Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 8:1—14

MÜNDƏRİCAT

  • Bütpərəstliyin nəticəsi (1—14)

    • Külək əkilir, tufan biçilir (7)

    • İsrail Yaradanını unudub (14)

8  «Şeypur çal!+ Düşmən Yehovanın evi üzərinə qartal kimi şığıyır,+Çünki onlar əhdimi tapdaladılar,+ qanunumu pozdular.+   Onlar fəryad edirlər: “Ey Allahımız, biz israillilər Səni tanıyırıq”.+   İsrail yaxşılığı rədd etdi.+ Qoy düşmən onu təqib etsin.   Onlar Mənsiz padşahlar qoydular, Tanımadığım kəsləri başçı qoydular. Öz məhvləri üçün+Qızıl-gümüşlərindən büt düzəltdilər.+   Ey Səməriyyə, səndəki dana bütünü rədd etdim.+ Qəzəbim onlara qarşı alovlandı.+ Nə vaxtadək paklaşa bilməyəcəklər?   Bu, İsrailin işidir. Onu usta düzəldib, o, Allah deyil.Buna görə Səməriyyədəki dana bütü xıncım-xıncım olacaq.   Onlar külək əkir,Tufan biçəcəklər!+ Taxıllarda sünbül yoxdur,+Cücərən sünbüllərdən un çıxmır, Çıxsa da yadlar yeyəcək.+   İsraili aşırıb yeyəcəklər.+ Onlar xalqlar arasındaGərəksiz qab kimi olacaqlar.+   Çünki onlar yalqız çöl eşşəyi kimi Aşşura getdilər.+ Əfraim muzdla özünə məşuqlar tutdu.+ 10  Xalqlar arasından özlərinə muzdla məşuqlar tutsalar da,İndi onları bir yerə toplayacağam.Onlar padşah və başçıların qoyduğu yük altında əzab çəkəcəklər.+ 11  Əfraim günah işləmək üçün qurbangahları çoxaltdı.+ Bunlar onun günah qurbangahları oldu.+ 12  Mən onun üçün çoxlu qanunlar yazdım,Lakin o, onları qəbul etmədi.+ 13  Mənə bəxşiş olaraq qurban gətirir, ətindən yeyirlər,Amma Yehova onlardan razı qalmır.+ O, onların təqsirini yada salacaq, günahlarına görə cəzalandıracaq.+ Onlar Misirə qayıdıblar*.+ 14  İsrail öz Yaradanını unudub+ məbədlər tikdi+.Yəhuda istehkamlı şəhərlərin sayını artırdı.+ Mən onun şəhərlərinə od göndərəcəyəm,Hər birinin qülləsini yandırıb yox edəcək».+

Haşiyələr

Digər variant: qayıdacaqlar.