Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həvarilərin işləri 11:1—30

MÜNDƏRİCAT

  • Butrus həvarilərə iman gətirənlər haqda danışır (1—18)

  • Barnəba ilə Şaul Suriya Antakyasında (19—26)

    • Şagirdlər ilk dəfə məsihi adlanırlar (26)

  • Ağab qıtlıq olacağını xəbər verir (27—30)

11  Yəhudiyyədə olan həvarilər və qardaşlar başqa xalqlardan olanların da Allahın sözünü qəbul etdiklərini eşitdilər.  Butrus Yerusəlimə gələndə sünnət tərəfdarları+ onu tənqid edib dedilər:  «Sən sünnətsizlərin evinə getmisən, onlarla çörək kəsmisən».  Onda Butrus hər şeyi təfərrüatı ilə onlara izah etməyə başladı:  «Mən Yaffa şəhərində idim və dua edirdim. Bu zaman bir görüntü gördüm. Gördüm ki, böyük kətan süfrəyə bənzər bir şey dörd ucundan asılı vəziyyətdə göydən yerə endirilir. O, düz mənim qabağıma gəldi.+  Baxanda orada yerin dördayaqlı canlılarını, vəhşi heyvanları, sürünənləri və göy quşlarını gördüm.  Həmçinin bir səs eşitdim. Bu səs mənə dedi: “Butrus, dur, kəs və ye!”  Ancaq mən dedim: “Xeyr, Ağa, mənim dilimə heç vaxt murdar və ya napak şey dəyməyib”.  Göydən gələn səs ikinci dəfə dedi: “Bir də Allahın pak etdiyi şeylərə murdar demə”. 10  Bu səs üçüncü dəfə təkrarlandı və hər şey göyə qalxdı. 11  Bu dəm Qeysəriyyədən mənim dalımca göndərilmiş üç adam qaldığımız evə yaxınlaşdı.+ 12  Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. Bu altı qardaş da mənimlə getdi və biz o adamın evinə girdik. 13  Həmin adam evinə mələk gəldiyini bizə danışdı. Mələk ona demişdi: “Yaffaya adam göndər və Butrus ləqəbli Şimonu çağırtdır.+ 14  Onun danışacağı şeylərin sayəsində sən və evindəkilər xilas olacaqsınız”. 15  Mən sözə başladım. Birdən onlara, lap başlanğıcda bizə verildiyi kimi, müqəddəs ruh verildi.+ 16  Onda Ağanın sözləri yadıma düşdü. O deyirdi: “Yəhya su ilə vəftiz edirdi,+ siz isə müqəddəs ruhla vəftiz ediləcəksiniz”.+ 17  Əgər Allah Ağamız İsa Məsihə iman gətirən bizlərə bağışladığı ənamı onlara da bağışlayıbsa, mən kiməm ki, Allaha mane olum?»+ 18  Onlar bu sözləri eşidəndə sakitləşdilər və Allaha alqış edib dedilər: «Deməli, Allah başqa xalqlardan olanlara da tövbə edib həyata qovuşmaq imkanı açdı».+ 19  Stefanın qətlindən sonra başlayan təqibə görə dağılışanlar+ Finikiya, Kipr və Antakyaya gedib çıxdılar. Amma onlar Allahın sözünü yalnız yəhudilərə danışırdılar.+ 20  Aralarında kiprli və kirenalı şagirdlər vardı. Bu şagirdlər Antakyaya gəldilər. Onlar yunandilli əhali ilə söhbət edir və Ağa İsa haqqındakı müjdəni onlara bildirirdilər. 21  Yehova onlarla idi və xeyli adam Ağaya iman gətirib onun yoluna qoşuldu.+ 22  Onların sorağı Yerusəlimdəki yığıncağa çatdı və yığıncaq Barnəbanı+ Antakyaya göndərdi. 23  Barnəba ora gələndə Allahın lütfünü görüb sevindi və hamını Ağaya ürəkdən, mətanətlə sadiq qalmağa çağırdı.+ 24  O, müqəddəs ruhla dolu, imanlı və yaxşı bir adam idi. Beləliklə, xeyli adam Ağaya iman gətirdi.+ 25  Sonra Barnəba Şaulu+ axtarmaq üçün Tarsa yollandı. 26  Onu tapıb Antakyaya gətirdi. Onlar bir il ərzində oradakı yığıncaqla birgə yığışır, Allahın sözünü camaata öyrədirdilər. Şagirdlər Allahın hökmü ilə ilk dəfə Antakyada məsihi adlanmağa başladılar.+ 27  O günlərdə Yerusəlimdən Antakyaya peyğəmbərlər+ gəldilər. 28  Ağab adlı peyğəmbər+ durub bütün yer üzündə bərk qıtlıq olacağını+ ruh vasitəsilə xəbər verdi. Doğrudan da, Klavdinin dövründə qıtlıq oldu. 29  Onda şagirdlər qərarlaşdırdılar ki, hər kəs Yəhudiyyədə yaşayan qardaşlara gücü çatan+ qədər yardım göstərsin.+ 30  Onlar belə də etdilər. Yardımı toplayıb Barnəba və Şaul+ ilə ağsaqqallara göndərdilər.

Haşiyələr