Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 7:1—16

MÜNDƏRİCAT

  • Əfraimin şər əməlləri (1—16)

    • Allahın torundan qaça bilməyəcəklər (12)

7  «Hər dəfə İsrailə şəfa vermək istəyəndəƏfraimin təqsiri,+Səməriyyənin şər əməlləri+ üzə çıxır. Onlar hiylə işlədir,+Oğrular evlərə girir, quldur dəstələri küçələrdə soyğunçuluq edir.+   Heç düşünmürlər ki, Mən onların şər əməllərini yadıma salacağam.+ Əməlləri onları bürüyüb,Gözümün qarşısındadır.   Şər əməlləri ilə padşahı,Hiylələri ilə başçıları sevindirirlər.   Hamısı zinakardır,Çörəkçinin qaladığı,Xəmir acıyanadək daha qurdalamadığı soba kimi alışıb yanırlar.   Padşahımızın şad günündə başçıları azar tutdu,Şərabdan qızışdılar.+ Padşah rişxəndçilərlə əl-ələ verdi.   Onlar soba kimi alışıb-yanan ürəkləri ilə yaxınlaşırlar*. Çörəkçi bütün gecəni yatır,Səhər isə soba gur-gur yanır.   Hamısı soba kimi qızışıb,Öz hakimlərini udurlar. Bütün padşahları yıxıldı.+Onların heç biri Məni çağırmır.+   Əfraim xalqlara qaynayıb-qarışır.+ O, bir üzü çiy qalmış kökədir.   Qüvvətini yadlar apardı,+ o isə bilmədi. Saçı ağardı, onunsa xəbəri olmadı. 10  İsrailin təkəbbürü ona qarşı şəhadət edir.+Bununla belə, onlar Allahları Yehovaya sarı dönmədilər,+Onu axtarmadılar. 11  Əfraim səfeh göyərçinə bənzəyir, ağılsızdır.+ O, Misiri çağırdı,+ Aşşura getdi.+ 12  Hara getsələr, torumu onların üstünə atacağam. Onları göy quşları kimi yerə salacağam. İcmalarına bildirmişdim, odur ki, onları cəzalandıracağam.+ 13  Onlar Məndən qaçdılar, vay onların halına! Mənə asi oldular, qoy məhv olsunlar! Onları qurtarmaq istəyirdim, onlarsa Mənə böhtan atdılar.+ 14  Yataqlarında zar-zar ağladılar,Amma Məni ürəkdən köməyə çağırmadılar.+ Taxıl və təzə şərabdan ötrü özlərini yaraladılar,Məndən üz döndərdilər. 15  Mən onları tərbiyə etdim, qollarına qüvvət verdim,Onlarsa Mənə qarşıdırlar, hey qəsd qururlar. 16  Onlar döndülər, amma ali olana* tərəf yox.Boşalmış kaman kimi yararsızdırlar.+ Başçıları dikbaş-dikbaş danışdıqlarına görə qılıncdan keçiriləcək. Buna görə onları Misir torpağında ələ salacaqlar».+

Haşiyələr

Digər variant: fitnə-fəsadla yaxınlaşırlar, ürəkləri soba kimidir.
Yəni ali dinə.