Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 13:1—16

MÜNDƏRİCAT

  • Bütpərəst Əfraim Yehovanı unutdu (1—16)

    • «Ey ölüm, hanı neştərin?» (14)

13  «Əfraim danışanda xalq əsirdi. İsraildə onun nüfuzu var idi,+ Lakin Baala səcdə edib+ günaha batdı və öldü.   İndi günahı günaha calayır, Özünə gümüşdən tökmə bütlər düzəldir,+ Bütləri məharətlə düzəldir; bütün bunlar sənətkar əlinin işidir. Onlara deyir: “Qoy qurban gətirənlər danaları öpsünlər”.+   Buna görə o, səhər dumanı kimi olacaq, Tez yox olan şeh kimi, Tufanda xırmandan sovrulan saman kimi, Bacadan çıxan tüstü kimi olacaq.   Lakin Mən Yehova hələ Misir diyarından sənin Allahınam.+ Məndən başqa Allah tanımırdın. Məndən başqa xilaskar yoxdur.+   Səhrada, quraq diyarda sənin qeydinə qalırdım.+   Onlar örüşlərində bəslənib doydular.+ Doydular və qudurdular. Məni unutdular.+   Mən onlar üçün gənc aslana dönəcəyəm,+ Bəbirtək yollarının üstündə durub gözləyəcəyəm.   Balalarını itirmiş ayı kimi qarşılarına çıxacağam, Onların bağrını yaracağam. Oradaca onları aslan kimi aşıracağam. Onları vəhşi heyvan parçalayacaq.   Ey İsrail, Səni məhv edəcəyəm, Çünki Mənə, öz yardımçına qarşı çıxdın. 10  Hanı sənin padşahın? Gəlsin səni bütün şəhərlərində qurtarsın.+ Hanı barələrində: “Mənə padşah və başçılar ver”, — dediyin hakimlər?+ 11  Padşahı sənə hirslə verdim,+ Qəzəblə götürəcəyəm.+ 12  Əfraimin təqsiri boğçaya bükülüb, Günahı qorunur. 13  O, doğuş sancısı çəkəcək. O, ağılsız oğuldur, Doğulmaq vaxtı çatanda çıxmaq istəməyəcək. 14  Onları Məzarın* çəngindən qurtaracağam, Ölümdən geri alacağam.+ Ey ölüm, hanı neştərin?+ Ey Məzar, hanı məhv edən gücün?+ Yenə də mərhəmət göstərməyəcəyəm. 15  Qamışlar arasında çoxalsa da, Üzərinə səhradan qalxan şərq küləyi, Yehovanın küləyi gələcək, Onun quyusunu qurudacaq, bulağının suyunu kəsəcək. Onun cavahirat dolu xəzinəsini talan edəcək.+ 16  Səməriyyə təqsirkar çıxacaq,+ çünki öz Allahına qarşı qiyam etdi.+ O, qılıncdan öləcək.+ Balaları qana qəltan olacaq, Hamilə qadınlarının qarnı yırtılacaq».

Haşiyələr

İbr. şeol. Lüğətə bax.