Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 23:1—35

MÜNDƏRİCAT

  • Bulus Sinedrion qarşısında danışır (1—10)

  • Ağa Bulusa qüvvət verir (11)

  • Düşmənlər Bulusun qəsdinə dururlar (12—22)

  • Bulusu Qeysəriyyəyə yollayırlar (23—35)

23  Bulus Sinedrion üzvlərinə diqqətlə baxıb dedi: «Qardaşlar, mən bütün ömrüm boyu Allahın qarşısında tərtəmiz vicdanla+ yaşamışam».  Onda baş kahin Hənənya Bulusun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar.  Bulus ona dedi: «Ey ikiüzlü*, Allah da səni vuracaq. Necə olur ki, sən oturub Qanunun əsasında məni mühakimə edirsən, eyni zamanda da Qanunu pozub məni vurmağı əmr edirsən?»  Bulusun yanında duranlar dedilər: «Sən Allahın baş kahinini təhqir edirsən?»  Onda Bulus dedi: «Qardaşlar, mən onun baş kahin olduğunu bilmirdim. Axı Müqəddəs Yazılarda yazılıb: “Xalqının başçısı haqqında pis danışma”».+  Bulus Sinedrionun bir hissəsinin saddukilərdən, o biri hissəsinin fərisilərdən ibarət olduğunu bildiyi üçün ucadan dedi: «Qardaşlar, mən fərisiyəm,+ fərisi oğluyam! Məni ölülərin dirilməsinə inandığım üçün mühakimə edirlər».  Bulus bunu deyəndə fərisilərlə saddukilər arasına qızğın mübahisə düşdü və məclis iki yerə bölündü.  Saddukilər deyirlər ki, nə dirilmə, nə mələk, nə də ruh var. Fərisilər isə əksinə, bütün bunlara inanırlar.+  Orada hay-küy qalxdı. Fərisilərin sırasından olan mirzələrdən bəziləri qalxdılar və höcətlə dedilər: «Bizim fikrimizcə, bu adam günahsızdır, məgər onunla mələk ya ruh danışa bilməz?»+ 10  Çəkişmə lap güclənəndə sərkərdə onların Bulusu parçalayacaqlarından qorxub əsgərlərə əmr etdi ki, aşağı düşsünlər və Bulusu yəhudilərin əlindən alıb kazarmaya gətirsinlər. 11  Gecə vaxtı Ağa Bulusun yanında durub dedi: «Cəsarətli ol!+ Necə ki mənim haqqımda Yerusəlimdə ətraflı şəhadət verdin, Romada da eləcə şəhadət verməlisən».+ 12  Səhər açılanda yəhudilər sui-qəsd hazırladılar və and içdilər ki, Bulusu öldürməyincə nə su içəcəklər, nə də çörək yeyəcəklər. 13  And içib sui-qəsd hazırlayanların sayı qırxdan artıq idi. 14  Onlar böyük kahinlərin və ağsaqqalların yanına gedib dedilər: «Biz and içmişik ki, Bulusu öldürməyincə dilimizə bir tikə çörək vurmayacağıq. 15  Ona görə də siz Sinedrion üzvləri ilə bir yerdə sərkərdəyə deyin ki, Bulusu yanınıza gətirsin, guya onun işini diqqətlə araşdırmaq istəyirsiniz. Bulus  yanınıza çatmamış biz onu öldürəcəyik». 16  Bulusun bacısı oğlu onların sui-qəsd hazırladıqlarını eşidib kazarmaya gəldi və məsələni Bulusa danışdı. 17  Onda Bulus yüzbaşılardan birini çağırıb dedi: «Bu cavan oğlanı sərkərdənin yanına apar, ona sözü var». 18  Yüzbaşı gənci götürüb sərkərdənin yanına apardı və dedi: «Məhbus Bulus məni çağırıb xahiş etdi ki, bu oğlanı yanına gətirim. Onun sənə sözü var». 19  Sərkərdə gəncin əlindən tutub onu kənara çəkdi və ondan soruşdu: «Mənə nə sözün var?» 20  Oğlan cavab verdi: «Yəhudilər sözləşiblər ki, səndən Bulusu sabah Sinedriona gətirməyi xahiş etsinlər, guya onun işini ətraflı araşdırmaq istəyirlər.+ 21  Amma sən onlara qulaq asma, çünki onların qırxdan çox adamı Bulusa pusqu qurmaq istəyir. Onlar and içiblər ki, onu öldürməyincə ağızlarına nə çörək, nə də su alacaqlar.+ Onlar hazır durublar, bircə sənin icazəni gözləyirlər». 22  Sərkərdə gəncə dedi: «Bunları mənə danışdığını heç kəsə demə». Sonra oğlanı buraxdı. 23  Sərkərdə iki yüzbaşını yanına çağırıb dedi: «İki yüz əsgər, yetmiş süvari və iki yüz nizəli əsgər hazırlayın. Onlar təxminən axşam saat doqquzda* Qeysəriyyəyə yollanmalıdırlar. 24  Bulusu aparmaq üçün atları hazırlayın və onu vali Feliksin yanına sağ-salamat çatdırın». 25  Sonra o, belə bir məktub yazdı: 26  «Zati-aliləri vali Feliksə Klavdi Lisidən salam! 27  Yəhudilər bu adamı tutub öldürmək istəyirdilər. Bu adamın Roma vətəndaşı olduğunu biləndə+ tez əsgərlərimlə gəlib onu xilas etdim.+ 28  Nəyə görə ittiham olunduğunu öyrənmək üçün onu yəhudilərin Sinedrionuna+ apardım. 29  Öyrəndim ki, onu öz qanunları ilə bağlı məsələlərə görə ittiham edirlər.+ O, qandala və ya ölümə layiq bir iş tutmayıb. 30  Mənə xəbər çatıb ki, bu adamı öldürmək üçün sui-qəsd hazırlayırlar.+ Buna görə onu sənin yanına göndərirəm. Onu ittiham edənlərə də əmr etmişəm ki, ittihamlarını sənin hüzurunda söyləsinlər». 31  Əsgərlər əmr olunduğu kimi, Bulusu+ götürüb gecə ikən Antipatridaya gətirdilər. 32  Ertəsi gün onu süvarilərə təhvil verib kazarmaya qayıtdılar. 33  Süvarilər Qeysəriyyəyə gəldilər, məktubu valiyə çatdırıb Bulusu onun ixtiyarına verdilər. 34  Vali məktubu oxudu və Bulusun hansı əyalətdən olduğunu soruşdu. Onun Kilikiyadan+ olduğunu biləndə belə dedi: 35  «Qoy ittihamçıların gəlsin, onda işinə baxaram».+ Vali əmr etdi ki, Bulusu Hirodun sarayına aparıb mühafizə altında saxlasınlar.

Haşiyələr

Hərfən: ağardılmış divar.
Hərfən: gecənin üçüncü saatında.