Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 17:1—16

MÜNDƏRİCAT

  • Çadır — qurban gətirmək üçün yer (1—9)

  • Qan yemək qadağandır (10—14)

  • Ölü heyvanın əti ilə bağlı göstəriş (15, 16)

17  Bundan sonra Yehova Musaya dedi:  «Haruna, onun oğullarına və bütün israillilərə de ki, Yehova belə əmr edir:  “Əgər israillilərdən kimsə malı, qoyunu və ya keçini  Hüzur çadırının girişinə gətirib Yehovanın Müqəddəs çadırının önündə Yehovaya təqdim etmək əvəzinə, heyvanı düşərgədə və ya düşərgədən kənarda kəsərsə, həmin adam qan tökməkdə günahkar sayılacaq. O qan töküb, buna görə də xalqın arasından yox edilməlidir*.  Bu qanun ondan ötrüdür ki, İsrail oğulları daha Yehovaya çöldə qurban kəsməsinlər. Heyvanları Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər. Onlar Yehovaya ünsiyyət qurbanı olaraq kəsilməlidir.+  Kahin qanı Yehovanın Hüzur çadırının girişindəki qurbangaha çiləməli, piyi isə Yehovaya xoş olan ətir kimi yandırmalıdır.+  Onlar artıq arxalarınca gedib zina etdikləri keçiyəbənzər cinlərə* qurban gətirməməlidirlər.+ Bu, sizin və bütün nəsilləriniz üçün həmişəlik qanundur”.  Onlara belə de: “İsraillilərdən, yaxud aranızda yaşayan yadellilərdən kimsə kənar yerdə yandırma qurbanı və ya başqa qurban təqdim edər,  qurbanlıq heyvanı Hüzur çadırının girişinə gətirib Yehovaya təqdim etməzsə, xalqın arasından yox edilməlidir*.+ 10  İsraillilərdən, yaxud aranızda yaşayan yadellilərdən kimsə qan yesə,+ üzüm ondan dönəcək və onu xalqın arasından yox edəcəyəm. 11  Çünki can* qandadır.+ Mən onu qurbangah üçün təyin etmişəm ki,+ onunla canınız üçün kəffarə verəsiniz; yalnız qan kəffarə ola bilər,+ çünki can qandadır. 12  Buna görə də mən İsrail oğullarına buyurmuşam ki, nə özləri, nə də aralarında yaşayan yadelli+ qan yeməsin.+ 13  Əgər israillilərdən, yaxud aranızda yaşayan yadellilərdən kimsə ova çıxıb əti yeyilən vəhşi heyvan, yaxud quş ovlayarsa, qanını axıdıb+ üstünü torpaqla örtməlidir. 14  Çünki hər bir canlının canı onun qanıdır. Can qandadır. Buna görə də Mən İsrail oğullarına buyurmuşam ki, onlar heç bir canlının qanını yeməsinlər, çünki hər bir canlının canı onun qanıdır. Onu yeyən xalqın arasından yox edilməlidir*.+ 15  Kimsə, istər yerli olsun, istərsə də yadelli, ölmüş, yaxud parçalanmış heyvanın ətini yesə,+ paltarlarını yumalıdır, özü isə çimməlidir. O, axşama qədər murdar,+ sonra isə pak olacaq. 16  Amma paltarlarını yuyub çimməsə, günahına görə cavab verməli olacaq”».+

Haşiyələr

Yaxud öldürülməlidir.
Ehtimal ki, bu cinlər onlara ibadət edənlərin təsəvvüründə keçiyə oxşar qıllı məxluqlar idilər.
Yaxud öldürülməlidir.
Yaxud həyat.
Yaxud öldürülməlidir.