Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 8:1—40

MÜNDƏRİCAT

  • Təqibçi Şaul (1—3)

  • Filipin Səməriyyədəki xidməti (4—13)

  • Butrus və Yəhya Səməriyyəyə yollanır (14—17)

  • Şimon müqəddəs ruhu pulla almaq istəyir (18—25)

  • Həbəşistanlı məmur (26—40)

8  Stefanın qətli Şaulun ürəyindən idi.+ O gün Yerusəlimdə yığıncağa qarşı güclü təqib başlandı. Həvarilərdən başqa şagirdlərin hamısı Yəhudiyyə və Səməriyyə bölgələrinə+ dağılışdı.  Amma mömin adamlar Stefanı aparıb dəfn etdilər və onun üçün dərin hüznlə yas tutdular.  Şaul isə yığıncağa divan tuturdu. O, evlərə soxulur, kişiləri və qadınları sürüyüb çıxarır və zindana saldırırdı.+  Dağılışıb gedən şagirdlər ölkəni diyar-diyar gəzərək Allahın sözünü müjdələyirdilər.+  Misal üçün, Filip Səməriyyə şəhərinə*+ getdi və orada Məsih haqqında təbliğ etməyə başladı.  Filipi dinləyən və göstərdiyi möcüzələri görən camaat onun dediklərinə ciddi yanaşırdı.  Orada içinə murdar ruhlar girmiş çoxlu adam var idi. Ruhlar bərkdən qışqırıb adamlardan çıxırdı.+ Həmçinin bir çox iflic olmuş xəstə və topal da sağalırdı.  Bu səbəbdən şəhərdə böyük şadlıq hökm sürürdü.  O şəhərdə Şimon adında bir kişi var idi. O, sehrbazlıqla məşğul olub Səməriyyə əhlini heyrətə gətirirdi və özünün böyük bir adam olduğunu iddia edirdi. 10  Böyükdən kiçiyə kimi hamı ona qulaq asır və deyirdi: «Bu adam böyük qüdrət sahibidir, o, Allahın qüvvəsidir». 11  Şimon xeyli vaxt idi ki, sehrbazlığı ilə camaatı heyrətə gətirdiyi üçün onun sözünə qulaq asırdılar. 12  Amma Filip gəlib onlara Allahın Padşahlığı və İsa Məsihin adı barəsində müjdəni təbliğ edəndə+ camaat ona inandı. Həm kişilər, həm qadınlar vəftiz olundular.+ 13  Şimon da inandı və vəftiz olundu. O, Filipin yanından çəkilmirdi,+ göstərilən əlamətləri və qüdrətli işləri görüb heyrətə gəlirdi. 14  Yerusəlimdəki həvarilər Səməriyyə əhlinin Allahın sözünü qəbul etdiyini eşidəndə+ Butrusla Yəhyanı ora göndərdilər. 15  Onlar gəldilər və Səməriyyədəki imanlıların müqəddəs ruh alması üçün dua etdilər,+ 16  çünki onlara hələ müqəddəs ruh verilməmişdi. Onlar təkcə Ağa İsanın adı ilə vəftiz edilmişdilər.+ 17  Həvarilər əllərini onların üzərinə qoydular+ və onlar müqəddəs ruh aldılar. 18  Şimon gördü ki, həvarilər əllərini bir kəsin üstünə qoyanda o adama müqəddəs ruh verilir. Onda həvarilərə pul təklif edib 19  dedi: «Mənə də belə ixtiyar verin ki, kimin üstünə əlimi qoysam, o adam müqəddəs ruh alsın». 20  Butrus isə ona dedi: «Gümüşün də səninlə bir yerdə batsın, çünki könlünə Allahın ənamını pulla almaq fikri düşdü.+ 21  Sənin bu işdə zərrə qədər də payın yoxdur, çünki Allahın qarşısında niyyətin təmiz deyil. 22  Buna görə də bu bəd əməlinə görə tövbə et və Yehovaya yalvar, yaxar, bəlkə, ürəyində tutduğun pis niyyət bağışlandı. 23  Çünki görürəm, ürəyin zəhər tuluğudur, haqsızlıqla doludur». 24  Onda Şimon dedi: «Mənim üçün Yehovaya dua edin ki, dediklərinizdən heç biri başıma gəlməsin». 25  Həvarilər Səməriyyədə Yehovanın sözünü bəyan edib ətraflı şəhadət verdikdən sonra oradakı kəndlərdə müjdəni təbliğ edə-edə Yerusəlimə qayıtdılar.+ 26  Yehovanın mələyi+ Filipə dedi: «Dur cənuba, Yerusəlimdən Qəzzəyə enən yola çıx». (Bu yol çöllükdən keçir.) 27  Filip qalxıb getdi. Həmin yolla Həbəşistan hökmdarı kandakinin* saray xadimi və xəzinədarı olan bir həbəşistanlı məmur* gedirdi. O, Yerusəlimə ibadətə gəlmişdi,+ 28  indi geri qayıdırdı. O, arabasında oturub ucadan Əşiya peyğəmbərin kitabını oxuyurdu. 29  Ruh Filipə dedi: «Get, bu arabaya çat». 30  Filip arabayla yanaşı qaçanda eşitdi ki, məmur ucadan Əşiya peyğəmbərin kitabını oxuyur və ondan soruşdu: «Oxuduğunu başa düşürsən?» 31  O cavab verdi: «İzah edən olmasa, necə başa düşə bilərəm?» Sonra Filipdən xahiş etdi ki, arabaya qalxıb yanında otursun. 32  O, Müqəddəs Yazılardan bu yeri oxuyurdu: «O, qoyun kimi kəsilməyə aparıldı. Qırxımçıların qarşısında dilsiz-ağızsız quzu kimi ağzını açıb dinmir.+ 33  Onu alçaltdılar, ədaləti ona çox gördülər.+ Əsil-nəcabətini kim deyə bilər? Onu yer üzündən yox edirlər».+ 34  Məmur Filipə dedi: «Xahiş edirəm, mənə izah et, peyğəmbərin dediyi bu sözlər kimə aiddir? Özünə, yoxsa başqasına?» 35  Filip Müqəddəs Yazıların bu yerindən başlayaraq İsa haqqındakı müjdəni ona danışdı. 36  Onlar yollarına davam edərkən bir su hövzəsinə çatdılar. Məmur dedi: «Bu da su! Vəftiz olunmağıma nə mane olur?» 37  *—— 38  O, arabanı saxlatdırdı. Filip və məmur suya girdilər, Filip onu vəftiz etdi. 39  Onlar sudan çıxdılar. Yehovanın ruhu Filipi dərhal oradan apardı və məmur daha Filipi görmədi. Məmur sevinc içində yoluna davam etdi. 40  Filip isə Aşdoda gəldi və o yerlərdən keçərək ta Qeysəriyyəyə+ kimi bütün şəhərlərdə müjdəni təbliğ etdi.

Haşiyələr

Digər variant: Səməriyyə şəhərlərindən birinə.
Həbəşistanda qadın hökmdarlara verilən titul.
Hərfən: xədim. Lüğətə bax.