəhadət vermək üçün çağırış olanda* bildiyini açıb deməzsə,+ günahına görə cavab verməli olacaq.  Kim, hətta özünün xəbəri olmadan belə, murdar bir şeyə — napak vəhşi heyvanın, napak ev heyvanının leşinə, yaxud napak qaynaşan məxluqun ölüsünə toxunarsa,+ murdarlanacaq və günaha batacaq.  Əgər kimsə xəbəri olmadan insandan ifraz olunan murdarlığa, murdar əşyaya, yaxud murdar adama toxunub murdarlanarsa, bundan xəbər tutanda günahkar sayılacaq.+  Kimsə istər yaxşılıq olsun, istərsə də pislik, nə isə etməyə tələsik, qeyri-ixtiyari and içərsə, düşünmədən and içdiyini başa düşəndə günahkar sayılacaq.+  Kim bu şeylərdə günahkar olsa, günahını açıb etiraf etməlidir.+  Həmçinin etdiyi günaha görə Yehovaya təqsir qurbanı,+ yəni qoyun-keçidən bir dişi heyvan — bir quzu, yaxud bir cavan keçi təqdim etməlidir. Bu, günah qurbanıdır. Sonra kahin onun üçün günahının kəffarəsini versin.  Əgər onun qoyun gətirməyə gücü çatmırsa, günahına görə təqsir qurbanı olaraq Yehovaya iki qumru quşu, yaxud iki bala göyərçin təqdim etsin,+ birini günah qurbanı kimi, o birini isə yandırma qurbanı kimi.+  Onları kahinin yanına gətirməlidir, kahin isə onlardan birini günah qurbanı kimi təqdim etməlidir. O, dırnağı ilə quşun boğazını yırtmalı, amma başını üzməməlidir.  Onun qanından qurbangahın bir divarının üstünə damcılatmalıdır, qalan qanı isə qurbangahın dibinə axıtmalıdır.+ Bu, günah qurbanıdır. 10  O biri quşu yandırma qurbanı kimi qayda-qanuna uyğun olaraq təqdim etməlidir.+ Beləcə, kahin onun üçün etdiyi günahın kəffarəsini vermiş olacaq və onun günahı bağışlanacaq.+ 11  Əgər onun iki qumru quşu və ya iki bala göyərçin gətirməyə də gücü çatmırsa, günahına görə efanın*+ onda biri qədər narın unu günah təqdiməsi olaraq gətirsin. Ona nə yağ qatmalıdır, nə də üstünə kündür qoymalıdır, çünki bu, günah təqdiməsidir. 12  Onu kahinə gətirməlidir. Kahin ondan xatirə təqdiməsi kimi bir ovuc götürüb qurbangahda, Yehova üçün odda yandırılan təqdimələrin üstündə yandırsın. Bu, günah təqdiməsidir. 13  Beləcə, kahin bu günahlardan hər hansı birini edən adam üçün kəffarə vermiş olacaq. Onun günahı bağışlanacaq.+ Taxıl təqdiməsi kimi, bu təqdimədən də qalan kahinin olmalıdır”».+ 14  Yehova sözünə davam edib Musaya dedi: 15  «Əgər kimsə xətaya yol verib Yehovanın müqəddəs saydığı şeylərə qarşı bilmədən günah işləyərsə,+ Yehovaya təqsir qurbanı olaraq sağlam qoç gətirməlidir.+ Qoçun gümüş şekellə* dəyəri müqəddəs məkan şekeli ilə müəyyən edilməlidir.+ 16  Həmin adam müqəddəs məkana qarşı işlədiyi günahın qarşılığını, üstəlik, onun beşdə birini ödəməlidir.+ Bu məbləği kahinə verməlidir ki, kahin təqsir qurbanı olan qoçla onun üçün kəffarə versin. Beləcə, onun günahı bağışlanacaq.+ 17  Hətta bilmədən Yehovanın qadağan etdiyi şeyi edib suç işləyən adam günahkardır və günahına görə cavab verməlidir.+ 18  O, təqsir qurbanı olaraq kahinin yanına müəyyən edilmiş dəyərə müvafiq sağlam qoç gətirməlidir.+ Kahin onun üçün bilmədən, təsadüfən etdiyi günahının kəffarəsini versin. Beləcə, onun günahı bağışlanacaq. 19  Bu, təqsir qurbanıdır. Həmin adam Yehovanın önündə günaha batmışdı».

Haşiyələr

Hərfən: amma lənət (and) səsi eşidəndə. Görünür, bu, cinayətlə bağlı çağırış idi. Bu çağırışa təqsirkara və ya törədilən cinayət haqda bildirməmiş şahidə ünvanlanan qarğış daxil idi.
Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.