Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 3:1—31

MÜNDƏRİCAT

  • Yehova İsraili sınaqdan keçirir (1—6)

  • Birinci hakim Üsniil (7—11)

  • Hakim Əhud padşah Əclunu öldürür (12—30)

  • Hakim Şamqar (31)

3  Kənandakı müharibələri görməyən israilliləri sınaqdan keçirmək üçün+ Yehovanın saxladığı xalqlar bunlardır  (bu, ona görə idi ki, İsrailin müharibə görməmiş sonrakı nəsilləri müharibə görsün):  beş Filişt+ hakimi, bütün kənanilər, sidonlular+ və Baal-Hərmun dağından ta Ləbu-Həməsə+ qədər Livan dağında+ yaşayan hivilər+.  Yehova bu xalqları saxladı ki, israilliləri sınasın, Musa vasitəsilə ata-babalarına verdiyi əmrlərə riayət edib-etməyəcəklərini öyrənsin.+  Beləliklə, israillilər kənanilərin, hetlərin, amorilərin, fərizilərin, hivilərin və yəbusilərin arasında yaşayırdılar.+  Onlar bu xalqlara qız verib, onlardan qız alırdılar. Axırda israillilər onların allahlarına ibadət etməyə başladılar.+  İsraillilər Yehovanın bəyənmədiyi pis işlər görürdülər. Onlar özlərinin Allahı Yehovanı unutdular, Baallara+ və Aşera bütlərinə*+ ibadət etdilər.  Onda Yehova İsrailə qəzəbləndi və onları İkiçayarası* padşahı Kuşan-Rişətayimə təslim etdi. İsraillilər səkkiz il Kuşan-Rişətayimə xidmət etdilər.  Xalq Yehovadan imdad diləyib kömək istəyəndə+ Yehova onlara xilaskar yetirdi,+ Kalibin kiçik qardaşı Qənazın oğlu Üsniili+ israilliləri xilas etməyə göndərdi. 10  Yehovanın ruhu Üsniilin üzərinə endi+ və o, İsrailin hakimi oldu. Üsniil İkiçayarası padşahı Kuşan-Rişətayimlə döyüşə çıxanda Yehova padşahı onun əlinə verdi və o, Kuşan-Rişətayimin üzərində qələbə qazandı. 11  Bundan sonra ölkə qırx il dinc yaşadı. Sonra Qənaz oğlu Üsniil vəfat etdi. 12  İsraillilər yenə də Yehovanın bəyənmədiyi pis işlər görməyə başladılar.+ Yehovanın izni ilə Muab+ padşahı Əclun israillilərin üzərində ağalıq etməyə başladı, çünki xalq Yehovanın bəyənmədiyi pis işlər görürdü. 13  O, əmunilərlə+ əmaliqələri+ də israillilərə qarşı qaldırdı. Onlar İsrailə hücum edib xurma ağacları şəhərini+ aldılar. 14  İsraillilər on səkkiz il Muab padşahı Əcluna qulluq etdilər.+ 15  Sonra israillilər Yehovaya dad elədilər+ və Yehova onları qurtarmaq üçün+ binyaminli+ Qirahın oğlu solaxay+ Əhudu+ göndərdi. Bir dəfə israillilər Əhudla Muab padşahı Əcluna xərac göndərirdilər. 16  Əhud bir qulac* uzunluğunda ikiağızlı xəncər düzəldib paltarının altından sağ buduna bağladı. 17  O, xəracı Muab padşahı Əclunun hüzuruna gətirdi. Əclun şişman adam idi. 18  Əhud xəracı təqdim edib qurtarandan sonra xəracı gətirənləri yola saldı. 19  Ancaq özü Gilqaldakı+ oyma bütlərin* yanından geri qayıdıb padşaha dedi: «Ey padşah, sənə gizli sözüm var». O dedi: «Sakit!» Bunu eşidəndə bütün qulluqçular bayıra çıxdılar. 20  Padşah üst mərtəbədəki sərin otaqda tək oturmuşdu. Əhud ona yaxınlaşıb dedi: «Allahdan sənə söz gətirmişəm». Əclun taxtdan qalxdı. 21  Əhud sol əlini atıb sağ budundan xəncəri çəkdi və onun qarnına soxdu. 22  Xəncər qəbzəqarışıq onun qarnına girdi. Piy tiyəni örtdü, çünki Əhud xəncəri onun qarnından çıxartmadı. Onun nəcisi töküldü. 23  Əhud arxasınca yuxarı otağın qapılarını örtüb qıfılladı və eyvandan* çıxıb getdi. 24  O gedəndən sonra xidmətçiləri gəlib gördülər ki, yuxarı otağın qapıları qıfıllıdır. Onlar dedilər: «Yəqin padşah içəri otaqda ayaqyoluna gedib». 25  Onlar çox gözlədilər, axırda narahat olmağa başladılar. Görəndə ki, padşah qapını açmır, açar götürüb qapıları açdılar və gördülər ki, padşahın cəsədi yerə sərilib. 26  Onlar orada ləngiməkdə ikən Əhud artıq qaçıb oyma bütlərin*+ yanından keçmiş və sağ-salamat Seyraha çatmışdı. 27  Əhud oraya, Əfraim dağlıq bölgəsinə+ çatanda şeypur çaldı.+ İsraillilər onun başçılığı altında dağlardan endilər. 28  Əhud onlara dedi: «Ardımca gəlin! Yehova düşməniniz muabiləri sizə təslim edib». İsraillilər onun ardınca getdilər və İordan çayının keçidlərini tutdular ki, muabilər qaça bilməsinlər. Onlar kimsəni çayı keçməyə qoymadılar. 29  Onda israillilər 10 000 muabini qırdılar.+ Özü də onların hər biri güclü igid idi, amma heç biri qaçıb qurtula bilmədi.+ 30  O gün Muab İsrailə boyun əydi. Ölkə səksən il dinc yaşadı.+ 31  Əhuddan sonra çomaqla+ 600 filiştlini*+ öldürən Ənat oğlu Şamqar+ hakim oldu. O da İsraili xilas etdi.

Haşiyələr

Mesopotamiya.
Ehtimal ki, qısa qulac. Təx. 38 sm. B14 əlavəsinə bax.
Digər variant: Gilqaldakı karxananın.
Digər variant: nəfəslikdən.
Digər variant: qaçıb karxananın.
Bəzi mənbələrə əsasən, filistimlilər.