Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 12:1—15

MÜNDƏRİCAT

  • Əfraimlilərlə münaqişə (1—7)

    • «Şibbolet» (6)

  • Hakimlər İbzan, İlun və Əbdun (8—15)

12  Əfraimlilər toplaşıb çayı keçdilər və Safona* gedib İftaha dedilər: «Niyə çayı keçib əmunilərlə döyüşə gedəndə bizi çağırmadın?+ Buna görə səni də, evini də yandıracağıq».  İftah onlara dedi: «Mənim və camaatımın əmunilərlə bərk çəkişməsi vardı. Sizi köməyə çağırdım, siz isə yerinizdən tərpənmədiniz.  Görəndə ki, sizdən səs çıxmır, həyatımı təhlükəyə atıb əmunilərin üstünə getdim.+ Yehova da onları mənə təslim etdi. Nə üçün indi durub üstümə davaya gəlmisiniz?»  İftah bütün giladlıları+ toplayıb əfraimlilərlə döyüşdü və onları məğlub etdi. Çünki əfraimlilər: «Siz, ey Əfraimlə Mənəssə torpağında yaşayan giladlılar, siz Əfraim qaçqınlarısınız», — deyirdilər.  Giladlılar Əfraimin qabağında İordan çayının keçidlərini kəsdilər.+ Qaçmaq istəyən əfraimli gəlib: «Qoyun keçim», — deyəndə, ondan: «Əfraimlisən?» — deyə soruşurdular. O da: «Yox!» — deyəndə,  ona: «Şibbolet de görək», — deyirdilər. O isə sözü düz deyə bilməyib: «Sibbolet», — deyirdi. Onda onu tutub İordanın keçidlərində öldürürdülər. O vaxt 42 000 əfraimli qırıldı.  Giladlı İftah altı il İsraildə hakimlik etdi. Sonra İftah vəfat etdi və onu Giladda, öz şəhərində dəfn etdilər.  Ondan sonra beytləhmli İbzan İsraildə hakimlik etdi.+  Onun otuz oğlu və otuz qızı vardı. O, qızlarını tayfasından kənara ərə verib göndərdi və oğlanlarını evləndirmək üçün otuz qız gətirdi. O, İsraildə yeddi il hakimlik etdi. 10  İbzan vəfat etdi və Beytləhmdə dəfn olundu. 11  Ondan sonra zəbulunlu İlun on il İsraildə hakim oldu. 12  Sonra zəbulunlu İlun vəfat etdi və onu Zəbulun torpağında, Ayalonda dəfn etdilər. 13  Ondan sonra firətunlu Hillal oğlu Əbdun İsraildə hakim oldu. 14  Onun yetmiş ulağa minən qırx oğlu və otuz nəvəsi vardı. O, İsraildə səkkiz il hakimlik etdi. 15  Sonra firətunlu Hillal oğlu Əbdun vəfat etdi və onu əmaliqələrin+ dağında, Əfraim torpağındakı Firətunda dəfn etdilər.

Haşiyələr

Digər variant: şimala.