Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 13:1—52

MÜNDƏRİCAT

  • Barnəba və Şaulu xidmət etməyə yollayırlar (1—3)

  • Kiprdə xidmət (4—12)

  • Bulusun Pisidiya Antakyasındakı nitqi (13—41)

  • Həvarilərə digər xalqlara üz tutmaq buyurulur (42—52)

13  Antakyadakı yığıncaqda bu adamlar peyğəmbərlik və müəllimlik edirdilər:+ Barnəba, Qara ləqəbli Şəmun, kirenalı Lukius, hakim Hirodla bir yerdə təhsil almış Mənain və Şaul.  Onlar oruc tutub Yehovaya xidmət edən zaman müqəddəs ruh dedi: «Barnəba və Şaulu mənim üçün ayırın.+ Mən onları bir iş üçün seçmişəm».+  Onlar oruc tutub dua etdilər. Sonra əllərini Barnəba ilə Şaulun üzərinə qoyub onları yola saldılar.  Müqəddəs ruh tərəfindən göndərilən bu adamlar Selevkiyaya getdilər, oradan da Kiprə üzdülər.  Salamisə çatanda yəhudi sinaqoqlarında Allahın sözünü təbliğ etməyə başladılar. Yəhya onların qulluğunda dururdu.+  Onlar bütün adanı dolaşa-dolaşa gəlib Pafosa çıxdılar. Orada Baryuşə adında bir yəhudi vardı. O, yalançı peyğəmbər idi və cadugərlik edirdi.  O, prokonsul* Sergi Paulusun qulluğunda idi. Sergi Paulus çox ağıllı adam idi və Allahın sözünü dinləməyi ürəkdən arzulayırdı, buna görə də Barnəba ilə Şaulu yanına çağırdı.  Ancaq cadugər Elimas (Elimas «cadugər» deməkdir) onlara müqavimət göstərməyə başladı. O, prokonsulu imana gəlməyə qoymurdu.  Onda həmçinin Bulus adlanan Şaul müqəddəs ruhla doldu və ona zənnlə baxıb 10  dedi: «Ey İblisin balası,+ salehliyin düşməni! Sənin için hər cür yalan və pisliklə doludur! Nə vaxta qədər Yehovanın düz yollarını əyəcəksən? 11  Bax, Yehovanın əli sənə qarşı qalxıb. Sən kor olacaqsan, bir müddət gün işığına həsrət qalacaqsan». O andaca Elimasın gözünə qatı duman və qaranlıq çökdü. O, ora-bura vurnuxaraq özünə bələdçi axtarmağa başladı. 12  Prokonsul bunu görəndə iman gətirdi, çünki Yehova haqqında öyrəndikləri onu valeh etmişdi. 13  Bulus yoldaşları ilə birlikdə Pafosdan dənizə çıxdı və Pamfiliyada yerləşən Pergiyaya gəldi. Yəhya+ isə onlardan ayrılıb Yerusəlimə qayıtdı.+ 14  Bulus və Barnəba Pergiyadan çıxıb Pisidiya bölgəsindəki Antakyaya gəldilər və şənbə günü sinaqoqa+ girib əyləşdilər. 15  Tövrat*+ və Peyğəmbərlərin kitabı oxunduqdan sonra sinaqoqun rəisləri onların yanına adam göndərib soruşdular: «Qardaşlar, xalqı ruhlandırmağa sözünüz varsa, buyurun, söyləyin». 16  Bulus ayağa qalxdı, əli ilə işarə edib sözə başladı: «Ey israillilər və ürəyində Allah qorxusu olanlar, məni dinləyin. 17  İsrail xalqının Allahı ata-babalarımızı seçdi. Bu xalq qürbətdə, Misir torpağında yaşayarkən onu ucaltdı, güclü qolu ilə oradan çıxartdı.+ 18  Allah təxminən qırx il ərzində səhrada onlara dözdü.+ 19  Kənan torpağında yeddi xalqı məhv edəndən sonra torpağı irs olaraq onlara verdi.+ 20  Bütün bunlar təxminən dörd yüz əlli il ərzində baş vermişdir. Allah İşmuil peyğəmbərin dövrünə qədər onlara hakimlər verdi.+ 21  Amma sonra onlar padşah tələb etdilər+ və Allah onların üzərində Binyamin qəbiləsindən Kiş oğlu Talutu padşah qoydu.+ Talut qırx il hakimiyyət sürdü. 22  Allah onu taxtdan salıb Davudu onlar üçün padşah qoydu.+ O, Davud haqqında şəhadət verərək demişdi: “Mən Yəssə+ oğlu Davudu tapdım, o, Mənim ürəyimcədir.+ O, istədiyim hər şeyi edəcək”. 23  Allah vədinə sadiq qalıb bu adamın övladları arasından İsrailə xilaskar verdi. Bu xilaskar İsadır.+ 24  Onun gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına tövbə rəmzi olan vəftizi təbliğ etmişdi.