Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 15:1—33

MÜNDƏRİCAT

  • Tənasül üzvünün ifrazatları (1—33)

15  Yehova sözünə davam edib Musa ilə Haruna dedi:  «İsrail oğullarına belə de: “Hansısa kişinin tənasül üzvündən ifrazat gələrsə, o, murdar sayılacaq.+  Bu ifrazata görə o murdar olacaq. İfrazat davamlı axsa da, laxtalanıb qalsa da, bu kişi murdardır.  Belə xəstəliyi olan kişinin yatdığı yataq və üstündə oturduğu hər şey murdar olacaq.  Onun yatağına toxunan adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq.+  Xəstə adamın oturduğu hər hansı bir şeyin üstündə oturan adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq.  Xəstəyə toxunan paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq.  Xəstə adam pak adamın üstünə tüpürsə, o adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq.  Xəstənin oturduğu yəhər murdar olacaq. 10  Onun oturduğu hər hansı bir şeyə toxunan adam axşama qədər murdar olacaq. Həmin şeyi əlinə götürən adam da paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq. 11  Xəstə+ əllərini yumamış kiməsə toxunsa, həmin adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq. 12  Xəstənin əl vurduğu saxsı qab sındırılmalı, taxta qab isə yuyulmalıdır.+ 13  Adamın ifrazatı dayananda o paklanmaq üçün yeddi gün gözləməlidir. Sonra paltarlarını yumalı və axar suda çimməlidir. Beləliklə, o pak olacaq.+ 14  Səkkizinci gün 2 qumru quşu, yaxud 2 bala göyərçin götürməli,+ Yehovanın önünə, Hüzur çadırının girişinə gətirib kahinə verməlidir. 15  Kahin onlardan birini günah qurbanı, digərini yandırma qurbanı kimi təqdim etməlidir. Beləliklə, kahin onun üçün ifrazatına görə Yehovanın önündə kəffarə vermiş olacaq. 16  Əgər hansısa kişidən toxum axarsa, o, bütün bədənini yumalıdır. Bu adam axşama qədər murdar olacaq.+ 17  O, üstünə toxum tökülən paltarı və ya dəri əşyanı yumalıdır. Həmin şey axşama qədər murdar olacaq. 18  Kişi qadınla yaxınlıq edərsə*, hər ikisi çimməlidir. Onlar axşama qədər murdar olacaqlar.+ 19  Aybaşı qanaxması olan qadın yeddi gün murdar olacaq.+ Ona toxunan adam axşama qədər murdar olacaq.+ 20  Aybaşı vaxtı qadın nəyin üstündə uzanar və ya oturarsa, həmin şey murdar olacaq.+ 21  Onun yatağına toxunan adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq. 22  Qadının oturduğu hər hansı bir şeyə toxunan adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq. 23  Qadının oturduğu istər yataq olsun, istərsə də başqa bir şey, ona toxunan axşama qədər murdar olacaq.+ 24  Əgər kişi qadınla yaxınlıq etsə və onun aybaşı qanı ilə murdarlansa,+ o, yeddi gün murdar olacaq. Onun yatdığı yataq da murdar olacaq. 25  Qadının aybaşıdan əlavə, günlərlə qanaxması olarsa,+ yaxud aybaşısı adi vaxtda olduğundan uzun çəkərsə, o, bütün bu günlər ərzində aybaşı vaxtı olduğu kimi murdar olacaq. 26  Aybaşı zamanı olduğu kimi, qanaxma vaxtı da yatdığı yataq murdar olacaq.+ Eləcə də, üstündə oturduğu hər şey aybaşı vaxtı olduğu kimi murdar olacaq. 27  Bu şeylərə toxunan kəs murdar olacaq. O, paltarlarını yumalı və çimməlidir. Həmin adam axşama qədər murdar olacaq.+ 28  Qanaxma dayanandan sonra qadın yeddi gün gözləməlidir. Bundan sonra pak olacaq.+ 29  Səkkizinci gün 2 qumru quşu, yaxud 2 bala göyərçin götürməli,+ Hüzur çadırının girişinə gətirib kahinə verməlidir.+ 30  Kahin onlardan birini günah qurbanı, digərini yandırma qurbanı kimi təqdim etməlidir. Beləcə, o, qanaxmaya görə murdar olan qadın üçün Yehovanın önündə kəffarə vermiş olacaq.+ 31  Beləliklə, İsrail oğullarına özlərini pak saxlamağa kömək etməlisiniz ki, onlar aralarında olan Müqəddəs çadırımı murdarlayıb öz murdarlıqları içində ölməsinlər.+ 32  Bu, ifrazatı axan, yaxud toxumu axdığı üçün murdar olan kişi,+ 33  aybaşı olan qadın,+ bədənindən ifrazat axan kişi və ya qadın,+ eləcə də murdar qadınla yaxınlıq edən kişi üçün olan qanundur”».

Haşiyələr

Hərfən: yatıb toxumunu axıdarsa.