Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Həqqay 2:1—23

MÜNDƏRİCAT

  • İkinci məbəd əzəmətlə dolacaq (1—9)

    • «Bütün xalqları silkələyəcəyəm» (7)

    • Xalqların ləl-cəvahiratı gələcək (7)

  • Məbədin bərpası; Allah xalqına bərəkət verir (10—19)

    • Müqəddəslik başqa şeyə keçmir (10—14)

  • Zərubabil üçün xəbər (20—23)

    • Səni möhür üzüyü edəcəyəm (23)

2  Yeddinci ayın iyirmi birinci günü Həqqay+ peyğəmbər vasitəsilə Yehovanın sözü nazil oldu:  «Yəhuda valisi+ Şəəltiil oğlu Zərubabilə,+ baş kahin Yəhusadiq+ oğlu Yuşəyə+ və xalqın sağ qalanlarına belə söylə:  “Aranızda bu evin əvvəlki əzəmətini görənlərdən kim qalıb?+ Bəs evin indiki halına nə deyirsiniz? Sizə elə gəlmir ki, əvvəlki ilə müqayisədə bu ev heç nədir?”+  Yehova bəyan edir: “Ey Zərubabil, mərd ol! Ey baş kahin Yəhusadiq oğlu Yuşə, mərd ol!” Yehova bəyan edir: “Ey məmləkət əhli, mərd olun+ və işləyin!” Ordular Allahı Yehova bəyan edir: “Mən sizinləyəm!+  Misirdən çıxan zaman sizə verdiyim vədi xatırlayın,+ ruhum aranızdadır*.+ Qorxmayın!”»+  «Ordular Allahı Yehova deyir: “Az qalıb, yeri və göyü, dənizi və qurunu bir də silkələyəcəyəm”.+  “Bütün xalqları silkələyəcəyəm. Xalqların ləl-cəvahiri gələcək+ və Mən bu evi əzəmətlə dolduracağam”,+ — deyir ordular Allahı Yehova.  “Qızıl da, gümüş də Mənimdir”, — bəyan edir ordular Allahı Yehova.  “Bu evin gələcək əzəməti əvvəlkindən böyük olacaq”,+ — deyir ordular Allahı Yehova. “Bu yerə əmin-amanlıq verəcəyəm”,+ — bəyan edir ordular Allahı Yehova». 10  Daranın hakimiyyətinin ikinci ili, doqquzuncu ayın iyirmi dördüncü günündə Həqqay+ peyğəmbərə Yehovanın sözü nazil oldu: 11  «Ordular Allahı Yehova deyir ki, kahinlərdən qanun barədə soruş:+ 12  “Bir adam paltarının ətəyində müqəddəs ət daşıyarkən paltarı çörəyə, şorbaya, şəraba, yağa, yaxud başqa hansısa ərzağa dəyərsə, bunlar müqəddəs olar?”» Kahinlər: «Yox!» — deyə cavab verdilər. 13  Həqqay sözünə davam etdi: «Bəs cəsədə dəyib murdarlanan adam bu şeylərdən birinə toxunarsa, həmin şey murdar olar?»+ Kahinlər buna: «Bəli, murdar olar!» — deyə cavab verdilər. 14  Onda Həqqay dedi: «Yehova bəyan edir: “Bu xalq, bu ümmət gözümdə bu cürdür. Bütün işləri və təqdim etdikləri hər şey belədir, murdardır!” 15  “Bu gündən etibarən ciddi düşünün: Yehovanın məbədində daşı daş üstə qoymazdan əvvəl+ 16  vəziyyət necə idi? O vaxtlar kim taxıl tayasının yanına iyirmi ölçü taxıl üçün gəlirdisə, on ölçü çıxırdı; kim əlli ölçü şərab çəkmək üçün şərab çəninə yaxınlaşırdısa, iyirmi ölçü çıxırdı.+ 17  Mən sizi, bütün işlərinizi səmum yeli, kif+ və dolu ilə vurdum. Yenə də heç biriniz Mənə tərəf dönmədiniz”, — bəyan edir Yehova. 18  “Bu gün doqquzuncu ayın iyirmi dördüncü günü, Yehovanın məbədinin təməlinin qoyulduğu gündür.+ Bu gündən etibarən, ciddi düşünün. Yaxşı-yaxşı düşünün: 19  taxıl anbarında dən qalıb?+ Üzüm, əncir, nar və zeytun ağaclarında bəhrə var? Bu gündən etibarən Mən sizə bərəkət verəcəyəm!”»+ 20  Ayın iyirmi dördüncü günündə Yehovanın sözü Həqqaya ikinci dəfə nazil oldu:+ 21  «Yəhuda valisi Zərubabilə de: “Mən yeri-göyü silkələyəcəyəm.+ 22  Padşahların taxtını devirəcəyəm, xalqların səltənətlərinin qüdrətini yox edəcəyəm.+ Cəng arabasını və onu sürənləri yıxacağam, atlar yıxılacaq, süvarilərin hər birini öz qardaşının qılıncı yerə sərəcək”».+ 23  Ordular Allahı Yehova bəyan edir: «“Ey Şəəltiil oğlu Zərubabil+, ey Mənim qulum! O gün səni götürüb möhür üzüyü edəcəyəm, — Yehova bəyan edir, — çünki Mən səni seçmişəm”, — ordular Allahı Yehova bəyan edir».

Haşiyələr

Digər variant: Misirdən çıxan zaman sizə verdiyim vədi ruhumun aranızda durduğu vaxtı xatırlayın.