Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 26:1—32

MÜNDƏRİCAT

  • Bulus özünü Aqrippanın qarşısında müdafiə edir (1—11)

  • Bulus imana necə gəldiyini danışır (12—23)

  • Festlə Aqrippanın cavabı (24—32)

26  Aqrippa+ Bulusa dedi: «Buyur, özünü müdafiə edə bilərsən». Bulus əlini uzadıb öz müdafiəsinə başladı:  «Padşah Aqrippa! Özümü xoşbəxt sanıram ki, yəhudilərin mənə qarşı sürdükləri bütün ittihamlara+ bu gün məhz sənin qarşında cavab verirəm.  Ələlxüsus ona görə ki, sən yəhudilərin bütün adətlərinə və mübahisələrinə yaxşı bələdsən. Buna görə də məni səbirlə dinləməyini rica edirəm.  Cavanlığımdan bəri xalqımın arasında və Yerusəlimdə necə yaşadığım bütün yəhudilərə bəllidir.+  Məni çoxdan tanıyanlar bilirlər və istəsələr, lap təsdiq də edə bilərlər ki, mən dinimizin ən tələbkar məzhəbinə müvafiq olaraq,+ fərisi həyatı sürmüşəm.+  İndi isə, Allahın bizim ata-babalarımıza verdiyi vədə ümid etdiyim+ üçün məhkəmə qarşısında durmuşam.  Bizim on iki qəbiləmiz həmin bu vədin yerinə yetməsini gözləyərək gecə-gündüz cidd-cəhdlə qulluq edir. Məni isə, ey padşah, yəhudilər bu ümidə görə ittiham edirlər.+  Axı nə üçün Allahın ölüləri diriltməsi sizə inanılmaz görünür?  Doğrusu, əvvəllər mən özüm də elə düşünürdüm ki, nəsrani İsanın adına qarşı mübarizə aparmalıyam 10  və Yerusəlimdə məhz bununla məşğul idim. Böyük kahinlərin mənə verdiyi səlahiyyət sayəsində+ İsanın davamçılarından* çoxunu zindanlara atır,+ onların edamını dəstəkləyirdim. 11  Mən sinaqoqları gəzir, onları cəzalandırır və əqidələrindən döndərməyə çalışırdım. Bu adamların əlindən elə hirsli idim ki, hətta başqa şəhərlərə də gedib onlara zülm edirdim. 12  Başım bu işlərə bərk qarışmışdı. Bir gün böyük kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə gedirdim. 13  Ey padşah! Yolda ikən, günorta vaxtı göydən gün işığından da parlaq bir işıq gəldi, mənim və yol yoldaşlarımın ətrafını işıqlandırdı.+ 14  Biz hamımız yerə yıxıldıq və bu zaman mən ibranicə danışan bir səs eşitdim: “Şaul, Şaul, niyə məni təqib edirsən? Çomağa* qarşı təpik atmaqla özünə zərər vurursan”. 15  Onda mən soruşdum: “Ağa, sən kimsən?” O, mənə cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. 16  Ayağa qalx. Mən sənə ona görə göründüm ki, səni gözünlə gördüyün və sənə göstərəcəyim şeyləri bəyan etməyə*, onlar barədə şahidlik etməyə təyin edim.+ 17  Mən səni həm bu xalqdan, həm yanına göndərəcəyim+ xalqlardan qoruyacağam. 18  Səni göndərirəm, get, onların gözünü aç,+ onları zülmətdən işığa,+ Şeytanın hakimiyyətindən+ Allaha döndər. Qoy mənə olan imanları sayəsində günahları bağışlansın+ və müqəddəslərin sırasında miras alsınlar”. 19  Padşah Aqrippa! Mən göydən gələn bu vəhyə itaət etməyə bilməzdim. 20  Buna görə də əvvəlcə Dəməşq+, sonra Yerusəlim+ və bütün Yəhudiyyə əhalisinə, həmçinin digər xalqlara bəyan etdim ki, tövbə etsinlər və tövbəni göstərən işlər görüb Allaha dönsünlər.+ 21  Bunun üstündə yəhudilər məni məbəddə tutdular və öldürməyə cəhd göstərdilər.+ 22  Bununla belə, mən Allahdan aldığım kömək sayəsində bu günə qədər böyükdən tutmuş kiçiyədək hamıya şəhadət verirəm. Özü də Musanın və Peyğəmbərlərin kitabında yazılmış şeylərdən başqa bir şey danışmıram.+ 23  Orada Məsihin əziyyət çəkəcəyi,+ öləcəyi və dirilən ilk adam olaraq+ həm bu xalqa, həm digər xalqlara nur təbliğ edəcəyi yazılıb».+ 24  Bulus bu yerə çatanda Fest ucadan dedi: «Bulus, deyəsən, ağlını itirmisən! Çox oxumaqdan başın xarab olub!» 25  Ancaq Bulus dedi: «Möhtərəm Fest! Mənim başım xarab olmayıb. Dediyim sözlərdə həqiqət və məntiq var. 26  Padşah bu şeyləri yaxşı bilir, buna görə də mən onun qarşısında sərbəst danışıram. Mən əminəm ki, bunlardan heç biri onun nəzərindən yayınmır, çünki bunlar xəlvəti olmayıb.+ 27  Padşah Aqrippa, Peyğəmbərlərin kitabına inanırsan? Bilirəm ki, inanırsan». 28  Aqrippa Bulusa dedi: «Belə getsə, məni də məsihi edəcəksən». 29  Bulus cavab verdi: «Allahdan arzum budur ki, əvvəl-axır təkcə sən yox, bu gün məni eşidənlərin hamısı mənim kimi olsun, amma qandalsız». 30  Bu sözlərdən sonra padşah, vali, Berniki və onlarla bir yerdə oturanlar ayağa qalxdılar. 31  Onlar gedə-gedə bir-birinə deyirdilər: «Bu adam ölümə, yaxud qandala layiq bir iş görmür».+ 32  Aqrippa Festə belə dedi: «Sezarın məhkəməsini tələb etməsəydi, onu azad etmək olardı».+

Haşiyələr

Hərfən: müqəddəslərdən.
Burada heyvanı qovmaq üçün işlədilən ucubiz çomaq nəzərdə tutulur.
Hərfən: xidmət etməyə.