Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 20:1—48

MÜNDƏRİCAT

  • Binyaminlilərlə müharibə (1—48)

20  Bütün israillilər Dandan+ tutmuş Biir-Səbaya kimi hər yerdən, eləcə də Gilad torpağından+ Mispaha gəldilər. Hamı bir nəfər kimi Yehovanın hüzurunda toplaşdı.+  Xalqın, İsrailin bütün qəbilələrinin başçıları Allahın xalqının yığıncağında öz yerlərini tutdu. Orada 400 000 əli qılınclı piyada döyüşçü var idi.+  Binyaminlilər eşitdilər ki, israillilər Mispaha yığışıb. İsraillilər dedilər: «Danışın görək bu dəhşətli hadisə necə baş verib».+  Lavili kişi,+ ölən qadının əri cavab verdi: «Mən cariyəmlə gecələmək üçün Binyaminin Gibah şəhərinə gəldim.+  Gibah sakinləri* mənə pislik etmək niyyətilə gecəyarısı qaldığım evi əhatəyə aldılar. Onlar məni öldürmək istəyirdilər, amma cariyəmi zorladılar və o öldü.+  Mən cariyəmin cəsədini götürüb doğradım və hissələrini İsrailin hər yerinə göndərdim.+ Çünki İsraildə biabırçılıq və alçaqlıq edilib.  İndi, ey İsrail əhli, deyin görək nə məsləhət görürsünüz».+  Hamı bir nəfər kimi qalxıb dedi: «Heç kim evinə, çadırına qayıtmayacaq.  Belə edəcəyik: püşk atıb+ Gibahın üstünə gedəcəyik. 10  Orduya azuqə tədarük etmək üçün İsrailin bütün qəbilələrinin hər yüz nəfərdən onunu, hər min nəfərdən yüzünü, hər on min nəfərdən minini seçəcəyik. Qalanları İsraildə törədilmiş biabırçılığa görə Binyaminin Gibah şəhərinə hücum edəcək». 11  Beləliklə, bütün israillilər bir nəfər kimi Gibaha qarşı birləşdi. 12  İsrail qəbilələri Binyaminin hər yerinə adamlar göndərib dedi: «Bu nə mənfur işdir sizdən çıxıb? 13  Gibahdakı o alçaqları+ verin öldürək, İsraildə pisliyin kökünü kəsək».+ Amma binyaminlilər israilli soydaşlarına məhəl qoymadılar. 14  Binyaminlilər israillilərlə döyüşmək üçün bütün şəhərlərdən axışıb Gibaha gəldilər. 15  Həmin gün Binyaminin şəhərlərindən 26 000 əli qılınclı adam toplandı. Üstəlik, Gibahın özündən də 700 seçmə adam vardı. 16  Orduda 700 seçmə solaxay adam var idi. Onların hər biri sapanddan atdığı daşla tükü belə, vura bilirdi və hədəfi boşa çıxmırdı. 17  Binyaminliləri çıxmaq şərtilə, israillilərdən 400 000 əli qılınclı adam toplandı.+ Onların hamısı mahir döyüşçü idi. 18  Onlar Allaha müraciət etmək üçün+ Beytelə gəldilər. İsraillilər soruşdu: «Binyaminlilərlə döyüşməyə qabaqda kim getsin?» Yehova dedi: «Yəhuda qəbiləsi». 19  İsraillilər səhər tezdən qalxıb Gibahın qarşısında ordugah qurdular. 20  İsraillilər binyaminlilərlə döyüşməyə qalxdılar və Gibahda düzüldülər. 21  Həmin gün binyaminlilər Gibahdan çıxıb 22 000 israillini tələf etdilər. 22  Amma İsrail ordusu hünər göstərib birinci dəfə olduğu kimi, yenə də həmin yerdə düzüldü. 23  İsraillilər Beytelə gedib axşama qədər Yehovanın önündə ağladılar və Yehovadan soruşdular: «Yenə də soydaşlarımız binyaminlilərin üstünə gedək?»+ Yehova: «Gedin», — dedi. 24  Beləcə, israillilər ikinci dəfə binyaminlilərin üstünə getdilər. 25  Binyaminlilər bu səfər də Gibahdan çıxıb israillilərlə döyüşdülər və onlardan əli qılınclı 18 000 nəfəri öldürdülər.+ 26  Onda bütün israillilər yığışıb Beytelə getdilər. Onlar Yehovanın önündə oturub ağladılar+ və həmin gün axşama qədər oruc tutdular,+ Yehovaya yandırma qurbanı+ və ünsiyyət qurbanı+ təqdim etdilər. 27  Sonra israillilər Yehovaya müraciət etdilər.