Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 5:1—31

MÜNDƏRİCAT

  • Dəburə ilə Bərəqin zəfər nəğməsi (1—31)

    • Ulduzlar Sisara qarşı vuruşur (20)

    • Qişon çayı daşır (21)

    • Yehovanı sevənlər günəş kimidir (31)

5  O gün Dəburə+ Əbnamın oğlu Bərəqlə+ birgə bu nəğməni oxudu:+   «İsraillilər saçlarını açıb tökdü, cəngə hazır oldu, Xalq şövqlə döyüşə atıldı,+ Yehovaya alqış edin!   Siz, ey padşahlar, eşidin, ey hakimlər, qulaq verin! Yehovanı nəğmələrdə tərənnüm edəcəyəm, İsrailin Allahı Yehovanı+ mədh edəcəyəm.+   Yehova, Sən Sairdən çıxanda,+ Ədum torpağından gələndə Yer titrədi, göylər sularını boşaltdı, Buludlar şırhaşır leysan tökdü.   Dağlar Yehovanın qabağında əridi*,+ Sina İsrailin Allahı Yehovanın+ önündə düzəngah oldu.+   Ənat oğlu Şamqarın+ günlərində, Yailin+ dövründə yollar bomboş qalmışdı, Yolçular ara yollarla gedirdi.   İsrail kəndləri kimsəsiz qalmışdı. Mən Dəburə+ ayağa qalxmazdan, İsraildə bir anatək meydana çıxmazdan əvvəl bir kəndli yox idi.+   Xalq özü üçün yeni allahlar seçdi,+ Darvazalar ağzında müharibə başladı.+ Qırx min israilli arasında Bir qalxan, bir nizə gözə dəymirdi.   Qəlbim İsrailin əmirlərilədir,+ Xalqa qoşulub gedənlərlədir.+ Alqış edin Yehovaya! 10  Siz, ey boz ulaqlara minənlər, Bahalı xalılar üstdə oturanlar, Ey yollarla gedənlər, Fikir verin! 11  Quyu başından mal-qara suvaranların səsi eşidilirdi. Onlar Yehovanın haqq işlərini nəql edirdilər, Kəndlilərinin İsraildəki haqq işlərindən danışırdılar. Onda Yehovanın xalqı darvazalara axışdı. 12  Oyan, ey Dəburə+, oyan! Oyan, oyan, nəğmə oxu!+ Qalx, ey Bərəq!+ Əsirlərini apar, ey Əbnam oğlu! 13  Onda sağ qalanlar əsilzadələrin yanına gəldi, Yehovanın xalqı qoluzorlulara qarşı çıxmaq üçün yanıma gəldi. 14  Dərədə olanların kökü Əfraimə gedib çıxır. Ey Binyamin, onlar səninlədir, döyüşçülərinin arasındadır. Mahirdən+ əmirlər endi, Zəbulundan əlində əsa döyüşçü yığanlar* gəldi. 15  Yəsakir bəyləri Dəburənin yanında idi, Bərəq+ də Yəsakir kimi onunla idi. Onu pay-piyada dərəyə göndərdilər.+ Rubən bölükləri qərarsızlıq içində idi. 16  Nə üçün belində xurcun oturub Sürülər üçün çalınan tütək səsinə qulaq asırdın?+ Rubən bölükləri qərarsızlıq içində idi. 17  Gilad İordanın o tayından çıxmadı.+ Bəs Dan niyə gəmilərdə qaldı?+ Aşir dəniz sahilində boş-bikar oturdu, Öz limanlarından tərpənmədi.+ 18  Zəbulun həyatını ölümün pəncəsinə atdı, Niftalı da+ açıq təpələrdə+ belə etdi. 19  Padşahlar gəldi, onlar döyüşdü. Sonra Kənan padşahları vuruşdu+ Tanaqda, Megiddo suları yanında.+ Onlara qənimət gümüş düşmədi.+ 20  Ulduzlar asimandan döyüşdü, Öz yerlərindən Sisara qarşı vuruşdu. 21  Qişon çayı düşmənləri yuyub apardı,+ Qədim çay, Qişon çayı. Ey canım, sən qüdrətlini əzib tapdaladın! 22  Ayğırları dördnala çapanda Atlar dırnağı ilə yeri döyəclədi.+ 23  Yehovanın mələyi dedi: “Məruza lənət olsun! Qoy onun sakinlərinə lənət olsun! Çünki Yehovaya köməyə gəlmədilər, Yehovanın igidlərinə qoşulub köməyə gəlmədilər”. 24  Qadınlar arasında Yail+, Qəni Habirin+ arvadı ən bəxtəvərdir. O, çadırda yaşayan qadınların ən xoşbəxtidir! 25  Sisar su istədi, o, süd verdi, Nəfis bayram kasasında ona qaymaq verdi.+ 26  Əlini uzadıb çadır mıxını götürdü, Sağ əlinə toxmaq aldı. Toxmaqla Sisarın başını əzdi, Mıxla gicgahlarını dəlib dağıtdı.+ 27  O, Yailin ayaqları altına yıxıldı, sərilib yerdə qaldı, Qadının ayaqları altına yıxıldı, yerə döşəndi; Yıxıldığı yerdə də yenildi. 28  Pəncərədən qadın boylanırdı, Sisarın anası şəbəkədən baxırdı: “Görəsən, oğlumun arabası harada qaldı? Niyə atlarının ayaq tappıltısı gəlmir?”+ 29  Kübar xanımlardan ən ağıllısı cavab verdi, O özü də öz-özünə deyirdi: 30  “Yəqin qəniməti bölüşdürürlər, Hər cəngavərə bir qız, iki qız verirlər, Qənimətdən Sisara əlvan libaslar düşür. Qarətçilərin boynuna bəzək kimi, Naxışlı, al-əlvan paltar, naxışlı iki paltar düşür”. 31  Ey Yehova, qoy bütün düşmənlərin məhv olsun,+ Səni sevənlər isə əzəmətlə doğan günəş kimi parlasın!» Bundan sonra ölkə qırx il dinc yaşadı.+

Haşiyələr

Digər variant: sarsıldı.
Digər variant: mirzə ləvazimatı işlədənlər.