Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Hakimlər 1:1—36

MÜNDƏRİCAT

  • Yəhuda və Şəmunun istilaları (1—20)

  • Yəbusilər Yerusəlimdə qalır (21)

  • Yusif Beyteli alır (22—26)

  • Kənanilər tamamilə qovulmur (27—36)

1  Yuşənin ölümündən sonra+ israillilər Yehovadan soruşdular:+ «Bizdən kənanilərlə döyüşməyə birinci kim gedəcək?»  Yehova cavab verdi: «Yəhuda.+ Məmləkəti ona təslim edəcəyəm».  Onda Yəhuda qardaşı Şəmuna dedi: «Gəl birlikdə mənim payıma düşən torpağa+ gedib kənanilərlə döyüşək. Sonra mən səninlə sənin payına düşən torpağa gedərəm». Beləliklə, Şəmun onunla getdi.  Yəhuda qəbiləsi döyüşə çıxdı. Yehova kənanilərlə fəriziləri onların əlinə verdi.+ Onlar Bəzəqdə 10 000 nəfəri məğlub etdilər.  Bəzəqdə Əduni-Bəzəqi tapıb onunla döyüşdülər və kənanilərlə fəriziləri məğlub etdilər.+  Əduni-Bəzəq qaçmağa üz tutdu. Ancaq onlar təqib edib onu yaxaladılar, əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər.  Əduni-Bəzəq dedi: «Mənim masamın altında baş barmaqları kəsilmiş yetmiş padşah çörək qırıntıları dənləyirdi. Allah elədiklərimi öz başıma gətirdi». Sonra onu Yerusəlimə+ gətirdilər və o, orada öldü.  Yəhudalılar həmçinin Yerusəlimə hücum edib+ oranı zəbt etdilər. Əhalini qılıncdan keçirdilər, şəhərə isə od vurub yandırdılar.  Bundan sonra dağlıq bölgədə, Negevdə və Şəflada+ yaşayan kənanilərlə döyüşmək üçün aşağı endilər. 10  Yəhudalılar Həbrunda (Həbrunun əvvəlki adı Kiryat-Arba idi) yaşayan kənanilərin üstünə yürüş etdilər, Şişayı, Əximanı və Talmayı öldürdülər.+ 11  Onlar oradan Dəbir sakinlərinin üstünə yürüş etdilər.+ (Dəbirin əvvəlki adı Kiryat-Səfr idi.)+ 12  Onda Kalib+ dedi: «Kim Kiryat-Səfri ələ keçirib oranı alarsa, qızım Axşanı ona verəcəyəm».+ 13  Kalibin kiçik qardaşı Qənazın+ oğlu Üsniil+ oranı zəbt etdi, Kalib də qızı Axşanı ona verdi. 14  Axşa gəlin köçərkən ərini sövq etdi ki, onun atasından torpaq sahəsi istəsin. Qız ulaqdan düşəndə* Kalib ondan soruşdu: «Nə istəyirsən?» 15  Qız dedi: «Mənə hədiyyə ver, çünki mənə cənubda* quraq yer vermisən, indi Qullot-Maimi* də ver». Beləcə, Kalib Yuxarı Qullotu və Aşağı Qullotu ona verdi. 16  Musanın qayınatasının+ nəslindən olan qənilər+ yəhudalılarla birlikdə xurma ağacları şəhərindən+ çıxıb Araddan+ cənubda yerləşən Yəhuda səhrasına gəldilər. Onlar orada xalqın arasında məskunlaşdılar.+ 17  Yəhuda qardaşı Şəmunla birlikdə yürüş edib Səfatda yaşayan kənanilərin üstünə getdi. Onlar şəhəri yerlə yeksan edib+ adını Horma*+ qoydular. 18  Sonra Yəhuda Qəzzəni+ bütün ərazisilə, Aşkelonu+ bütün ərazisilə və Ekronu+ bütün ərazisilə bir yerdə zəbt etdi. 19  Yehova Yəhudaya dayaq olurdu. Odur ki, onlar dağlıq bölgəni ələ keçirə bildilər. Ancaq aran əhalisini qova bilmədilər, çünki onların dəryazlı cəng arabaları var idi.+ 20  Musanın vəd etdiyi kimi, Həbrunu Kalibə verdilər.+ Kalib də Anaqın üç oğlunu+ oradan qovdu. 21  Binyamin isə Yerusəlimdə yaşayan yəbusiləri qovmadı. Bu səbəbdən, yəbusilər bu günə qədər Yerusəlimdə binyaminlilərlə birlikdə yaşayırlar.+ 22  Bu arada Yusif övladları+ Beytelin üstünə yürüş etdilər. Yehova onlarla idi.+ 23  Yusif övladları Beytelə kəşfiyyata getdilər. (Şəhərin əvvəlki adı Luz idi.)+ 24  Onlar şəhərdən çıxıb gələn bir kişi ilə rastlaşdılar və ona dedilər: «Şəhərə gedən yolu bizə göstər. Biz də sənə rəhm edərik». 25  Kişi şəhərə gedən yolu onlara göstərdi. Onlar şəhəri qılıncdan keçirtdilər, kişini isə ailəsi ilə birlikdə buraxdılar.+ 26  O, hetlərin diyarına getdi, orada şəhər salıb adını Luz qoydu. Bu günə qədər şəhər belə adlanır. 27  Mənəssə Beyt-Şəənin və ətraf şəhərlərin, Tanaqın+ və ətraf şəhərlərin, Dorun və ətraf şəhərlərin, Yivlamın və ətraf şəhərlərin, Megiddonun və ətraf şəhərlərin əhalisini məğlub edə bilmədi.+ Kənanilər orada qalıb yaşadılar. 28  İsraillilər qüvvətlənəndə kənaniləri köləliyə saldılar,+ amma torpaqlarını tamamilə ələ keçirmədilər.+ 29  Əfraim də Cəzərdə yaşayan kənaniləri qovmadı. Kənanilər Cəzərdə onların arasında yaşadı.+ 30  Zəbulun Qitron və Nahalul+ əhalisini qovmadı. Kənanilər onların arasında yaşadılar və kölə işində işlədilər.+ 31  Aşir Akko, Sidon+, Axlab, Əxzib+, Helba, Afiq+ və Rəhub+ əhalisini qovmadı. 32  Aşirlilər məmləkətdə yaşayan kənanilərin arasında yaşadılar, çünki onları qovmadılar. 33  Niftalı Beyt-Şəms və Beyt-Ənat əhalisini qovmadı.+ Niftalılar məmləkətdə yaşayan kənanilərin arasında yaşadılar.+ Beyt-Şəms və Beyt-Ənat sakinləri onlar üçün kölə kimi işlədilər. 34  Amorilər danlıları dağlıq bölgəyə sıxışdırıb arana buraxmadılar.+ 35  Amorilər Harəs dağında, Ayalon+ və Şalbimdə+ qalıb yaşadılar. Amma Yusif övladlarının qolu qüvvətlənəndə amoriləri köləliyə saldılar. 36  Amorilərin ərazisi Əqrəb yoxuşundan+ başlayırdı; həmçinin Seladan başlayıb dağlıq bölgəyə doğru uzanırdı.

Haşiyələr

Digər variant: ulağın üstündə əl çalanda.
Yaxud Negevdə.
Mənası: su hövzələri (camları).
Mənası: məhvə məhkum edilmə.