Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 25:1—27

MÜNDƏRİCAT

  • Bulus Porsi Festin qarşısında (1—12)

    • «Mən Sezarın məhkəməsini tələb edirəm!» (11)

  • Fest padşah Aqrippa ilə məsləhətləşir (13—22)

  • Bulus Aqrippanın qarşısında (23—27)

25  Fest+ əyalətə gəlib vəzifə başına keçəndən üç gün sonra Qeysəriyyədən Yerusəlimə getdi.  Böyük kahinlər və nüfuzlu yəhudilər ona Bulus haqqındakı şikayətlərini bildirib+ yalvar-yaxar etdilər ki,  vali onlara yaxşılıq edib Bulusu Yerusəlimə göndərsin. Onlar Bulusu öldürmək üçün yolda pusqu qurmaq niyyətində idilər.+  Lakin Fest bildirdi ki, Bulus Qeysəriyyədə qalmalıdır və o özü də bir azdan oraya yollanacaq.  Fest onlara dedi: «Qoy aranızdakı rəhbərlər mənimlə getsinlər və əgər bu adamın bir günahı varsa, onu orada ittiham etsinlər».+  Fest Yerusəlimdə haradasa səkkiz, on gün qaldı. O, sonra Qeysəriyyəyə getdi və ertəsi gün hakim kürsüsünə əyləşib Bulusu çağırtdırdı.  Bulus gələndə Yerusəlimdən gəlmiş yəhudilər onu dövrəyə alıb ona qarşı çoxlu ciddi ittiham irəli sürdülər. Lakin bu ittihamları sübut edə bilmədilər.+  Bulus özünü müdafiə edib dedi: «Mən nə yəhudilərin Qanununa, nə məbədə, nə də Sezara qarşı günah iş tutmuşam».+  Yəhudilərin rəğbətini qazanmaq istəyən Fest+ belə dedi: «İstəyirsən, Yerusəlimə gedək, bu ittihamlara görə sənə orada hökm çıxarsınlar?» 10  Bulus cavab verdi: «Mən Sezarın məhkəmə kürsüsü qarşısında dayanmışam, burada da mühakimə edilməliyəm. Mənim yəhudilərə bir pisliyim dəyməyib. Sən özün də bunu yaxşı bilirsən. 11  Əgər mən, doğrudan da, cinayətkaramsa və ölümə layiq bir iş tutmuşamsa,+ ölüm cəzasından boyun qaçırmıram. Yox əgər bu ittihamlar əsassızdırsa, bu adamları razı salmaq üçün məni onların əlinə verməyə heç kəsin ixtiyarı yoxdur. Mən Sezarın məhkəməsini tələb edirəm!»+ 12  Belə olduqda Fest məsləhətçilərlə danışıb Bulusa dedi: «Sezarın məhkəməsini tələb edirsən, Sezarın yanına da gedəcəksən». 13  Bir neçə gün keçəndən sonra padşah Aqrippa* Berniki* ilə hörmət əlaməti olaraq Qeysəriyyəyə Festlə görüşə gəldi. 14  Onlar bir neçə gün orada qaldılar. Fest Bulusla bağlı məsələni padşaha danışdı: «Burada Feliksin dustaq etdiyi bir adam var. 15  Mən Yerusəlimdə olanda yəhudilərin böyük kahinləri və ağsaqqalları yanıma şikayətə gəlib+ onun məhkum edilməsini xahiş etdilər. 16  Amma mən cavab verdim ki, Roma qanununa görə heç kəsi ittihamçıları ilə üz-üzə görüşdürmədən və ona bu ittihamların qarşısında özünü müdafiə etmək imkanı vermədən kimlərisə razı salmaq xatirinə ittihamçılarının əlinə vermək olmaz. + 17  Buna görə də onlar bura gələndə mən vaxt itirmədən, elə səhərisi gün hakim kürsüsünə əyləşdim və o adamı gətirtdim. 18  İttihamçıların ifadələrində mənim düşündüyüm cinayətlərdən heç birinin adı çəkilmədi.+ 19  Aralarındakı mübahisə öz allahlarına ibadətlə+ və hansısa İsa ilə əlaqədar idi. O adam ölüb, Bulus isə iddia edirdi ki, o sağdır.+ 20  Bu mübahisələrin əlindən lap başımı itirmişdim, ona görə də Bulusa dedim ki, istəyirsə, Yerusəlimə gedib orada mühakimə olunsun.+ 21  Amma o, əlahəzrətin*+ qərarınadək həbsdə qalmaq istədiyini bildirdi. Mən də əmr etdim ki, o, Sezarın yanına göndərilənədək burada qalsın». 22  Aqrippa Festə dedi: «Mən də bu adamı dinləmək istəyərdim».+ Fest cavab verdi: «Sabah ona qulaq asarsan». 23  Beləliklə, ertəsi gün Aqrippa və Berniki böyük təmtəraqla divanxanaya gəldilər. Onları sərkərdələr, şəhərin adlı-sanlı adamları müşayiət edirdi. Festin əmri ilə Bulusu ora gətirdilər. 24  Fest dedi: «Padşah Aqrippa və cənablar! Bütün yəhudi xalqı gördüyünüz bu adamla bağlı həm Yerusəlimdə, həm də burada mənə müraciət edib onun ölümünü tələb edir.+ 25  Ancaq mən onun ölümə layiq bir iş tutduğunu görmürəm.+ Bu adam əlahəzrətin məhkəməsini tələb edəndə mən onu ora göndərmək qərarına gəldim. 26  İş orasındadır ki, bu adamla bağlı imperatora nə yazacağımı bilmirəm. Buna görə də onu sizin qarşınıza, padşah Aqrippa, ələlxüsus sənin qarşına gətirdim ki, bu işə məhkəmədə baxılandan sonra imperatora bir şey yaza bilim. 27  Çünki məhbusu Romaya göndərmək, amma ona qarşı hansı ittihamların irəli sürüldüyünü göstərməmək, məncə, məntiqsizdir».

Haşiyələr

II Hirod Aqrippa.
II Hirod Aqrippanın bacısı.
Hərfən: Avqustun. Oktaviandan sonrakı dördüncü imperator Sezar Neron nəzərdə tutulur. Bu titulu özünə ilk dəfə imperator Oktavian götürmüşdü.