Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 12:1—8

MÜNDƏRİCAT

  • Zahı qadın üçün göstərişlər (1—8)

12  Sonra Yehova Musaya dedi:  «İsrail oğullarına belə söylə: “Hamilə qadın oğlan uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, yeddi gün murdar olacaq.+  Səkkizinci gün uşaq sünnət olunmalıdır.+  Qadın qandan paklanmaq üçün otuz üç gün də gözləməlidir. O, heç bir müqəddəs şeyə toxunmamalı və paklanma müddəti başa çatanacan müqəddəs məkana gəlməməlidir.  Əgər o, qız uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, on dörd gün murdar olacaq. Qandan paklanmaq üçün isə altmış altı gün də gözləməlidir.  Sonra oğluna və ya qızına görə gözlədiyi paklanma günləri başa çatanda, qadın kahinin yanına, Hüzur çadırının girişinə yandırma qurbanı kimi bir erkək toğlu+ və günah qurbanı kimi bir bala göyərçin, ya da bir qumru quşu gətirməlidir.  Kahin onları Yehovanın önündə təqdim edib qadın üçün kəffarə verəcək və qadın qanaxmadan pak olacaq. Oğlan və ya qız uşağı doğan zahı qadın üçün qanun belədir.  Qadının qoyuna gücü çatmırsa, onda iki qumru quşu və ya iki bala göyərçin gətirməlidir,+ birini yandırma qurbanı kimi, o birisini günah qurbanı kimi. Kahin onun üçün kəffarə verəcək və qadın pak olacaq”».

Haşiyələr