Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 14:1—9

MÜNDƏRİCAT

  • Yehovaya sarı dönün (1—3)

    • Dilimizin mədhləri (2)

  • Onları xəyanət azarından sağaldacağam (4—9)

14  «Allahın Yehovaya sarı dön, ey İsrail!+ Axı sən günahlarına görə büdrədin.   Bu sözlərlə Yehovaya sarı dönün, Ona belə deyin: “Günahlarımızı bağışla,+ savablarımızı qəbul et, Əvəzində Sənə dilimizin mədhlərini + buğa qurbanları kimi təqdim edəcəyik.   Aşşur bizi xilas etməyəcək,+ Atları çapmayacağıq,+ Daha əllərimizin işinə: “Ey Allahımız!” — deməyəcəyik. Çünki Sən yetimə mərhəmət göstərirsən”.+   Mən onları xəyanət azarından sağaldacağam.+ Könlüm onları sevəcək,+ Çünki onlara qarşı qəzəbim keçdi.+   Mən İsrail üçün bir şəbnəm olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan ağaclarıtək kök salacaq,   Qol-budaq atacaq, Calalı zeytun ağacının calalıtək olacaq, Livan kimi ətir saçacaq.   Onlar yenə də onun kölgəsində məskən salacaqlar, Buğda yetişdirəcək, meynə kimi tumurcuqlayacaqlar.+ Onun şöhrəti Livan şərabı kimi olacaq.   Əfraim deyəcək: “Daha bu bütlər nəyimə gərəkdir?”+ Mən ona cavab verəcəyəm, gözüm üstündə olacaq.+ Sıx yarpaqlı ardıc ağacıtək olacağam, Sizin üçün bar gətirəcəyəm».   Hikmətli kimdir? Qoy bunları başa düşsün. Ağıllı kimdir? Qoy bunları bilsin. Axı Yehovanın yolları düzdür,+ Salehlər o yollarla gedəcək. Qanunu pozanlarsa o yollarda büdrəyəcək.

Haşiyələr