Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 2:1—16

MÜNDƏRİCAT

  • Taxıl təqdiməsi (1—16)

2  Yehovaya taxıl təqdiməsi+ gətirən adam təqdiməni narın undan gətirməlidir. Üstünə yağ tökməli və kündür qoymalıdır.+  Sonra onu kahinlərin, Harun oğullarının yanına gətirməlidir. Kahin bütün kündürlə birlikdə yağ qatılmış narın undan bir ovuc götürüb qurbangahda xatirə təqdiməsi+ kimi yandırsın. Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.  Taxıl təqdiməsindən qalan hissə Harunun və oğullarının olacaq.+ O, Yehovaya odda yandırılaraq gətirilən təqdimələrin içində son dərəcə müqəddəsdir.+  Təndirdə bişirilən taxıl təqdiməsi gətirən adam onu narın undan gətirməlidir: mayasız, yağlı xəmirdən bişirilmiş halqavarı çörək və ya mayasız xəmirdən bişirilmiş, üstünə yağ çəkilmiş lavaş gətirməlidir.+  Sacda bişirilmiş taxıl təqdiməsi narın una yağ qatılıb yoğrulmuş xəmirdən olmalıdır.+  Onu tikələrə bölmək və üstünə yağ tökmək lazımdır.+ Bu, taxıl təqdiməsidir.  Qazanda bişirilmiş taxıl təqdiməsi gətirəndə onu yağdan və narın undan hazırlamaq lazımdır.  Yehovaya gətirilən taxıl təqdiməsi bunlardan hazırlanmalıdır. Təqdimə kahinə verilməli, kahin də onu qurbangaha gətirməlidir.  Kahin taxıl təqdiməsindən bir qədər götürüb xatirə təqdiməsi+ kimi qurbangahda yandırsın. Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.+ 10  Taxıl təqdiməsindən qalan hissə Harunun və oğullarının olacaq. O, Yehova üçün odda yandırılan təqdimələrin içində son dərəcə müqəddəsdir.+ 11  Yehovaya gətirilən taxıl təqdimələrindən heç biri mayalı olmamalıdır.+ Çünki nə mayalıq xəmiri, nə də balı* Yehovaya odda yandırılan təqdimə olaraq gətirmək olmaz. 12  Onları nübar təqdiməsi+ kimi Yehovaya təqdim etmək olar, amma xoş ətir kimi qurbangaha gətirmək olmaz. 13  Gətirilən bütün taxıl təqdimələrinə duz qatılmalıdır. Duzsuz taxıl təqdiməsi gətirməyin. Duz Allahın əhdinin rəmzidir. Bütün təqdimələrə duz qatılmalıdır.+ 14  Nübardan Yehovaya taxıl təqdiməsi gətirəndə qovrulmuş və döyülüb yarma halına salınmış təzə taxıl gətirin. Bu, nübardan gətirilən taxıl təqdiməsidir.+ 15  Onun üstünə yağ tökün və kündür qoyun. Bu, taxıl təqdiməsidir. 16  Kahin onu xatirə təqdiməsi kimi yandırsın.+ O, kündürün hamısı ilə birlikdə yağ qatılmış yarmadan bir qədər götürüb Yehovaya odda yandırılan təqdimə olaraq təqdim etsin.

Haşiyələr

Görünür, burada arı balı deyil, əncirin və ya başqa meyvələrin suyu, yaxud şirəsi nəzərdə tutulur.