Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 3:1—26

MÜNDƏRİCAT

  • Butrus topal dilənçini sağaldır (1—10)

  • Butrusun Süleyman sütunlarında söylədiyi nitqi (11—26)

    • «Hər şeyin bərpa ediləcəyi vaxt» (21)

    • Musa kimi bir peyğəmbər (22)

3  Günorta saat üç* olardı, dua vaxtı yaxınlaşırdı. Butrus və Yəhya məbədə qalxırdılar.  Həmin vaxt anadangəlmə topal bir adamı da ora gətirirdilər. Məbədə girənlərdən sədəqə diləmək üçün onu hər gün gətirib məbədin Gözəl Qapı adlanan qapısının yanına qoyurdular.  O, məbədə girən Butrusla Yəhyanı görəndə onlardan sədəqə dilədi.  Butrus və Yəhya diqqətlə ona baxıb dedilər: «Bir bizə bax».  Dilənçi bir şey almaq ümidilə gözlərini onlara dikdi.  Butrus ona dedi: «Məndə nə gümüş var, nə də qızıl, amma nəyim varsa, onu sənə verirəm: nəsrani İsa Məsihin adı ilə sənə deyirəm, yeri!»+  Sonra onun sağ əlindən tutub ayağa qaldırdı.+ Elə həmin andaca o adamın ayaqları və topuqları bərkidi.+  O sıçrayıb ayağa qalxdı+ və yeriməyə başladı. O adam atılıb düşə-düşə, Allahı mədh edə-edə onlarla birlikdə məbədə girdi.  Oradakı camaat onun yeridiyini və Allahı mədh etdiyini görəndə 10  məbədin Gözəl Qapısının yanında oturub dilənən+ bu adamı tanıdı. Onunla baş verənlərə görə heyrətdən hamının ağzı açıla qaldı. 11  O adam Butrusla Yəhyadan ayrılmırdı. Buna görə də bütün camaat heyrət içində onların başına, Süleyman sütunları+ adlanan yerə toplaşdı. 12  Bunu görən Butrus onlara dedi: «Ey İsrail oğulları! Bu işə niyə təəccüb edirsiniz? Yoxsa biz öz qüvvəmiz ya da möminliyimiz sayəsində onun ayaqlarını sağaltmışıq ki, bizə belə baxırsınız? 13  Əcdadlarımızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı+ Qulu İsanı ucaltdı.+ O Qulunu ki, siz onu ələ verdiniz+ və onu azad etmək istəyən Pilatın qarşısında rədd etdiniz. 14  Bəli, siz o müqəddəs və saleh adamı rədd etdiniz. Əvəzində bir qatili azad etdirdiniz,+ 15  həyatın Öndərini isə öldürdünüz.+ Lakin Allah onu diriltdi, biz də bunun şahidiyik.+ 16  Buna görə də gördüyünüz və tanıdığınız bu adam İsanın adı və onun adına göstərdiyimiz iman sayəsində qüvvətləndi. Onun sayəsində bizdə olan iman hamınızın gözü qabağında bu adamı tamamilə sağaltdı. 17  Qardaşlar, bilirəm ki, siz də, rəhbərləriniz də cahillikdən+ belə etdiniz.+ 18  Lakin Allah bütün peyğəmbərləri vasitəsilə qabaqcadan söylədiklərini, yəni Məsihinin əzab çəkəcəyi haqqında dediklərini bu yolla yerinə yetirdi.+ 19  Buna görə də günahlarınızın bağışlanması üçün tövbə edin+ və yolunuzdan dönün+ ki, Yehovadan təravət mövsümü gəlsin 20  və O, sizin üçün təyin edilmiş Məsihi, yəni İsanı göndərsin. 21  O, hər şeyin bərpa ediləcəyi vaxta qədər göydə gözləməlidir. Həmin şeylər haqqında Allah qədimdə yaşamış müqəddəs peyğəmbərləri vasitəsilə söyləmişdir. 22  Musa demişdi: “Allahınız Yehova sizə soydaşlarınız* arasından mənim kimi bir peyğəmbər yetirəcək.+ Siz onun bütün dediklərinə qulaq asmalısınız.+ 23  Bəli, o Peyğəmbərə qulaq asmayan adam xalqın arasından məhv ediləcək”.+ 24  İşmuil və ondan sonrakı peyğəmbərlərin hamısı bu günlər haqqında açıqca xəbər vermişdilər.+ 25  Siz peyğəmbərlərin oğullarısınız, Allahın atalarınızla bağladığı əhdin övladlarısınız.+ Allah İbrahimə demişdi: “Yer üzünün bütün ailələri sənin övladın* vasitəsilə mübarək olacaq”.+ 26  Allah hər birinizi pis əməllərindən döndərib sizi mübarək qılmaq üçün Öz Qulunu təyin etdi və ilk növbədə+ məhz sizin yanınıza göndərdi».

Haşiyələr

Hərfən: doqquzuncu saat.
Hərfən: qardaşlarınız.
Hərfən: toxumun.