Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 7:1—60

MÜNDƏRİCAT

  • Stefanın nitqi (1—53)

    • Əcdadların dövrü (2—16)

    • Musa xalqa başçılıq edir; İsrail bütpərəstlik edir (17—43)

    • Allah insan əlilə tikilmiş evlərdə yaşamır (44—50)

  • Stefan daşqalaq edilir (54—60)

7  Onda baş kahin soruşdu: «Bu sözlər doğrudur?»  Stefan cavab verdi: «Atalar, qardaşlar, mənə qulaq asın! Ulu babamız İbrahim hələ Harrana+ köçməmişdən əvvəl Mesopotamiyada yaşayarkən izzət sahibi Allah ona görünüb  demişdi: “Öz torpağını, qohumlarını qoyub çıx, sənə göstərəcəyim torpağa get”.+  Onda İbrahim kəldanilərin torpağından çıxıb Harranda məskunlaşdı. Atası öləndən sonra+ Allah onu oradan hal-hazırda sizin yaşadığınız bu diyara köçürtdü.+  Burada ona heç bir mülk, hətta bir qarış torpaq da miras vermədi. İbrahimin hələ uşağı yox idi, amma Allah vəd etdi ki, bu torpağı ona və ondan sonra gələcək övladlarına+ miras verəcək.  Bundan əlavə, Allah dedi ki, onun övladları qürbətdə qərib olacaq və oranın xalqı onları köləyə çevirib dörd yüz il onlara zülm edəcək.+  Allah belə demişdi: “Mən onları kölə etmiş xalqı cəzalandıracağam+ və sonra onlar o torpaqdan çıxıb burada Mənə qulluq edəcəklər”.+  Allah İbrahimlə həmçinin sünnət əhdi bağladı.+ Bundan sonra İbrahimin İshaq+ adında oğlu oldu və o, səkkizinci gündə uşağı sünnət etdi.+ İshaqın Yaqub adında oğlu oldu*, Yaqubdan da on iki əcdadımız doğuldu.  Əcdadlarımız paxıllıqdan Yusifi+ Misirə+ satdılar. Lakin Allah onunla idi+ 10  onu düşdüyü bütün bəlalardan xilas etdi, ona hikmət verdi və Misir padşahı fironun gözündə ucaltdı. Firon Misirin və öz evinin idarəsini ona həvalə etdi.+ 11  Sonra bütün Misir və Kənan torpağına böyük bir bəla, aclıq üz verdi. Ulu babalarımız yeməyə çörək tapmırdılar.+ 12  Bu vaxt Yaqub eşitdi ki, Misirdə taxıl var və əcdadlarımızı ilk dəfə ora göndərdi.+ 13  Onlar ikinci dəfə gələndə Yusif özünü qardaşlarına tanıtdı. Onda firon da Yusifin ailəsi haqqında eşitdi.+ 14  Yusif xəbər göndərib atası Yaqubu və bütün qohum-əqrəbasını Kənandan çağırtdırdı.+ Onların sayı yetmiş beş nəfər idi.+ 15  Yaqub Misirə gəldi.+ O da, əcdadlarımız+ da orada öldülər.+ 16  Sonra onları Sihamda, İbrahimin Hamur oğullarından gümüş pulla aldığı sərdabəyə qoydular.+ 17  Allahın İbrahimə verdiyi vədin yerinə yetməsi vaxtı artıq yaxınlaşırdı. Yaqubun nəsli Misirdə törəyir və sayca çoxalırdı. 18  O zaman Misir taxtına Yusifi tanımayan bir padşah oturdu.+ 19  O, xalqımıza qarşı hiylə qurdu və atalarımızı məcbur etdi ki, öz körpələrini ataraq ölümə təslim etsinlər.+ 20  Elə həmin vaxt Musa doğuldu. O, Allahın gözündə gözəl idi* və üç ay atasının evində bəsləndi.+ 21  Amma valideynləri uşağı atanda+ fironun qızı onu götürdü və öz oğlu kimi böyütdü.+ 22  Beləliklə, Musa misirlilərin bütün hikmətinə yiyələndi. O, sözdə və əməldə güclü adam idi.+ 23  Musanın qırx yaşı tamam olanda ürəyində qardaşlarının, yəni İsrail oğullarının güzəranını görmək istəyi oyandı.+ 24  Onların yanına gələndə gördü ki, bir misirli israilliyə haqsızlıq edir. Musa onu müdafiə etdi, misirlini isə öldürüb qardaşının qisasını aldı. 25  O elə bilirdi ki, qardaşları Allahın onun əli ilə İsrailə xilas verdiyini başa düşəcəklər, amma onlar bunu başa düşmədilər. 26  Ertəsi gün Musa yenə ora gələndə gördü ki, iki israilli dalaşır. Musa: “Axı siz qardaşsınız. Niyə bir-birinizlə yola getmirsiniz?” — deyərək onları barışdırmağa çalışdı. 27  Ancaq qardaşını incidən israilli Musanı rədd edib dedi: “Səni üzərimizə başçı qoyublar, yoxsa hakim? 28  Bəlkə, dünən misirlini öldürdüyün kimi, məni də öldürmək istəyirsən?” 29  Musa bunu eşidəndə baş götürüb oradan qaçdı və qürbət eldə, Mədyən torpağında yaşamağa başladı. Orada onun iki oğlu oldu.+ 30  Qırx il keçəndən sonra Sina dağının ətrafındakı çöllükdə, yanan kolun alovunda ona bir mələk göründü.