Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 14:1—28

MÜNDƏRİCAT

  • Konyada artım və təqib (1—7)

  • Listra sakinləri həvariləri allah adlandırır (8—18)

  • Bulus daşlanır, amma sağ qalır (19, 20)

  • Yığıncaqlar imanda möhkəmlənir (21—23)

  • Suriya Antakyasına qayıdış (24—28)

14  Bulus və Barnəba Konyada yəhudi sinaqoquna girdilər. Onlar elə danışdılar ki, həm yəhudilərin, həm də yunanların içindən xeyli adam iman gətirdi.  Amma iman gətirməyən yəhudilər digər xalqlardan olanları qızışdırıb onlarda qardaşlara qarşı düşmənçilik hissi oyatdılar.+  Həvarilər xeyli vaxt orada qaldılar. Onlar Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar. Allah onların əli ilə əlamət və möcüzələr göstərirdi, bununla da həvarilərin Onun lütfü haqqında dediklərini təsdiq edirdi.+  Şəhər əhli iki yerə bölünmüşdü, bir tərəf yəhudiləri, digər tərəf isə həvariləri dəstəkləyirdi.  Digər xalqlardan olanlar və yəhudilər öz rəhbərləri ilə birləşib həvariləri təhqir etməyə və daşlamağa hazırlaşırdılar.+  Həvarilərə bu haqda xəbər veriləndə onlar oradan qaçdılar və Likaoniya, Listra, Derbiya şəhərlərinə və bu şəhərlərin ətraf kəndlərinə gəlib+  bu yerlərdə müjdəni təbliğ etdilər.  Listrada anadangəlmə şikəst bir adam var idi. O, heç vaxt yeriməmişdi.  Bu adam Bulusu dinləyirdi. Bulus ona diqqətlə baxıb gördü ki, onun imanı var və o sağala bilər.+ 10  Onda Bulus ucadan dedi: «Ayağa qalx!» O, yerindən sıçrayıb gəzməyə başladı.+ 11  Camaat Bulusun bu işini görəndə Likaoniya dilində ucadan dedi: «Allahlar insan cildində yanımıza eniblər!»+ 12  Onlar Barnəbanı Zevs, Bulusu isə Hermes adlandırdılar, çünki əsas etibarilə o danışırdı. 13  Şəhərin girişində yerləşən Zevs məbədinin kahini camaatla birlikdə qurban kəsmək üçün şəhərin darvazalarına buğalar və çələnglər gətirdi. 14  Həvarilər Barnəba və Bulus isə bunu eşidəndə yaxalarını cırdılar, özlərini camaatın arasına atıb qışqırdılar: 15  «Qardaşlar, siz nə edirsiniz? Biz də sizin kimi adi insanıq.+ Sizə müjdə gətirmişik ki, bu boş şeylərdən əl çəkib göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan var olan Allaha tərəf dönəsiniz.+ 16  O, keçmişdə xalqlara öz yolları ilə getməyə izin vermişdi.+ 17  Hərçənd Özü haqqında daima şəhadət verirdi:+ sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər+ və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu».+ 18  Bu sözlərə baxmayaraq, camaat yenə də həvarilərə qurban kəsmək istəyirdi. Həvarilər onları güc-bəla ilə saxladılar. 19  Lakin Antakya və Konyadan gəlmiş yəhudilər camaatı qızışdırdılar+ və onlar Bulusu daşa basdılar. Sonra da onu ölmüş sanıb şəhərdən kənara atdılar.+ 20  Şagirdlər onun başına yığışanda Bulus ayağa qalxıb şəhərə girdi. Ertəsi gün o, Barnəba ilə Derbiya şəhərinə yola düşdü.+ 21  Həmin şəhərdə müjdəni təbliğ edib xeyli şagird hazırlayandan sonra onlar Listraya, Konyaya və Antakyaya qayıtdılar. 22  Onlar oradakı şagirdləri ürəkləndirib+ imanda qalmağa təşviq edir, deyirdilər: «Biz Allahın Padşahlığına girmək üçün çoxlu əzab-əziyyətdən keçməliyik».+ 23  Həvarilər həmçinin hər yığıncaqda ağsaqqallar təyin etdilər,+ oruc tutub dua etdikdən sonra+ şagirdləri iman gətirdikləri Allaha, Yehovaya əmanət etdilər. 24  Bulus ilə Barnəba Pisidiyadan keçib Pamfiliyaya+ gəldilər, 25  Pergiyada Allahın sözünü təbliğ etdilər və sonra Attaliyaya getdilər. 26  Həvarilər oradan Antakyaya üzdülər. Başa çatdırdıqları bu işi yerinə yetirmək üçün onlar məhz bu şəhərdə Allahın lütfünə əmanət edilmişdilər.+ 27  Həvarilər Antakyaya gəldilər və yığıncaqla görüşüb, Allahın onların vasitəsilə gördüyü çoxsaylı işləri, həmçinin digər xalqlara iman qapısını açdığını qardaşlara danışdılar.+ 28  Beləliklə, onlar bir müddət şagirdlərin yanında qaldılar.

Haşiyələr