Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 12:1—14

MÜNDƏRİCAT

  • Əfraim Yehovaya dönməlidir (1—14)

    • Yaqub Allahla çarpışdı (3)

    • Yaqub Allahın lütfünü almaq üçün ağladı (4)

12  «Əfraim küləklə qidalanır, Bütün günü şərq küləyi dalınca qaçır. Yalanı, zülmü artırır. Aşşurla əhd bağlayır,+ Misirə yağ göndərir.+   Yehova Yəhuda ilə haqq-hesab çəkəcək.+O, Yaqubdan getdiyi yollara görə hesabat tələb edəcək,Əməllərinin əvəzini verəcək.+   O, hələ ana bətnində ikən qardaşının topuğundan tutdu.+Var gücü ilə Allahla çarpışdı.+   Mələklə çarpışdı və ona üstün gəldi. Onun lütfünü almaq üçün ağlayıb yalvardı».+ Allah onu Beyteldə tapdı və orada bizimlə danışdı.+   O, ordular Allahı Yehovadır,+O, Yehova adı ilə anılır.+   «Odur ki, sən öz Allahına tərəf dön,+Xeyirxahlığa, ədalətə bağlan.+Həmişə ümidini Allahına bağla.   Tacirin əlindəki tərəzi aldadır,O, həlləm-qəlləmliyi sevir.+   Əfraim deyir: “Əcəb varlandım,+Sərvət topladım.+ Çox əlləşdim, bütün bu zəhmətimdə nə bir səhv, nə bir günah tapılmayacaq”.   Mən Yehova hələ Misir diyarından sənin Allahınam.+ Təyin edilmiş günlərdə* olduğu kimiSəni yenə çadırlarda məskunlaşdıracağam. 10  Mən peyğəmbərlərlə danışdım,+Çoxlu vəhylər verdim,Peyğəmbərlər vasitəsilə məsəllər çəkdim. 11  Giladda fırıldaq+ və yalan var. Gilqalda buğalar qurban gətirilir.+Onların qurbangahları şumlanmış sahədəki daş qalağına bənzəyir.+ 12  Yaqub Aram torpağına+ qaçdı,İsrail+ arvad almaq üçün nökərçilik etdi,+Arvaddan ötrü qoyun otardı.+ 13  Yehova peyğəmbər vasitəsilə İsraili Misirdən çıxartdı,+Peyğəmbər vasitəsilə onu qorudu.+ 14  Əfraim Allahı bərk incitdi,+Tökdüyü qanlar onun boynundadır,Onun Sahibi biabırçılığının əvəzini ona verəcək».+

Haşiyələr

Digər variant: bayram günlərində.