Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 24:1—23

MÜNDƏRİCAT

  • Çadırdakı çıraqlar üçün yağ (1—4)

  • Təqdimə çörəkləri (5—9)

  • Allahın adına küfr edən daşqalaq olunur (10—23)

24  Yehova sözünə davam edib Musaya dedi:  «İsrail oğullarına əmr et, çıraqların aramsız yanması üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər.+  Harun Hüzur çadırında, Şəhadət sandığının qarşısında olan pərdənin bayır tərəfindəki çıraqları axşamdan səhərə qədər Yehovanın önündə yanar saxlamalıdır. Bu, bütün nəsilləriniz üçün həmişə qüvvədə qalacaq qanundur.  O, həmişə Yehovanın önündə çıraqları xalis qızıldan olan çıraqdanın+ üstünə düzməlidir.  Narın undan on iki halqavarı çörək bişir. Çörəklərin hər biri efanın* onda ikisi qədər undan hazırlanmalıdır.  Onları Yehovanın önündə, xalis qızıldan olan masanın üstünə altı-altı olmaqla üst-üstə yığ.+  Hər qalağın üstünə xalis kündür qoy. O, Yehovaya odda yandırılaraq gətirilən xatirə təqdiməsi+ üçün çörək əvəzi olacaq.  Hər şənbə Yehovanın önündəki çörəklər təzələnməlidir.+ Bu, Mənim İsrail oğulları ilə bağladığım həmişəlik əhddir.  Çörəklər Harunla oğullarının olacaq.+ Onlar müqəddəs yerdə yeyilməlidir,+ çünki kahinə çatan bu çörəklər Yehova üçün odda yandırılan təqdimələrin içində son dərəcə müqəddəsdir. Bu, həmişəlik qaydadır». 10  İsraillilərin içində anası israilli, atası isə misirli olan bir nəfər var idi.+ Bir gün düşərgədə onunla başqa bir israillinin arasında dava düşdü. 11  İsrailli qadının oğlu Allahın adına küfr edib, onu lənətləməyə başladı.+ Onu Musanın yanına gətirdilər.+ Yeri gəlmişkən, onun anası Dan qəbiləsindən olan Dibrinin qızı Səlimət idi. 12  Yehovanın hökmü bəlli olanacan onu həbsdə saxladılar.+ 13  Yehova Musaya dedi: 14  «Lənət edəni düşərgədən çıxarın. Lənəti eşidənlərin hamısı əllərini onun başına qoysun, sonra isə bütün icma onu daşqalaq etsin.+ 15  İsrail oğullarına söylə: “Kim Allaha lənət etsə, günahına görə cavab verməli olacaq. 16  Yehovanın adına küfr edən hökmən öldürülməlidir.+ Bütün icma onu daşqalaq etməlidir. Yerli olsun, yadelli olsun, fərq etməz, Allahın adına küfr edən öldürülməlidir. 17  İnsan həyatına qəsd edən hökmən öldürülməlidir.+ 18  Ev heyvanını döyüb öldürən can əvəzinə can olaraq zərəri ödəməlidir. 19  Kim başqasına zədə yetirərsə, onun özünə də həmin şey edilməlidir.+ 20  Sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; başqasına hansı zədəni yetiribsə, ona da eyni zədə yetirilməlidir.+ 21  Heyvanı döyüb öldürən zərəri ödəməlidir,+ insan öldürəni isə öldürmək lazımdır.+ 22  İstər yadelli olsun, istər yerli, qanun hamı üçün eyni olmalıdır,+ çünki Mən sizin Allahınız Yehovayam”». 23  Musa bunları İsrail oğullarına söylədi. Onlar lənət oxuyan adamı düşərgədən kənara çıxarıb daşqalaq etdilər,+ beləliklə də, Yehovanın Musaya verdiyi əmri yerinə yetirdilər.

Haşiyələr

Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.