Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Lavililər 1:1—17

MÜNDƏRİCAT

  • Yandırma qurbanı (1—17)

1  Yehova Hüzur çadırından+ Musanı çağırıb dedi:  «İsrail oğullarına belə söylə: “Yehovaya heyvan qurban gətirəndə heyvanı mal-qaradan və ya qoyun-keçidən gətirməlisiniz.+   Mal-qaradan yandırma qurbanı təqdim edən adam sağlam erkək heyvan seçməlidir.+ Bu qurbanı könül xoşluğuyla+ Hüzur çadırının girişinə gətirib Yehovanın hüzurunda təqdim etməli  və əlini heyvanın başına qoymalıdır. Beləcə, qurban onun günahlarının kəffarəsi kimi qəbul olunacaq.  Sonra bu cavan buğa Yehovanın önündə kəsilməlidir. Kahinlər,+ Harun oğulları qanı gətirib Hüzur çadırının girişinin yanında olan qurbangahın üstünə hər tərəfdən çiləməlidirlər.+  Heyvan soyulub parçalara bölünməlidir.+  Kahinlər qurbangahda od qalamalı+ və üstünə odun yığmalıdırlar.  Odunun üstündən başı, böyrək piyini və qurbanın parçalarını düzməlidirlər.+  Heyvanın bağırsaqları və ayaqları yuyulmalıdır. Kahin bunların hamısını qurbangahda yandırma qurbanı kimi yandırmalıdır. Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.+ 10  Yandırma qurbanını qoyun-keçidən təqdim edən adam sağlam erkək heyvan seçməlidir.+ 11  Heyvan Yehovanın önündə qurbangahın şimal tərəfində kəsilməlidir. Kahinlər qanı hər tərəfdən qurbangahın üstünə çiləsinlər.+ 12  Heyvanın başı kəsilməli, böyrək piyi çıxarılmalı, cəmdək isə parçalara bölünməlidir. Kahin onları qurbangahdakı odunların üstünə düzməlidir. 13  Heyvanın bağırsaqları və ayaqları yuyulmalıdır. Kahin bunların hamısını qurbangahda yandırsın. Bu, yandırma qurbanıdır, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir. 14  Yandırma qurbanı kimi Yehovaya quş təqdim edən adam isə qumru quşu və ya bala göyərçin gətirməlidir.+ 15  Kahin quşu qurbangahın yanına gətirməli, boğazını dırnağı ilə yırtıb qurbangahda yandırmalıdır. Qanını isə qurbangahın bir divarından axıtmalıdır. 16  O, quşun çinədanını çıxarıb tüklərini yolmalı və qurbangahın şərq tərəfinə, küllüyə atmalıdır.+ 17  Kahin quşu qanadlarının altından yarmalı, amma iki yerə bölməməlidir. Sonra onu qurbangahda yanan odunların üstündə yandırmalıdır. Bu, yandırma qurbanıdır, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.

Haşiyələr