Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 6:1—11

MÜNDƏRİCAT

  • Yehovaya dönmək çağırışı (1—3)

  • Xalqın keçici xeyirxahlığı (4—6)

    • «Mənə qurban yox, xeyirxahlıq xoşdur» (6)

  • Abır-həyasını itirmiş xalq (7—11)

6  «Gəlin Yehovaya sarı qayıdaq, O, bizi parçaladı,+ O da bizə şəfa verəcək, O, bizi yaraladı, O da yaralarımızı sarıyacaq.   O, iki gündən sonra bizi dirçəldəcək. Üçüncü gün ayağa qaldıracaq Biz Onun hüzurunda yaşayacağıq.   Gəlin Yehovanı tanıyaq, Onu tanımağa can ataq. O, sübh şəfəqi kimi çıxacaq, hökmən çıxacaq. O, bizə tərəf leysan kimi, Torpağı doyuran yaz yağışı kimi gələcək».   «Ey Əfraim, səninlə nə edim? Ey Yəhuda, bəs səninlə nə edim? Axı xeyirxahlığınız səhər dumanına bənzəyir, Şeh kimi tez yox olur.   Buna görə onları peyğəmbərlər vasitəsilə sarsıdacağam,+ Ağzımdan çıxan sözlərlə öldürəcəyəm.+ Hökmlər üzərinizdə işıq kimi parlayacaq.+   Çünki Mənə qurban yox, xeyirxahlıq* xoşdur, Yandırma qurbanından çox Allahı tanımağınız xoşdur.+   Onlar isə fani insan olduqları üçün əhdi pozdular,+ Orada Mənə xəyanət etdilər.   Gilad şər adamlar şəhəridir,+ Ora başdan-başa qanlı ayaq izləridir.+   Kahin dəstəsi adam soymaq üçün pusqu quran quldur dəstəsi kimidir. Sihama+ gedən yolda qətl törədirlər, Çünki abır-həyalarını itiriblər. 10  İsrail evində dəhşətli bir şey gördüm. Əfraim orada fahişəlik edir.+ İsrail özünü murdarlayıb.+ 11  Ey Yəhuda, sənin biçin günün təyin edilib, O zaman xalqımı əsirlikdən qaytaracağam».+

Haşiyələr

Yaxud mərhəmət.