Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 2:1—23

MÜNDƏRİCAT

  • Xain İsrailin cəzası (1—13)

  • Yehova xalqını qəbul edəcək (14—23)

    • «Məni ərim deyə çağıracaqsan» (16)

2  Qardaşlarınıza: “Mənim xalqım*”,+ Bacılarınıza: “Mərhəmət görmüş qadın*”,+ deyin.   Ananızı tənbeh edin, tənbeh edin, Çünki o, Mənim arvadım deyil,+ Mən də onun əri deyiləm. Qoy fahişəliyindən əl çəksin, Xəyanəti döşləri arasından çıxarıb atsın.   Yoxsa onu soyundurub lüt anadangəlmə edəcəyəm, Onu səhraya, Quraq torpağa döndərəcəyəm, Susuz qoyub öldürəcəyəm.   Balalarına mərhəmət göstərməyəcəyəm, Çünki onlar zina övladlarıdır.   Anaları zina edib.+ Onları bətnində gəzdirən qadın abırsızlıq edib.+ O deyirdi: “Oynaşlarımın dalınca gedəcəyəm.+ Çörəyimi, suyumu, Yunumu, kətanımı, yağımı, içkimi onlar verir”.   Buna görə tikanlı çəpərlə onun yolunu kəsəcəyəm, Qabağında daşdan hasar hörəcəyəm ki, Yollarını tapa bilməsin.   O, oynaşlarının dalınca qaçacaq, amma çatmayacaq,+ Onları axtaracaq, amma tapmayacaq. Onda deyəcək: “Gedim, birinci ərimin yanına qayıdım,+ Çünki o vaxt güzəranım indikindən yaxşı idi”.+   O anlamadı ki, Ona taxılı, təzə şərabı, yağı verən Mən idim,+ Baala sərf etdiyi qızıl-gümüşü başından tökən Mən idim.+   Buna görə də onunla başqa cür davranacağam. Biçin vaxtı taxılımı, yığım vaxtı şərabımı əlindən alacağam,+ Çılpaq bədənini örtən yunumu, kətanımı dartıb alacağam. 10  Oynaşlarının gözü önündə eyib yerlərini açacağam, Heç kim onu əlimdən ala bilməyəcək.+ 11  Onun bütün şadlıqlarına, bayramlarına,+ Təzə ay mərasimlərinə, şənbələrinə, bütün şənliklərinə son qoyacağam. 12  “Bunlar oynaşlarımın mənə verdiyi haqqdır” dediyi meynələri, Əncir ağaclarını məhv edəcəyəm, Onları meşəliyə çevirəcəyəm, Çöl heyvanları onları yeyib dağıdacaq. 13  Baal bütlərinə qurban gətirdiyi+ günlərə görə onunla haqq-hesab çəkəcəyəm. O zamanlar o, sırğasını, bər-bəzəyini taxıb oynaşlarının dalınca düşürdü, Məni isə unutmuşdu»+, — deyə bəyan edir Yehova. 14  «Buna görə onu dilə tutub Səhraya aparacağam, Ürəyini ələ alacağam. 15  Bundan sonra onun üzümlüklərini və Axor+ dərəsini bir ümid qapısı kimi ona qaytaracağam.+ Orada o, gənclik çağlarında olduğu kimi, Misir diyarından çıxdığı çağlarda olduğu kimi Mənə hay verəcək.+ 16  O gün Məni artıq ağam* yox, Ərim deyə çağıracaqsan», — bəyan edir Yehova. 17  «Baal bütlərinin adını onun dilindən siləcəyəm,+ Onların adı bir daha xatırlanmayacaq.+ 18  O gün xalqımın yaxşılığı üçün çöl heyvanlarıyla, Göydəki quşlarla, yerdə sürünənlərlə əhd bağlayacağam.+ O diyarda ox-kamanı, qılınc və müharibəni yox edəcəyəm,+ Onları əmin-amanlıqda yaşadacağam.+ 19  Əbədi Mənim olasan deyə Doğruluq və ədalətlə, Məhəbbət və mərhəmətlə+ səninlə nişanlanacağam. 20  Mən səninlə sədaqətlə nişanlanacağam, Sən də Yehovanı tanıyacaqsan».+ 21  Yehova bəyan edir: «O gün hay verəcəyəm, Mən göylərə hay verəcəyəm, Göylər də yerə hay verəcək.+ 22  Yer taxıla, təzə şəraba, yağa hay verəcək, Onlar isə Yizrailə+ hay verəcək. 23  Mən onu Özüm üçün toxum kimi torpağa əkəcəyəm.+ Mərhəmət görməyənə* mərhəmət göstərəcəyəm, Xalqım olmayana*: “Sən xalqımsan”, — deyəcəyəm,+ Onlar da: “Sən Allahımızsan”, — deyəcəklər».+

Haşiyələr

1:9 haşiyəsinə bax.
1:6 haşiyəsinə bax.
İbr. Baal.
1:6 haşiyəsinə bax.
1:9 haşiyəsinə bax.