Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 10:1—18

MÜNDƏRİCAT

  • Hakimlər Tohla və Yair (1—5)

  • İsrailin asiliyi və tövbəsi (6—16)

  • Əmunilər tərəfdən təhlükə (17, 18)

10  Əbuməlikin ölümündən sonra İsraili xilas etmək üçün Yəsakir qəbiləsindən olan Doday oğlu Fuəhin oğlu Tohla adlı bir adam meydana çıxdı.+ O, Əfraim dağlıq bölgəsində yerləşən Samirdə yaşayırdı.  Tohla iyirmi üç il İsraildə hakim oldu və sonra vəfat etdi. Onu Samirdə dəfn etdilər.  Ondan sonra giladlı Yair meydana çıxıb iyirmi iki il İsraildə hakim oldu.  Onun otuz ulağa minən otuz oğlu var idi. Oğullarının otuz şəhəri var idi. Bu şəhərlər Giladda yerləşir və indi də Havvut-Yair+ adlanır.  Yair öldü. Onu Qamonda dəfn etdilər.  İsraillilər yenə də Yehovanın bəyənmədiyi pis işlər görməyə başladılar.+ Onlar Baallara+, Əşturət bütlərinə, Aram, Sidon, Muab allahlarına,+ həmçinin əmunilərin və filiştlilərin allahlarına ibadət etdilər.+ Onlar Yehovanı atdılar, Ona qulluq etmədilər.  Onda Yehovanın israillilərə qəzəbi kükrədi, onları filiştlilərə və əmunilərə təslim etdi.+  Bu xalqlar həmin ildən başlayaraq, israillilərə zülm edib qan uddurdular, düz on səkkiz il İordanın o tayında, amorilərin torpağı Giladda onlara göz verib işıq vermədilər.  Üstəlik, əmunilər İordanı keçib Yəhuda, Binyamin və Əfraim qəbilələrilə də vuruşurdular. İsrail zülm içində idi. 10  Onda xalq Yehovadan imdad diləyib+ dedi: «Sənə qarşı günah etmişik. Səni, Allahımızı atıb, Baallara qulluq etmişik».+ 11  Yehova isə israillilərə dedi: «Məgər misirlilər+, amorilər+, əmunilər, filiştlilər+, 12  sidonlular, əmaliqələr və mədyənilər sizə əzab verəndə Mən sizi onların əlindən qurtarmadım? Mənə fəryad edəndə sizi onlardan xilas etdim. 13  Amma siz Məni atıb başqa allahları tutdunuz.+ Buna görə də sizi daha xilas etməyəcəyəm.+ 14  Gedin, seçdiyiniz allahların ətəyindən yapışın.+ Qoy dar gününüzdə onlar sizi qurtarsın».+ 15  İsraillilər isə Yehovaya yalvardılar: «Günah etmişik. Bizə nə istəyirsən et. Amma bizi darda qoyma, amandır, bizi xilas et». 16  Onlar yad allahları tulladılar və Yehovaya qulluq etməyə başladılar.+ Artıq Allah İsrailin əzabını götürə bilmədi.+ 17  Bir gün əmunilər+ toplaşıb Giladda düşərgə saldılar. İsraillilər də yığışıb Mispahda ordugah qurdular. 18  Giladın camaatı və başçıları bir-birinə dedi: «Əmunilərlə döyüşə kim başçılıq edəcək?+ Həmin adam bütün Gilad əhalisi üzərində hakim olacaq».

Haşiyələr