Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Huşə 1:1—11

MÜNDƏRİCAT

  • Huşənin arvadı və uşaqları (1—9)

    • Yizrail (4), Lərəhimə (6), Ləümmət (9)

  • Bərpa və birlik ümidi (10, 11)

1  Yəhuda padşahları+ Üziyyə+, Yutəm+, Əhəz+, Hizqiyyə+ və İsrail padşahı Yuəş+ oğlu Ərubamın+ dövründə Biiri oğlu Huşəyə* Yehovanın sözü nazil oldu.  Yehova Huşə vasitəsilə sözünü bildirdi. Yehova sözünə belə başladı: «Get özünə bir arvad al. O, zinakar olacaq və sənə bic övladlar doğacaq. Çünki ölkə camaatı Yehovaya+ xəyanət etməklə zinakarlıq edir».  Huşə gedib Diblayimin qızı Gümərlə evləndi. O hamilə qalıb ona bir oğul doğdu.  Yehova Huşəyə dedi: «Onun adını Yizrail* qoy, çünki Mən tezliklə Yizraildə tökdüyü qana görə Yəhu+ evi ilə haqq-hesab çəkəcəyəm və İsrail evinin taxt-tacına son qoyacağam.+  O gün Yizrail dərəsində İsrailin kamanını qıracağam».  Gümər yenə hamilə qaldı və bir qız doğdu. Onda Allah Huşəyə dedi: «Qızın adını Lərəhimə* qoy, çünki Mən daha İsrail evinə mərhəmət göstərməyəcəyəm.+ Onları sürgün edəcəyəm.+  Yəhuda+ evinə isə mərhəmət göstərəcəyəm. Onları ox-kaman, qılınc, müharibə, at və atlıların gücü ilə yox,+ onların Allahı Yehovanın gücü ilə xilas edəcəyəm».+  Gümər Lərəhiməni döşdən ayırandan sonra yenə hamilə qalıb bir oğlan doğdu.  Allah dedi: «Onun adını Ləümmət* qoy, çünki siz xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam. 10  İsrail oğulları ölçüyə, saya-hesaba gəlməyən dəniz qumu kimi olacaq.+ Harada ki onlara “xalqım deyilsiniz”+ deyilmişdi, orada onlara “var olan Allahın oğulları” deyiləcək.+ 11  Yəhuda və İsrail camaatı birləşib cəm olacaq+ və özlərinə vahid bir başçı seçib ölkədən çıxacaqlar. Çünki Yizrail+ günü möhtəşəm bir gün olacaq.

Haşiyələr

Huşə Yahın xilas etdiyi, Yah xilas etdi mənasını verən Huşiyyə adının qısa formasıdır.
Mənası: Allah toxum səpəcək.
Mənası: mərhəmət görməyən.
Mənası: xalqım olmayan.