+ 25  Xidmətinin sonuna yaxın Yəhya deyirdi: “Məni kim hesab edirsiniz? Mən o şəxs deyiləm. Məndən sonra gələn var, mən onun ayağındakı səndəlin bağını belə, açmağa layiq deyiləm”.+ 26  Ey qardaşlar, İbrahimin oğulları və ürəyində Allah qorxusu olanlar, bu xilas xəbəri bizə göndərilib.+ 27  Yerusəlim əhli və onların rəhbərləri onu qəbul etmədilər. Onlar çıxardıqları hökmlə Peyğəmbərlərin dediklərini,+ hər şənbə günü ucadan oxunan sözləri yerinə yetirdilər. 28  O adamda ölümə layiq bir şey tapmadılar,+ amma Pilatdan onu edam etdirməyi tələb etdilər.+ 29  Onun haqqında yazılmış hər şeyi yerinə yetirdikdən sonra onu dirəkdən endirib sərdabəyə qoydular.+ 30  Lakin Allah onu diriltdi+ 31  və o, Cəlilədən onunla birlikdə Yerusəlimə gəlmiş adamlara xeyli vaxt ərzində göründü. Bu adamlar indi xalqa onun haqqında şahidlik edirlər.+ 32  Beləliklə, biz sizə ata-babalarımıza verilmiş vəd haqqında müjdəni çatdırırıq. 33  Allah İsanı diriltməklə+ bu vədi onların övladları, yəni bizim üçün yerinə yetirdi, necə ki ikinci məzmurda deyilir: “Sən Mənim oğlumsan, bu gün Mən sənə Ata oldum”.+ 34  Allah onu diriltdi, o, bir də çürüyən vücudda olmayacaq. Allah bu fikri belə ifadə edib: “Mən sizə Davuda vəd etdiyim sarsılmaz məhəbbəti göstərəcəyəm”.+ 35  Başqa məzmurda da belə deyilir: “Qoymazsan vəfalı bəndən çürüsün”.+ 36  Davud öz günlərində Allaha xidmət etdi və sonra ölüm yuxusuna getdi. O, ata-babalarının yanında dəfn edildi və çürüdü.+ 37  Allahın diriltdiyi o insan isə çürümədi.+ 38  Qardaşlar, bunu bilin ki, biz sizə bu adam vasitəsilə günahların əfvini bildiririk.+ 39  Bəli, Musanın Qanunu ilə siz günahsız sayıla bilməzdiniz,+ amma iman gətirən hər kəs bu adamın vasitəsilə günahsız sayılır.+ 40  Buna görə də özünüzü gözləyin ki, Peyğəmbərlərin kitabında deyilən bu sözlər sizin başınıza gəlməsin: 41  “Ey rişxəndçilər, baxın və mat qalın, məhv olun, çünki Mən sizin zəmanədə elə bir iş görəcəyəm ki, onun haqqında sizə ətraflı danışsalar da, əsla inanmayacaqsınız”».+ 42  Bulus və Barnəba çölə çıxanda camaat yalvar-yaxar edib onlardan xahiş etdi ki, gələn şənbə də bu haqda danışsınlar. 43  Sinaqoqdakılar dağılışandan sonra yəhudilərin və prozelitlərin arasından xeyli mömin adam Bulusla Barnəbanın dalınca getdi. Onlar bu adamları Allahın lütfünə layiq yaşamağa təşviq edirdilər.+ 44  Gələn şənbə günü demək olar ki, bütün şəhər Yehovanın sözünü dinləməyə yığışdı. 45  Yəhudilər bir belə camaatı görəndə paxıllıqdan alışıb-yandılar və küfr danışa-danışa Bulusun dediklərinə qarşı çıxmağa başladılar.+ 46  Bulus və Barnəba cəsarətlə dedilər: «Allahın sözü ilk növbədə sizə çatdırılmalı idi.+ Madam ki siz bu sözü rədd edirsiniz və özünüzü əbədi həyata layiq hesab etmirsiniz, biz digər xalqlara üz tuturuq.+ 47  Yehova bizə belə əmr edib: “Mən səni xalqlar üçün nur təyin etdim ki, yerin nəhayətlərinədək nicat aparasan”».+ 48  Başqa xalqlardan olanlar bu sözləri eşidəndə çox sevindilər və Yehovanın sözünü mədh etməyə başladılar. Əbədi həyata aparan yolda yeriməyə meyli olanların hamısı iman gətirdi. 49  Yehovanın sözü bütün o əraziyə yayılırdı. 50  Lakin yəhudilər şəhərin dindar və hörmətli qadınlarını, həmçinin nüfuzlu adamlarını qızışdırıb Bulus ilə Barnəbaya qarşı qaldırdılar+ və onlar həvariləri öz torpaqlarından qovdular. 51  Bulus və Barnəba ayaqlarının tozunu çırpıb* Konyaya getdilər.+ 52  Şagirdlərin sevinci aşıb-daşır,+ onlar müqəddəs ruhla dolurdular.

Haşiyələr

Roma əyalət valisi. Lüğətə bax.
Ayaqdan tozu çırpmaq məsuliyyətdən azad olmaq mənasını daşıyırdı.