+ 31  Musa bunu görəndə mat-məəttəl qaldı. O, yaxşı-yaxşı baxmaq üçün kola yaxınlaşanda Yehovanın səsi gəldi: 32  “Mən sənin ata-babalarının Allahıyam, İbrahimin Allahı, İshaqın və Yaqubun Allahıyam”.+ Musa tir-tir əsdi və daha kola baxmağa cürət etmədi. 33  Yehova ona dedi: “Ayağından səndəli çıxar, çünki durduğun yer müqəddəsdir. 34  Mən xalqımın Misirdə çəkdiyi əzab-əziyyəti gördüm, ah-naləsini eşitdim+ və onları xilas etmək üçün buraya endim. Odur ki, get, səni Misirə göndərirəm”. 35  “Səni üzərimizə başçı qoyublar, yoxsa hakim?”+ deyərək rədd etdikləri bu Musanı Allah kolda ona görünən mələyin vasitəsilə həm başçı, həm də xilaskar kimi Misirə göndərdi.+ 36  O, möcüzə və əlamətlərlə xalqı Misirdən çıxartdı+, sonra Qırmızı dənizdə+ və qırx il səhrada+ möcüzə və əlamətlər göstərdi. 37  Bu həmin o Musadır ki, İsrail oğullarına: “Allah sizə soydaşlarınızın* arasından mənim kimi bir peyğəmbər yetirəcək”, — demişdi.+ 38  Bu Musa Sina dağında onunla danışmış mələklə+ və atalarımızla birgə səhrada, icmanın arasında olurdu. O, canlı və müqəddəs sözləri qəbul edib sizə verdi.+ 39  Ulu babalarımız ona qulaq asmadılar, onu rədd etdilər,+ çünki ürəkləri Misirdə qalmışdı, ora dönmək istəyirdilər.+ 40  Buna görə də Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, önümüzdə getsin. Çünki bizi Misirdən çıxaran bu Musa hara yoxa çıxıb, bilmirik”.+ 41  Beləliklə, o günlərdə bir dana düzəldib, bu büt qarşısında qurban gətirdilər və əllərilə düzəltdikləri şeyə görə sevinib-şadlandılar.+ 42  Buna görə də Allah onlardan üz döndərdi, yol verdi ki, səma cisimlərinə səcdə qılsınlar.+ Peyğəmbərlərin kitabında da yazılıb: “Ey İsrail evi, məgər səhrada, qırx il ərzində qurbanları, təqdimələri Mənə gətirirdiniz? 43  Siz Moloxun çadırını+ və Refan allahın ulduzunu, ibadət üçün düzəltdiyiniz bu təsvirləri daşıyırdınız. Buna görə Mən sizi Babildən də o tərəfə sürgün edəcəyəm”.+ 44  Ulu babalarımızın səhrada Şəhadət çadırı vardı. Allah Musa ilə danışarkən əmr etmişdi ki, ona göstərdiyi nümunəyə müvafiq çadır düzəltsin.+ 45  Musadan sonra bu çadırı təhvil almış ulu babalarımız Yuşə ilə birlikdə onu digər xalqların yaşadığı torpağa gətirdilər.+ Allah bu xalqları onların qarşısından qovdu.+ Həmin çadır Davudun günlərinədək burada qaldı. 46  Davud Allahın hüsn-rəğbətini qazandı və xahiş etdi ki, Yaqubun Allahı üçün məskən düzəltmək şərəfi ona nəsib olsun.+ 47  Lakin Onun üçün evi Süleyman tikdi.+ 48  Hərçənd Haqq-Taala insan əli ilə tikilmiş evlərdə yaşamır,+ necə ki peyğəmbər demişdi: 49  “Yehova belə deyir: “Göylər mənim taxtımdır,+ yer ayağım altındakı kətildir.+ Mənim üçün nə cür ev tikəcəksiniz? Hansı yer Mənə məskən ola bilər? 50  Məgər hər şeyi Mən Öz əlimlə yaratmamışam?”+ 51  Ey ürəyi və qulaqları sünnət edilməmiş tərs adamlar! Siz həmişə müqəddəs ruha müqavimət göstərirsiniz, ata-babalarınız necə idisə, siz də eləsiniz.+ 52  Elə peyğəmbər olmayıb ki, ata-babalarınız ona zülm etməsin.+ Bəli, onlar o saleh bəndənin gəlişini qabaqcadan xəbər verənləri öldürdülər,+ siz də onu ələ verib onun qatili oldunuz.+ 53  Siz mələklər vasitəsilə verilmiş Qanunu aldınız,+ amma bu Qanuna riayət etmədiniz». 54  Bu sözlər onları yandırıb-yaxdı və onlar qəzəbdən dişlərini qıcadılar. 55  Müqəddəs ruhla dolmuş Stefan isə göyə baxdı, Allahın calalını və Onun sağında duran İsanı görüb+ 56  dedi: «Budur, mən göyün açıldığını və insan Oğlunun+ Allahın sağında durduğunu+ görürəm». 57  Onlar bunu eşidəndə qulaqlarını tıxayıb bağırdılar və onun üstünə cumdular. 58  Onu şəhərdən kənara çıxardıb daşladılar.+ Həmin o yalançı şahidlər+ üst paltarlarını Şaul adlı bir cavanın yanında qoymuşdular.+ 59  Onlar Stefanı daşlayarkən Stefan: «Ağam İsa, ruhumu qəbul et», — deyə yalvardı. 60  Sonra diz çöküb ucadan qışqırdı: «Yehova, bu günaha görə onları məhkum etmə».+ Stefan bunu deyib ölüm yuxusuna getdi.

Haşiyələr

Digər variant: İshaq da Yaquba eyni şeyi etdi.
Yaxud: ilahi gözəlliyə malik idi.
Hərfən: qardaşlarınızın.