+ Çünki Allahın Əhd sandığı o vaxt orada idi. 28  O günlərdə Harun oğlu Əlyazarın oğlu Fənhas+ sandığın qarşısında xidmət edirdi. Onlar soruşdular: «Soydaşlarımız binyaminlilərlə yenə döyüşə çıxaq, yoxsa çıxmayaq?»+ Yehova dedi: «Gedin, sabah onları sizə təslim edəcəyəm». 29  Onda israillilər Gibahın ətrafında pusqu qurdular.+ 30  İsraillilər üçüncü dəfə binyaminlilərin üstünə getdilər. Bu dəfə də onlar Gibahın qarşısında düzüldülər.+ 31  Binyaminlilər onlarla döyüşmək üçün şəhərdən çıxdılar və şəhərdən aralandılar.+ O biri dəfələrdə olduğu kimi, onlar hücum edib biri Beytelə, o biri Gibaha gedən yolda israilliləri qırmağa başladılar. Otuz israillinin meyiti çölün düzündə sərilib qaldı.+ 32  Binyaminlilər deyirdilər: «Keçən dəfələrdə olduğu kimi onları üstələyirik».+ İsraillilər isə: «Gəlin geri çəkilək, onları şəhərdən uzaqlaşdırıb yollara çıxardaq», — dedilər. 33  Beləliklə, bütün israillilər yerlərindən qalxıb Baal-Tamarda düzüldülər. Gibah ətrafında gizlənən israillilər də pusqudan çıxıb hücuma keçdilər. 34  Beləcə, bütün İsraildən 10 000 seçmə döyüşçü Gibahın qabağına gəldi və şiddətli döyüş başladı. Binyaminlilər bilmirdilər ki, fəlakət onları haqlayıb. 35  Yehova binyaminliləri İsrailin önündə məğlub etdi+ və həmin gün israillilər Binyamində əli qılınclı 25 100 nəfəri qırdılar.+ 36  İsraillilər binyaminlilərin önündən geri çəkiləndə binyaminlilər elə zənn etdilər ki, israillilər bu dəfə də məğlub olurlar.+ İsraillilər isə arxayın idilər. Gibahın ətrafında pusqu qoyduqları üçün meydanı binyaminlilərə vermişdilər.+ 37  Pusqudakılar cəld qalxıb Gibaha hücum etdilər. Sonra səpələnib bütün şəhəri qılıncdan keçirdilər. 38  İsraillilər sözləşmişdilər ki, şəhərin ətrafında pusquda olanlar şəhərdən qalxan tüstü ilə onlara işarə versinlər. 39  İsraillilər meydandan qaçanda binyaminlilər hücum edib otuz israillini öldürdülər.+ Binyaminlilər deyirdilər: «Bundan qabaqkı döyüşdə olduğu kimi, onlar yenə də bizə məğlub olurlar».+ 40  Bu zaman şəhərdən işarə olaraq tüstü qalxmağa başladı. Binyaminlilər çevrilib gördülər ki, şəhərin tüstüsü göyə bülənd olub. 41  Onda israillilər geri döndülər. Binyaminliləri dəhşət bürüdü; onlar başa düşdülər ki, əcəl onları haqlayıb. 42  Ona görə israillilərin önündən qaçıb səhraya üz tutdular, amma döyüşçülər onları təqib etdi. Şəhərdən çıxanlar da onlara qoşulub binyaminliləri qırmağa başladı. 43  Onlar hər tərəfdən binyaminliləri sıxışdırıb aman vermədən qovdular və Gibahın qarşısında, şəhərin şərq tərəfində onları darmadağın etdilər. 44  Nəticədə, 18 000 binyaminli qırıldı. Onların hamısı mahir döyüşçü idi.+ 45  Binyaminlilər dönüb səhralığa, Rimmun qayasına qaçdılar.+ İsraillilər əsas yollar boyunca onlardan 5000 nəfəri öldürdülər. Sonra Gidoma qədər onları təqib edib daha 2000  nəfəri də məhv etdilər. 46  O gün ümumilikdə əli qılınclı 25 000 binyaminli qırıldı.+ Onların hamısı mahir döyüşçü idi. 47  Amma onların altı yüzü səhralığa, Rimmun qayasına çəkildi və dörd ay qayada yaşadı. 48  İsraillilər binyaminlilərin şəhərinə qayıtdılar və insandan tutmuş heyvanadək bütün şəhəri qılıncdan keçirdilər. Onlar həmçinin yolları üstündəki bütün şəhərlərə od vurub yandırdılar.

Haşiyələr

Digər variant: Gibahın torpaq sahibləri.