Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 7:1—25

MÜNDƏRİCAT

  • Cədun və 300 igid (1—8)

  • Cədunun ordusu mədyəniləri məğlub edir (9—25)

    • «Yehovanın qılıncı! Cədunun qılıncı!» (20)

    • Mədyənilərinin düşərgəsində çaxnaşma (21, 22)

7  Yərubbaal, yəni Cədun+ və onun adamları ertədən durub Xarud çeşməsinin yanında düşərgə saldılar. Mədyənilərin düşərgəsi ondan şimalda, Möhrə təpəsinin yanında, dərədə idi.  Yehova Cəduna dedi: «Sənin adamlarının sayı həddən artıq çoxdur. Mədyəni onlara təslim etməyəcəyəm,+ yoxsa İsrail öyünüb deyəcək ki, “mən özüm özümü xilas etdim”.+  Camaata belə de: “Kim qorxudan əsirsə, evinə qayıtsın”».+ Cədun bu sözlərlə onları sınadı. Onda 22 000 nəfər evə qayıtdı. Onunla 10 000 adam qaldı.  Yehova bir də Cəduna dedi: «Yenə də adamların çoxdur. Onları su kənarına endir. Orada onları yoxlayacağam. “Bu, səninlə gedəcək” dediyim adam səninlə getsin, “bu, getməyəcək” dediyim adam isə getməsin».  Cədun adamları su kənarına endirdi. Yehova Cəduna buyurdu: «Suyu it kimi dili ilə içənləri diz çökərək içənlərdən ayır».  Əlini ağzına aparıb suyu dili ilə içənlərin sayı 300 nəfər oldu. Qalanları isə suyu diz çökərək içdi.  Yehova Cəduna dedi: «Suyu ovcundan içən bu 300 nəfərlə sizi xilas edəcəyəm və mədyəniləri sənə təslim edəcəyəm.+ Qalanlarını isə evlərinə göndər».  Cədun bütün israilliləri evlərinə göndərib cəmi 300 nəfəri saxladı. Onlar o birilərinin azuqə və şeypurlarını götürdülər. Mədyənilərin düşərgəsi Cədunun düşərgəsindən aşağıda, dərədə idi.+  O gecə Yehova Cəduna dedi: «Qalx, düşmən ordugahına hücum et, onları sənə təslim etmişəm.+ 10  Yox əgər hücum etməyə qorxursansa, dur, nökərin Fürayla birlikdə ordugaha en. 11  Onların söhbətinə qulaq as. Onda hücum etməyə cəsarət tapacaqsan». Cədun nökəri Fürayla birlikdə ordugahın kənarına endi. 12  Mədyənilər, əmaliqələr və bütün şərqlilər+ çəyirtkə sürüsü kimi dərəni örtmüşdülər, dəvələri dəniz qumu qədər çox idi, sayı-hesabı yox idi.+ 13  Cədun ora gələndə bir kişi yoldaşına yuxusunu danışırdı: «Yuxuda gördüm ki, bir girdə arpa çörəyi diyirlənə-diyirlənə mədyənilərin ordugahına girdi. O, çadırlardan birinə elə zərblə dəydi ki, çadır dağıldı.+ Çörək çadırı alt-üst etdi və çadır yerlə yeksan oldu». 14  Onda yoldaşı dedi: «Bu, israilli Yuəşin oğlu Cədunun qılıncıdır ki var.+ Allah Mədyəni və bütün ordugahı ona təslim edib».+ 15  Cədun yuxunu və yozumunu eşidən kimi+ Allaha səcdə qıldı və İsrail düşərgəsinə qayıdıb dedi: «Qalxın, Yehova mədyənilərin ordugahını sizə verib». 16  Sonra 300 nəfəri üç dəstəyə böldü, hər birinə şeypur və küp verdi.+ Küplərin içində məşəl var idi. 17  Cədun onlara dedi: «Gözünüz məndə olsun, mən nə etsəm, siz də elə edin. Ordugahın kənarına çatanda nə etsəm, siz də elə edin. 18  Mən yanımdakılarla birgə şeypur çalanda siz də ordugahın ətrafında şeypur çalın və: “Yehova uğrunda! Cədun uğrunda!” — deyə hayqırın. 19  Cədun 100 nəfərlik dəstə ilə ikinci gecə növbəsinin* başlanğıcında, keşikçilər dəyişəndən dərhal sonra ordugahın kənarına gəldi. Onlar şeypurları çaldılar+ və əllərindəki su küplərini sındırdılar.+ 20  Üç dəstənin üçü də şeypur çalıb küpləri sındırdı. Onlar sol əllərində məşəl, sağ əllərində isə şeypur tutaraq: «Yehovanın qılıncı! Cədunun qılıncı!» — deyə hayqırırdılar. 21  Bütün bu vaxt ərzində ordugahın ətrafında hərə öz yerində durmuşdu. Bütün ordu hay-küylə qaçmağa üz tutdu.+ 22  Həmin 300 nəfər şeypurlarını çalmaqda ikən Yehova ordugahda hamının qılıncını bir-birinə qarşı qaldırdı.+ Düşmən ordusu Beyt-Şittaha qədər, Zərraya tərəf, Tabbat yaxınlığındakı Abil-Məhla+ sərhədinə qədər qaçdı. 23  Niftalıdan, Aşirdən və bütün Mənəssədən israillilər bir yerə toplanıb+ Mədyəni təqib etdilər. 24  Cədun bütün Əfraim dağlıq bölgəsinə qasidlər göndərib dedi: «Mədyənin qarşısını kəsmək üçün aşağı enin, Beyt-Baraha qədər İordanın və qollarının keçidlərini tutun». Beləcə, bütün əfraimlilər bir yerə toplandılar və Beyt-Baraha qədər İordanın və qollarının keçidlərini tutdular. 25  Onlar Mədyənin iki hakimini, Örəb və Zəəbi tutdular, Örəbi sonralar Örəb daşı adlanan daşın yanında, Zəəbi isə Zəəb üzümsıxanında öldürdülər.+ Onlar Mədyəni təqib etdilər.+ Örəblə Zəəbin başını İordan bölgəsinə, Cəduna gətirdilər.

Haşiyələr

İbranilər gecəni üç «növbə»yə bölürdü. Gecə növbəsi təxminən axşam saat ondan gecə saat ikiyə kimi davam edirdi.