Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 4:1—37

MÜNDƏRİCAT

  • Butrusla Yəhyanı sorğu-suala çəkirlər (1—4)

    • İman gətirənlərin sayı 5000 adama çatır (4)

  • Sinedrion qarşısında (5—22)

    • «Biz danışmaya bilmərik» (20)

  • Cəsarət haqda dua (23—31)

  • Şagirdlər varyoxlarını birbirilə bölüşürlər (32—37)

4  Butrusla Yəhya xalqa üz tutub danışarkən kahinlər, məbədin rəisi və saddukilər+ gəldilər.  Bu adamlar həvarilərə hirslənmişdilər, çünki həvarilər xalqın qarşısında vəz edir* və İsanın dirilməsi haqqında açıq-aşkar danışırdılar.+  Onlar həvariləri tutdular və artıq axşam olduğu üçün ertəsi günədək həbsdə saxladılar.+  Ancaq həvariləri dinləyənlərin çoxu iman gətirdi. Bu adamların sayı təxminən beş min nəfərə çatdı.+  Ertəsi gün yəhudilərin rəhbərləri, ağsaqqalları və mirzələri Yerusəlimdə yığışdı.  Böyük kahin Hənna+, həmçinin Qayafa+, Yuhənna, Aleksandr və böyük kahinin bütün qohum-əqrəbası orada idi.  Onlar həvariləri ortaya gətirib sorğu-suala başladılar: «Bu işi hansı qüvvə ilə və kimin adı ilə etdiniz?»  Bu zaman Butrus müqəddəs ruhla dolub+ onlara dedi: «Ey xalqın rəhbərləri və ağsaqqallar!  Əgər bu gün biz bir şikəst adama etdiyimiz yaxşılığa görə sorğu-suala çəkiliriksə+ və siz onun kimin adı ilə sağaldığını bilmək istəyirsinizsə, 10  onda qoy hamınıza, bütün İsrail xalqına məlum olsun ki, bu adam dirəkdə edam etdiyiniz,+ lakin Allahın diriltdiyi+ nəsrani İsa Məsihin adı sayəsində+ qarşınızda sapsağlam dayanıb. 11  İsa “siz bənnaların heç saydığı daşdır. Ancaq bu daş küncün əsas daşı oldu”.+ 12  Bunu da bilin ki, ondan başqa xilaskar yoxdur, çünki göy altında Allahın insanlara verdiyi başqa bir ad yoxdur+ ki, onun sayəsində xilas ola bilək».+ 13  Onlar Butrus və Yəhyanın cəsarətlə danışdığını, lakin savadsız*, sadə adam+ olduqlarını görəndə əvvəl çaşıb qaldılar, amma sonradan başa düşdülər ki, onlar İsa ilə bir yerdə olan adamlardandırlar.+ 14  Üstəlik, onların yanında duran sağalmış adama+ baxanda deməyə bir söz tapmadılar.+ 15  Onda həvarilərə Sinedrion zalından çıxmağı əmr edib öz aralarında məşvərətə başladılar: 16  «Bunlarla nə edək?+ Axı onlar, doğrudan da, qeyri-adi bir iş görüblər, bütün Yerusəlim camaatı+ da bunu bilir. Biz bunu inkar edə bilmərik. 17  Amma bu əhvalat camaat arasında daha çox yayılmasın deyə, gəlin onlara hədə-qorxu gələk və tapşıraq ki, bir də bu adla heç kəsə heç nə danışmasınlar».+ 18  Həvariləri çağırıb onlara əmr etdilər ki, bir də İsanın adı ilə heç nə danışmasınlar və heç nə öyrətməsinlər. 19  Amma Butrus və Yəhya onlara dedilər: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? 20  Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik».+ 21  Onlar həvarilərə yenidən hədə-qorxu gəlib buraxdılar, çünki onları cəzalandırmağa bir bəhanə tapmadılar.+ Bir yandan da bütün xalq bu hadisəyə görə Allaha alqış edirdi, 22  çünki möcüzəvi surətdə sağalmış o adamın yaşı qırxı ötmüşdü. 23  Həvarilər azadlığa buraxılandan sonra bacı-qardaşların yanına gedib böyük kahinlərin və ağsaqqalların sözlərini onlara danışdılar. 24  Bu sözləri eşidəndə hamısı birlikdə ucadan Allaha dua etdilər: «Ya Külli-İxtiyar! Göyü, yeri, dənizi və onların içindəki hər şeyi Sən yaratmısan.+ 25  Sən müqəddəs ruh vasitəsilə, ulu atamız olan qulun Davudun dili ilə+ belə demisən: “Nə üçün xalqlar vurnuxdu, ümmətlər boş şeylər düşündü? 26  Dünyanın padşahları qalxdı, hökmdarlar bir nəfər kimi Yehovaya və Onun məsh etdiyinə* qarşı birləşdi”.+ 27  Bəli, Hirod və Ponti Pilat+ bu şəhərdə başqa xalqlardan olan adamlarla və İsrail xalqı ilə birləşib məsh etdiyin müqəddəs qulun İsaya qarşı çıxdılar+ ki, 28  Sənin Öz gücünə və niyyətinə əsasən qabaqcadan müəyyən etdiyin şeyləri icra etsinlər.+ 29  Ona görə də indi Yehova, onların hədə-qorxularını eşit və bizə, Öz qullarına qüvvət ver ki, Sən şəfa vermək üçün əlini uzadarkən, 30  müqəddəs qulun İsanın adı ilə əlamətlər və möcüzələr göstərilərkən+ Sənin sözünü bundan sonra da cəsarətlə danışaq».+ 31  Onların hərarətli duasından sonra yığışdıqları yer silkələndi və hər biri müqəddəs ruhla doldu.+ Onlar Allahın sözünü cəsarətlə danışmağa başladılar.+ 32  İman yoluna qoşulan camaat canbir qəlbdə yaşayırdı, hər şeyləri ümumi olduğundan heç kəs: «Bu mənimkidir», — demirdi.+ 33  Həvarilər Ağa İsanın dirilməsi haqqında qüdrətlə şəhadət verirdilər,+ Allah da Öz lütfünü onların üzərinə bol-bol tökürdü. 34  Aralarında heç kim korluq çəkmirdi,+ çünki kimin tarlası, ya evi vardısa, onu satır, pulunu isə 35  gətirib həvarilərin qabağına qoyurdu+ və bu pul hər kəsə ehtiyacına görə paylanırdı.+ 36  Əslən kiprli və Lavi nəslindən olan Yusif də (həvarilər onu Barnəba+ çağırırdılar, mənası «təsəlli oğlu» deməkdir) 37  öz torpaq sahəsini satdı və pulunu gətirib həvarilərin qabağına qoydu.+

Haşiyələr

Yaxud təlim verir.
Dini məktəblərdə təhsil almayan.
Yaxud Məsihinə.